Məhkəmə qərarları › İş №2(012)-3738/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3738/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3738/2021 18.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ 2(012)-3738/2021 saylı iş Azərbaycan Respublikası adından QƏTNAMƏ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı "xxxx" MMM QBKT-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMM QBKT-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə 18 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMM QBKT Cavabdeh qarşı borc tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh əsas borc üzrə 1159.00 ABŞ dolları, faiz borcu üzrə 123.60 ABŞ dolları, cərimə borcuna görə 106.49 ABŞ dolları olmaqla, cəmi 1389.09 (min üç yüz səksən doqquz dollar doqquz sent) ABŞ dolları və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMM QBKT-ın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMM QBKT ilə Cavabdeh arasında bağlanmış 09.08.2016-cı il tarixli, **********1648 saylı kredit müqaviləsinə əsasən biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün bank tərəfindən Cavabdeh 12 ay müddətinə illik 25 % ödəmək şərti ilə 1500 (min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən borclunun hər ay 143 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq X2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi Cavabdeh yerinə yetirməmişdir. Beləliklə, 07.05.2021-ci il tarixinə kredit müqaviləsi üzrə borcun məbləği əsas borc üzrə 1159.00 ABŞ dolları, 123.60 ABŞ dolları faiz borcu, 106.49 ABŞ dolları cərimə olmaqla, cəmi 1389.09 (min üç yüz səksən doqquz dollar doqquz sent) ABŞ dolları təşkil edir. Cavabdeh ilə öhdəliyin icra edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir nəticə əldə edilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMM QBKT-ın nümayəndəsi X3 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndsinin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 09.08.2016-cı il tarixli, **********1648 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMM QBKT tərəfindən Cavabdeh 12 ay müddətinə illik 25 % ödəmək şərti ilə 1500 (min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki iş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 09.08.2016-cı il tarixdə "xxxx" QBKT-dan 1500 ABŞ dolları məbləğində vəsait götürmüşdür. Mülki işin materiallarında olan 07.05.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 09.08.2016-cı il tarixli, **********1648 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borc üzrə 1159.00 ABŞ dolları, müqavilə müddətinin sonuna 123.60 ABŞ dolları faiz borcu, 106.49 ABŞ dolları cərimə olmaqla, cəmi 1389.09 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-cu maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 106.49 ABŞ dolları cərimənin məbləği azaldılmalı və 12 ABŞ dolları olaraq müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 1159.00 ABŞ dolları, 123.60 ABŞ dolları faiz borcu, 12 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1294.60 ABŞ dolları məbləğində borc (qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla) tutularaq "xxxx" MMM QBKT-yə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğindəki hissəsi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 1159.00 ABŞ dolları, 123.60 ABŞ dolları faiz borcu, 12 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1294.60 ABŞ dolları məbləğində borc (qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla) və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMM QBKT-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar