Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3774/2020 11.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçıLəğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması FondununCavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işəxx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxx 2015-ci il tarixli N- 1665/15 saylı kredit müqaviləsi üzrə 702,77 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 96,32 manat faiz borcu, 897,08 manat cərimə, xx.xx.2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 167,10 manat borcun, cəmi 1863,27 manat qəpik borcun, 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC arasında xx xxxxxx 2015-ci il tarixində bağlanmış N-1665/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh oğluna illik 25% ödənməsi şərti ilə 25 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Lakin, Cavabdeh oğlu xx xxxxxx 2015-ci il tarixində bağlanmış N-1665/15 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini lazımi icra etməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilmədiyindən Cavabdeh oğlunun banka 702,77 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 96,32 manat faiz borcu, 897,08 manat cərimə, xx.xx.2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 167,10 manat borc, cəmi 1863,27 manat qəpik borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx xxxxxx 2015-ci il tarixli N-1665/15 saylı kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Cavabdeh oğluna illik 25% ödənməsi şərti ilə 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixində bağlanmış N-1665/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə İddiaçı ASC-yə 702,77 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 96,32 manat faiz borcu, 897,08 manat cərimə, xx.xx.2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 167,10 manat borcnin, cəmi 1863,27 manat qəpik borcu vardır. Mülki işin materiallarında olan 1 saylı Bakı İnziabati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarından müəyyən edilir ki, İddiaçı ASCnın müflis elan edilməsi və iflas prosedura başlanılması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nın ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxxxxx 2015-ci il tarixində bağlanmış N-1665/15 saylı kredit müqaviləsi üzrə hesablanmış 897,08 manat cərimənin məbləği azaldılmalı və həmin məbləğ 89 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh oğlu arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh oğlu kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh oğlu kredit müqaviləsi ilə aldıqlarını iddiaçı Ləğvetmə prosesində olan İddiaçı ASC-nə qaytarmalıdır. Əsas borca hesablanmış faiz məbləğinə gəldikdə, məhkəmə hesab edir ki, Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında verilmiş şərhin məhkəmə üçün məcburi olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh oğlundan tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2015-ci il tarixli N-1665/15 saylı kredit müqaviləsi üzrə 702,77 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 96,32 manat faiz borcu, 89 manat cərimə, xx.xx.2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 167,10 manat borc, cəmi 1055,19 manat kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3774/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3774/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver