Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3781/2020 04.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1. Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “əsas kredit borcunun, kredit üzrə faizlərin və cərimənin tutulması” tələbinə dair mülki işə xx xxxxxx 2020-cı il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsini, cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 1316,26 manat əsas borcun, kredit müqaviləsinin müddətinin bitdiyi-xx.xx.2020-ci il tarixə 94,25 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış 40 manat dəbbə pulu, kredit müqaviləsinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonra banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 125,12 manat olmaqla, cəmi 1575,63 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «İddiaçı Bank» ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx xxx 2019-cu il tarixli, ***-*******/F saylı kredit müqaviləsinə əsasən Bank Cavabdeh2 illik faiz dərəcəsi 18 % olmaqla 3000 manat məbləğində kredit vermişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə «İddiaçı Bank» ASC ilə Cavabdeh1 arasında xx xxx 2019-cu il tarixli, ***-*******/KK-1 saylı zaminlik müqaviləsi bağlanılmışdır. «İddiaçı Bank» ASC ilə Kredit müqaviləsinə əsasən Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faziləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi vaxtlı-vaxtında yerinə yetirməmiş, bankın dəfələrlə şifahi və yazılı xəbərdarlıq etməsinə baxmayaraq cavabdehlər tərəfindən pulun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, oğlu X4 və Aztexnikada işləyəndə istehlak məqsədi üçün «İddiaçı Bank» ASC-dən kredit götürmüşdür. Hazırda o da işsizdir. Oğlu səfərbərliyə çağırılmışdır. Aya 80-100 manat ödəniş etməyə razıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli, ***-*******/F saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 (kreditalan) həqiqətən də İddiaçı ASC-dən illik 18 faiz olmaqla 3000 manat məbləğində kredit almışdır. İş materiallarına əlavə edilmiş xx xxx 2019-cu il tarixli, ***-*******/KK-1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kreditor qarşısında borclunun xx xxx 2019-cu il tarixli, ***- *******/F saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 bankla bağladığı xx xxx 2019-cu il tarixli, ***-*******/F saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 1316,26 manat əsas borcu, kredit müqaviləsinin müddətinin bitdiyi-xx.xx.2020-ci il tarixə 94,25 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış 40 manat dəbbə pulu, kredit müqaviləsinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonra banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 125,12 manat olmaqla, cəmi 1575,63 manat borcu vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı təşkilatın nümayəndəsini və cavabdehi dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə qismən sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında xx xxx 2019-cu il tarixli, ***-*******/F saylı kredit müqaviləsi və həmin müqavilədən irəli gələn eyni tarixli zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx xxx 2019-cu il tarixli, ***-*******/F saylı kredit müqaviləsi üzrə Cavabdeh2(borcalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh2 (borcalan) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər Cavabdeh1 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Belə ki, xx xxx 2019-cu il tarixli, ***-*******/KK-1 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Borcalan Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Borcalanla birgə məsluliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürümşdür. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərdən öhdəliklərini lazımınca icra etmədikləri üçün cəriməpulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə cərimə (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. xx xxx 2019-cu il tarixli, ***-*******/F saylı kredit müqaviləsi ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə, ertəsi günündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək cərimə hesablanır. Göründüyü kimi, tərəflər cərimə pulunun ödənilməsini müqavilə ilə müəyyən etmişlər. Lakin, məhkəmə cərimə pulunun tənasübsüz surətdə yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 40 manat dəbbə pulu və 125,12 manat əldən çıxmış fayda borclunun onsuzda ağır olan vəziyyətini daha da ağırlaşdıracağdır. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində iddia qismən təmin edilməli və cərimə 2 manat, əldən çıxmış isə 5 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 1316,26 manat əsas borcun, 94,25 manat faiz borcu, 2 manat cərimə və 5 manat əldən çıxmış fayda olmaqla cəmi 1417,51 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3781/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3781/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver