Məhkəmə qərarları › İş №2(012)-3739/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3739/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3739/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı QSC-ninnümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı QSC-nin Cavabdehqarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh bankın xeyrinə 061A********** saylı kredit müqaviləsi üzrə 505,07 manat məbləğində kredit borcu, 174,42 manat məbləğində faiz borcu, 208,99 manat məbləğində cərimə borcu olmaqla, cəmi 888,48 manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 061A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,3333% olmaqla 12 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1900 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2019-cu il tarixli 061A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Lakin Cavabdeh götürdüyü kredit borcundan 1394,93 manat ödəmişdir. Cavabdeh 061A********** saylı kredit müqaviləsi üzrə 505,07 manat məbləğində kredit borcu, 174,42 manat məbləğində faiz borcu, 208,99 manat məbləğində cərimə borcu olmaqla, cəmi 888,48 manat borcu vardır. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Əhmədova aysel Zöhrab qızı iddianı müdafiə edib, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə yaşadıqları ünvana bildiriş göndərilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasənqismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli 061A********** saylı kredit müqaviləsindan üəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-dən 12 ay müddətinə aylıq faiz dərəcəsi 2,3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1900 manat məbləğində kredit götürmüşdür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixinə Cavabdeh İddiaçı QSC-yə xx.xx.2018-ci il tarixli 061A********** saylı kredit müqaviləsi üzrə 505,07 manat məbləğində kredit borcu, 38.03 manat məbləğində faiz borcu, 61.49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 604.59 manat borcu vardır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli 061A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 208,99 manat məbləğində cərimənin məbləği azaldılmalı və həmin məbləğ 15 manat müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında etibarlı kredit sazişinin bağlanmasına baxmayaraq, Cavabdeh kredit sazişi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 061A********** saylı kredit müqaviləsi üzrə 505,07 manat məbləğində kredit borcu, 38.03 manat məbləğində faiz borcu, 15 manat məbləğində cərimə borcu olmaqla, cəmi 558.10 manat pul alınaraq İddiaçı QSC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh alınaraq İddiaçı QSC-nə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 061A********** saylı kredit müqaviləsi üzrə 505,07 manat məbləğində kredit borcu, 38.03 manat məbləğində faiz borcu, 15 manat məbləğində cərimə borcu olmaqla, cəmi 558.10 manat pul və iddia ərizəsinin verilməsinə görə 20 manat dövlət rüsumuna görə pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar