Məhkəmə qərarları › İş №2(012)-3771/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3771/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3771/2020 03.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclularla BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, L-KN- 0038027-F saylı Kredit Müqaviləsi və KN-00002487 saylı Zaminlik Müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş 207.08 (iki yüz yeddi dollar 08 sent) ABŞ dolları əsas borcu və 122.01 ( yüz iyirmi iki dollar 01 sent) ABŞ dolları faiz borcu, cəmi 329.09 (üç yüz iyirmi doqquz dollar 09 sent) ABŞ dolları məbləğində borcun, 30 (otuz) manat dövlət rüsumunun iddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin arasında bağlanmış xx.xx.2015-ci il tarixli, L-KN- 0038027-F saylı Kredit Müqaviləsinə əsasən, cavabdehə «İnvestsiya» məqsədi ilə borcluya 12 ay müddətinə, aylıq 25 %, illik 30% olmaqla 1000 (min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarıxdə Kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə KN-00002487 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC- ilə borclu arasında xx.xx.2017-ci il tarixində imzalanmış rəsmi razılaşma protokoluna əsasən Kredit Müqaviləsinin müddəti xx.xx.2018ci il tarixinədək uzadılmışdır. xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinin şərtlərinə əsasən cavabdeh bu vaxtadək ümumilikdə 1.458.73 ABŞ dolları ödəniş etmişdir. Hal-hazırda borclunun təşkilata 207.08 (iki yüz yeddi dollar 08 sent) ABŞ dolları əsas borcu, 122.01 ( yüz iyirmi iki dollar 01 sent) ABŞ dolları faiz borcu, cəmi borcu 329.09 (üç yüz iyirmi doqquz dollar 09 sent) ABŞ dolları təşkil edir və bu borcun cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş və xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin «Bakı» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, L-KN-0038027-F saylı Kredit Müqaviləsindən görünür ki, Kreditor tərəfindən borcluya «Avtomobil təmiri: Şəxsi məqsədlər məqsədi ilə borcluya 12 ay müddətinə 1000 (bir min) ABŞ dolları məbləğində kredit vermişdir. -xx.xx.2015-ci il tarixli, KN-00002487 saylı Zaminlik Müqaviləsindən görünür ki, Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. -xx.xx.2015-ci il tarixdə imzalanmış ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ödəniş qrafikinə əsasən aldığı kredit üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək müddətdə hər ay 98.00 ABŞ dolları (sonuncu ay 95.17 dollar) olmaqla cəmi 1173.17 ABŞ dollarını ödəməyi öhdəsinə götürmüşdür. -«xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin Bakı filialı və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, L-KN-0038027-F saylı X1 ilə əlaqədar verilən Güşətlərə dair Əlavədən (Razılaşma protokolu)ndan görünür ki, xx.xx.2017-ci il tarixində imzalanmış rəsmi razılaşma protokoluna əsasən Kredit Müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır. -xx.xx.2017-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ödəniş qrafikinə əsasən aldığı kredit üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müddətdə ödəməyi öhdəsinə götürmüşdür. -xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, L- KN-0038027-F saylı Kredit Müqaviləsinə əsasən, 1000 (bir min) ABŞ dolları məbləğində kredit verilmişdir.Hal-hazırda borclunun təşkilata 207.08 (iki yüz yeddi dollar 08 sent) ABŞ dolları əsas borcu, 122.01 ( yüz iyirmi iki dollar 01 sent) ABŞ dolları faiz borcu, cəmi borcu 329.09 (üç yüz iyirmi doqquz dollar 09 sent) ABŞ dolları təşkil edir və bu Kredit Müqaviləsi üzrə faiz hesablanması xx.xx.2018-ci il tarixində dayandırılmışdır. -Bank olmayan Kredit Təşkilatı İddiaçı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Xəbərdarlıqdan görünür ki, Cavabdeh1 5 iş günü ərzində öhdəliyini yerinə yetirməsi təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilib. -İş materiallarına Cavabdeh2 ünvanlanmış sənədlərin məhkəməyə müraciəti barəsində bildiriş əlavə edilmişdir. -Azərbaycan Respublikası DİN-nin BRQMİ-nin MARS şöbəsi Arayışından və Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № 0******* - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Cavabdeh1 - ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası DİN-nin BRQMİ-nin MARS şöbəsi Arayışından və Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № 0******* - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 - ünvan 2 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsindən xx.xx.2019-cu il tarixdə verilmiş Çıxarışın surətindən görünür ki, Bank olmayan Kredit Təşkilatı İddiaçı xx.xx.2002-ci il tarixdə, ********** dövlət qeydiyyat nömrəsi ilə Milli gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsində qeydiyyatdan keçmişdir. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdehlər müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onların iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 329.09 (üç yüz iyirmi doqquz dollar 09 sent) ABŞ dolları borcu yaranmışdır.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsində nəzərdə tutulur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçı bank qarşısında, digər cavabdeh olan Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia təmin edilməli, BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, L-KN-0038027-F saylı Kredit Müqaviləsinə əsasən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş 207.08 (iki yüz yeddi dollar səkkiz sent) ABŞ dolları əsas borcu və 122.01 (yüz iyirmi iki dollar bir sent) ABŞ dolları faiz borcu, cəmi 329.09 (üç yüz iyirmi doqquz dollar doqquz sent) ABŞ dolları məbləğində borcun, 30 (otuz) manat dövlət rüsumunun iddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ və İİİ hissələrinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. «Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli rüsumun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş 207.08 (iki yüz yeddi dollar səkkiz sent) ABŞ dolları əsas borcu və 122.01 (yüz iyirmi iki dollar bir sent) ABŞ dolları faiz borcu, cəmi 329.09 (üç yüz iyirmi doqquz dollar doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulub Bank olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar