Məhkəmə qərarları › İş №2(012)-3734/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3734/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3734/2021 29.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər X3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair sadələşdirilmiş iddia ilə məhkəməyə müraciət edərək, 18.10.2019-cu il tarixli 11-Z1-1-0-309-15 saylı kredit müqaviləsi üzrə 963.43 manat əsas, 7.95 manat faiz, kredit müqaviləsi üzrə 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 114 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 1085.38 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Yelo Bank ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 18.10.2019-cu il tarixli 11-Z1-1-0-309-15 saylı kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 966.08 manat kredit götürmüşdür. Cavabdeh2 18.10.2019-cu il tarixdə iddiaçı ilə zaminlik müqaviləsi bağlayaraq cavabdeh X2 həmin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşdur. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 03.05.2021-ci il tarixədək X2 banka kredit müqaviləsi üzrə 963.43 manat əsas, 7.95 manat faiz, kredit müqaviləsi üzrə 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 114 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 1085.38 manat borcu vardır. Bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də hazırki tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 26.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 01.06.2021-ci il tarixdə məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehlər X3 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" İKB ASC ilə X4 arasında bağlanmış 18.10.2019-cu il tarixli 11-Z1-1-0-309-15 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 60 ay müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla 966.08 manat kredit verilmişdir. Mülki işin materiallarında olan "xxxx" İKB ASC ilə 18.10.2019-cu il tarixli 11-Z1-1-0- 309-15 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, X4 verilmiş kredit üzrə əsas və faiz borclarını 18.11.2019-cu il tarixdən başlayaraq, 18.10.2024-cü il tarixədək ümumi borc məbləğindən hər ay banka 20.54 manat, sonuncu ay isə 20.57 manat ödəməklə qaytarmalıdır. Mülki işin materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır. Mülki işin materiallarında olan arayışdan müəyyən edilir ki, X2 banka 963.43 manat əsas, 7.95 manat faiz olmaqla cəmi 971.38 manat borcu vardır. Mülki işin materiallarında olan sənədlərdən müəyyən edilir ki, bank tərəfindən birgə borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 18.10.2019-cu il tarixli 11-Z1-1-0-309-15 saylı kredit müqaviləsi üzrə 963.43 manat əsas, 7.95 manat faiz, kredit müqaviləsi üzrə 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 114 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1085.38 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin Məcəllənin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 18.10.2019-cu il tarixli 11-Z1-1-0- 309-15 saylı kredit müqaviləsi üzrə 963,43 (doqquz yüz altmış üç manat 43 qəpik) manat əsas, 7,95 (yeddi manat 95 qəpik) manat faiz, kredit müqaviləsi üzrə 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 114 (yüz on dörd) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1085,38 (min səksən beş manat 38 qəpik) manat borc və ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar