Məhkəmə qərarları › İş №2(012)-3741/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3741/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3741/2020 25.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh2 Allahverən oğluna və Cavabdeh1 qarşı “əsas və faiz borcunun qaytarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh2 Allahverən oğluna və Cavabdeh1 qarşı “əsas və faiz borcunun qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 Allahverən oğlu və Cavabdeh1nndan əsas borc üzrə 2337,04 (iki min üç yüz otuz üç manat 04 qəpik) manat, faiz borcu üzrə 0.00 (sıfır) manat olmaqla ümumilikdə 2337,04 (iki min üç yüz otuz üç manat 04 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC BOKT məhkəməyə vəsatətlə müraciət edərək, İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh2 Allahverən oğluna və Cavabdeh1 qarşı “əsas və faiz borcunun qaytarılması tələbi”nə dair 2(012)-3741/2020 saylı mülki işə Cavabdeh2 Allahverən oğlu ilə “Fizki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası“ müqaviləsi imzalandığı üçün mülki işə xitam verilməsi zərurəti yarandığından 2(012)-3741/2020 saylı mülki iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının mülki işin icraatına xitam verilməsi barədə vəsatətini və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, bu imtina hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına və qanunamüvafiq olduğuna görə qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1. maddəsinin mahiyyətindən görünür ki, iddiaçı məhkəməyə yazılı ərizə verməklə iddiadan imtina edə bilər və həmin Məcəllənin 52.5. maddəsinin mənasına əsasən belə imtina qanuna zidd olmamalı və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həmin Məcəllənin 261.0.4. maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh2 Allahverən oğluna və Cavabdeh1 qarşı “əsas və faiz borcunun qaytarılması tələbi”nə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar