Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3737/2021 12.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcun qaytarılması tələbinə dair mülki işə 12 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcun qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 690,12 (altı yüz doxsan manat, 12 qəpik) manat olmaqla ümumilikdə 690.12 (altı yüz doxsan manat, 12 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamolaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC-i ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər SFK-937 saylı, 11.12.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında 23.09.2014-cü il tarixdə 2- 23.09.2014 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən illik 24% olmaqla 24 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə 23.09.2014-cü il tarixdə 2-23.09.2014 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmiş və hazırda banka əsas borc üzrə 690,12 (altı yüz doxsan manat on iki qəpik) manat olmaqla, ümumilikdə 690,12 (altı yüz doxsan manat on iki qəpik) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Eyni zamanda iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh1 tərəfindən 04.10.2021-ci il tarixdə 50 manat məbləğində ödəniş olduğundan cavabdehlər Cavabdeh1dan və Cavabdeh2 əsas borc üzrə 640,12 (altı yüz qırx manat on iki qəpik) manat olmaqla, ümumilikdə 640,12 (altı yüz qırx manat on iki qəpik) manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun “Aqrarkredit» QSC- Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddia tələbində əsas borcu çox göstərilmişdir. Borcu ödəməkdən boyun qaçırmır. İmkan olan kimi borcunu qaytaracaq. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 23.09.2014-cü il tarixli 2-23.09.2014 saylı Təminatlı kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 24 % olmaqla 24 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 23.09.2014-cü il tarixli 2-23.09.2014 saylı zaminlik müqaviləsinə Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin icrası barədə zamin durmuşdur. Mülki işin materiallarında olan 19.05.2021-ci il tarixli, 1796 saylı arayışdan müəyyən edilir ki, Cavabdeh1 23.09.2014-cü il tarixli 2-23.09.2014 saylı kredit müqaviləsi üzrə 28.04.2021-ci il tarixə 690,12 (altı yüz doxsan manat on iki qəpik) manat (640,12 manat əsas borc və 0 faiz borcu) borcu vardır. İddiaçının nümayəndəsi tərəfindən verilmiş iddia tələbinin həcminin azaldılması barədə ərizəyə əlavə olunmuş 12.10.2021-ci il tarixli, 3966 saylı arayışdan müəyyən edilir ki, Cavabdeh1 23.09.2014-cü il tarixli 2-23.09.2014 saylı kredit müqaviləsi üzrə 12.10.2021-ci il tarixə 640,12 (altı yüz qırx manat on iki qəpik) manat (640,12 manat əsas borc və 0 faiz borcu) borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbini əsas borcluya münasibətdə qanuni və əsaslı hesab edir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh1 kredit müqaviləsi ilə aldıqlarını iddiaçıya qaytarmalı, Cavabdeh1 640,12 (altı yüz qırx manat on iki qəpik) manat əsas borc alınaraq “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatına verilməlidir. Məhkəmə iddia tələbini digər cavabdeh olan zamin Cavabdeh2 münasibətdə qanunsuz və əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi 23 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh zaminlə bağlanmış eyni tarixli zaminlik müqaviləsinin də müddəti 24 aydır, müqavilənin müddəti 23 sentyabr 2016-cı il tarixdə bitmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə 26 may 2021-ci il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zaminə münasibətdə tələb irəli sürmə müddəti keçməsindən iddia tələbi “zaminə” aid hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 alınaraq “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatına verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 640,12 (altı yüz qırx manat on iki qəpik) manat əsas borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3737/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3737/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver