Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3740/2020 13.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2282 (iki min iki yüz səksən iki) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X8 iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X13” haqqında müqavilə imzalanmışdır. xx.xx.2018-ci il tarixli 540-K saylı əmrlə Baş satıcı, xx.xx.2018-ci il tarixli 563-saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixində işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə OBA - Elmlər 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. Maliyyə arayışından göründüyü kimi ümumi borc 2391 (iki min üç yüz doxsan bir) manat təşkil etmiş, borcdan 109 (yüz doqquz) manat ödəniş edilmişdir. Faktiki qalıq borc 2282 (iki min iki yüz səksən iki) manat təşkil edir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X13 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Abşeron RPİ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev X6 rayonu, Xırdalan şəhəri, məhəllə 26 ünvanında qeydiyyatdadır. -xx.xx.2018-ci il tarixli 344-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh - Cəmiyyətin Satış Departamentinin Satış 2 Şöbəsinin xx.xx.2018-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. -xx.xx.2018-ci il tarixli “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmışX13 haqqında Müqavilədən görünür ki, Cavabdeh satıcı-kassir tam maddi məsul vəzifəyə qəbul olunmuş və ona bir sıra vəzifələr etibar olunmuşdur. -xx.xx.2018-ci il tarixli 344-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh - Cəmiyyətin Satış Departamentinə xx xxxxxx 2018-ci il tarixdən Baş satıcı vəzifəsinə keçirilmişdir. -xx.xx.2018-ci il tarixli “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış X13 haqqında Müqavilədən görünür ki, Cavabdeh Baş satıcı tam maddi məsul vəzifəyə qəbul olunmuş və ona bir sıra vəzifələr etibar olunmuşdur. -xx.xx.2018-ci il tarixli 344-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh - Cəmiyyətin Satış Departamentinə xx xxxxxx 2018-ci il tarixdən Adminstrator vəzifəsinə keçirilmişdir. -xx.xx.2018-ci il tarixli “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmışX13 haqqında Müqavilədən görünür ki, Əliyev X1 tam maddi məsul vəzifəyə qəbul olunmuş və ona bir sıra vəzifələr etibar olunmuşdur. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə (Əmək Məcəlləsinin 68.a) tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. -xx.xx.2019-cu il tarixli 344-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh - Cəmiyyətin Satış Departamentinin Satış 2 Şöbəsinin Adminstratorunun əmək müqaviləsinə 14.8.2019-vu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəısinin ikinci hissəsinin “A” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İstifadə edilməmiş 1248 (min iki yüz qırx səkkiz) təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. xx.xx.2019-cu il tarixdə OBA Elmlər 3 filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktdan görünür ki, həmin filialda mallara dair hesablamalar aparılmış malların dövrüyyələrinə dair qiymət nəticələri çıxarılmışdır. -Aktivlər üzrə inventarizasiya nəticələrinə dair aktdan görünür ki, xx xxxxxx 2018-ci il tarixli 10 №-li əmr ilə təyin olunmuş komissiyanın sədri: Satınalma şöbəsinin müdiri X5; komissiyanın üzvləri: baş mühasib- X2, İnventarizasiya şöbəsinin müdiri-X9; Təftiş şöbəsinin müdiri-X3; Satış ofisinin müdiri Abbasov Nizam Adıgözəl oğlundan ibarət heyətdə təyin edilmiş komissiya, OBA-Elmlər-3 (914) mağazasının müdiri işləmiş maddiməsul şəxs-Cavabdeh Abdulla oğlunun iştirakı ilə “01” May 2019-cu il tarixli inventarizasiya siyahısı ilə təhvil təslim tarixinə siyahıya alınmış mal-material qiymətlilərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsini aparmışlar. -xx.xx.2019-cu il tarixli imtina aktından görünür ki, maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrinin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticələrinı dair tərtib edilmiş həmin sənədləri imzalamaqdan və əskik gəlmələrin (-3431.15 AZN) yaranma səbəbləri barədə izahat verməkdən imtina etmişdir. -xx.xx.2019-cu il tarixli Borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, xx.xx.2019-cu il tarixdə OBA-Elmlər 3 mağazasında adminstrator vəzifəsində çalışdığı zamanı aparılmış inventarizasiya nəticəsində Cavabdeh 2391 (iki min üç yüz doxsan bir) manat məbləğdə zərər vurması müəyyən edilmişdir. Tərəflər arasında X13 haqqında müqavilənin bağlandığı nəzərə alaraq borclu (zərər vuran) 2391 (iki min üç yüz doxsan bir) manat məbləğində Cəmiyyətə zərər vurduğunu tam etiraf edir. -xx.xx.2020-ci il tarixli “xxxx” MMC-nin sabiq adminstratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 2391 (iki min üç yüz doxsan bir) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 2391 (iki min üç yüz doxsan bir) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 109 (yüz doqquz) manat Cəmiyyətin xəzinəsinə mədaxil etməklə 2282 (2391-109) manat borcu qalmışdır. -xx.xx.2020-ci il tarixli DN-2314 nömrəli Xəbərdarlıqdan görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh maddi ziyanı 3 gün müddətdə Cəmiyyətə ödənilməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X13” haqqında müqavilə imzalanmışdır. xx.xx.2018-ci il tarixli 540-K saylı əmrlə Baş satıcı, xx.xx.2018-ci il tarixli 563-saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019cu il tarixində işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə OBA - Elmlər 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. “xxxx” MMC-nin sabiq adminstratoru, Cavabdeh əmək fəaliyyəti barədə təftiş yoxlamalar aparılımış və onun MMC-yə 2391 (iki min üç yüz doxsan bir) manat məbləğində maliyyə çatışmazlığı müəyyən edilmiş və beləliklə maddi ziyan vurulmuşdur. Həmin məbləğdən 109 manat cavabdeh iddiaçının kassasına mədaxil etmiş, 2282 manat qalıq borcu qalmışdır. Cavabdeh həmin borcu verməkdən yayındığı üçün İddiaçı MMC cavabdeh tərəfindən ödənilməmiş 2282 (iki min iki yüz səksən iki) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, işin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən edildiyi kimi cavabdeh iddiaçı ilə əmək müqaviləsi bağlayaraq müxtəlif vəzifələrdə işləmiş və adminstrator vəzifəsində işləyərkən əmək intizamı xətasına yol verərək “xxxx” MMC-nə Cəmiyyətə 2391 (iki min üç yüz doxsan bir) manat məbləğində zərər vurmuşdur. Cavabdehin Cəmiyyətə ziyan vurması xx.xx.2019-cu il tarixli Borcun etirafı və ödəniş qaydası haqqında müqavilədə və xx.xx.2020-ci il tarixli “xxxx” MMC-nin sabiq adminstratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan, xx.xx.2019-cu il tarixdə OBA Elmlər 3 filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun Aktdan, aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx xxxxxx 2018-ci il tarixli Aktdan öz təsdiqiqni tapır. Eyni zamanda həmin arayışda Cavabdeh 2391 manat zərərdən 109 manat ödəniş etdiyi və qalıq borcu 2282 manat məbləğində olduğu qeyd edilmişdir ki, məhkəmə tədqiq edilməklə yoxlanılmış həmin müqavilə və arayışı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi ilə sübut kimi qəbul edir. Belə ki, Borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixdə OBA-Elmlər 3 mağazasında adminstrator vəzifəsində çalışdığı zamanı aparılmış inventarizasiya nəticəsində 2391 (iki min üç yüz doxsan bir) manat məbləğində Cəmiyyətə zərər vurduğunu tam etiraf etmişdir. Həmin borcdan hissəvi ödəniş etməsi bilavasitə onun həmin borc məbləğinin etiraf etməsinin göstəricisidir. Bunula da məhkəmə iddia tələbinin əsaslığını qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM); 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı MMC-yə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 191 -ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X13 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının MM-nin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Beləliklə məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarları məcmu halında qiymətləndirib, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurulmuş maddi zərərə görə 2282 (iki min iki yüz səksən iki) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin; 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəməyə iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməli, dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə ona vurulmuş maddi zərərə görə 2282 (iki min iki yüz səksən iki) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3740/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3740/2020
13.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver