Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3784/2020 29.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, SHLMB- 6227 saylı kredit müqaviləsi üzrə kreditə görə 1461,19 manat əsas, faiz borcuna görə 156,78 manat, dəbbə borcuna görə 225,18 manat, borcun cəmi məbləği 1843,15 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş: Sep - 1 ədəd, çəkisi - 2,1 qr, əyarı - 585; Üzük - 1 ədəd, çəkisi - 4 qr, əyarı - 585; Sep - 2 ədəd, çəkisi - 16,5 qr, əyarı - 585; Komplekt - 1 ədəd, çəkisi - 13 qr, əyarı - 585; Qolbaq - 2 ədəd, çəkisi - 8 qr, əyarı - 585; Üzük - 1 ədəd, çəkisi -1,9 qr, əyarı - 585; Cəmi: 45,5 qr olan qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2019-cu il tarixli, SHLMB-6227 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 1843,15 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli, SHLMB-6227 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, SHLMB-6227 saylı kredit müqaviləsi üzrə kreditə görə 1461,19 manat əsas, faiz borcuna görə 229,98 manat, dəbbə borcuna görə 364 manat borcun cəmi məbləği 2055,17 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş: Sep - 1 ədəd, çəkisi - 2,1 qr, əyarı - 585; Üzük - 1 ədəd, çəkisi - 4 qr, əyarı - 585; Sep - 2 ədəd, çəkisi - 16,5 qr, əyarı - 585; Komplekt - 1 ədəd, çəkisi - 13 qr, əyarı - 585; Qolbaq - 2 ədəd, çəkisi - 8 qr, əyarı - 585; Üzük - 1 ədəd, çəkisi -1,9 qr, əyarı - 585; Cəmi: 45,5 qr olan qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2019-cu il tarixli, SHLMB-6227 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 2055,17 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli, SHLMB-6227 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SHLMB-6227 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 18 ay müddətinə 1820 manat məbləğində cavabdehə kredit verilmişdir xx.xx.2019-cu il tarixli, SHLMB-6227 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Sonuncu maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, SHLMB-6227 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1461,19 manat əsas, faiz borcuna görə 229,98 manat, dəbbə borcuna görə 364 manat borcun cəmi məbləği 2055,17 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, SHLMB- 6227 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2019-cu il tarixli, SHLMB-6227 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2019-cu il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Sahil” filialına saxlanca verilmiş və Sep - 1 ədəd, çəkisi - 2,1 qr, əyarı - 585; Üzük - 1 ədəd, çəkisi - 4 qr, əyarı - 585; Sep - 2 ədəd, çəkisi - 16,5 qr, əyarı - 585; Komplekt - 1 ədəd, çəkisi - 13 qr, əyarı - 585; Qolbaq - 2 ədəd, çəkisi - 8 qr, əyarı - 585; Üzük - 1 ədəd, çəkisi -1,9 qr, əyarı - 585; cəmi: 45,5 qr olan qızıl-zinət əşyalarından ibarətdir Məhkəmədən girov predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli, SHLMB-6227 saylı kredit müqaviləsi üzrə borca yönəldilməsi və borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsi və beləliklə iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia artırılmış həcmdə müdafiə edib iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, bankla müqavilə bağlayıb 1800 manat ödəniş etmiş, 6 ay ödəniş etmiş, sonar pandemiya dövrünə düşdüyündən ödəniş edə bilməmiş, bankda pandemiya dövrü üçün güzəşt olunacağı bildirilsə də, heç bir güzəşt olunmadığını, bildirərək məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş sənədlərdən görünür ki; -İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, SHLMB-6227 saylı Kredit Müqaviləsinə əsasən, Bank, Borcalana cari borcun bağlanması məqsədi ilə 18 ay müddətinə, illik 30 faiz ödənilməklə 1820 (min səkkiz yüz iyirmi) manat məbləğində kredit vermişdir. -kredit müqaviləsinin şərtindən və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki Cavabdeh ona verilmiş 1820 manat kredit üzrə 18 ay müddətinə xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay banka 126,80 manat (sonuncu ay 127 manat) ödəməklə cəmi 2282,60 manat qaytarmalıdır. -İddiaçı ASC-nin «Sahil» filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, SHLMB-6227 saylı Saxlanc Girovu haqqında müqavilədən və xx xxxxxx 2019-cu il tarixli, SHLMB-6227 saylı saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, Borcalan/Girov qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Sep - 1 ədəd, çəkisi - 2,1 qr, əyarı - 585; Üzük - 1 ədəd, çəkisi - 4 qr, əyarı - 585; Sep - 2 ədəd, çəkisi - 16,5 qr, əyarı - 585; Komplekt - 1 ədəd, çəkisi - 13 qr, əyarı - 585; Qolbaq - 2 ədəd, çəkisi - 8 qr, əyarı - 585; Üzük - 1 ədəd, çəkisi -1,9 qr, əyarı - 585; cəmi: 45,5 qr olan qızıl-zinət əşyalarını sentyabr xx xxxxxx 2019-cu il tarixli, SHLMB-6227 saylı Kredit Müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi Kreditor/Girov Saxlayana girova verir və əmlak 2699,52 manat dəyərində qiymətləndirilir. -İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, xx xxxxxx 2019-cu il tarixli, SHLMB-6227 saylı Kredit Müqaviləsi üzrə gecikdirilmiş borcun 3 iş gün müddətində ödənilməsi təklif olunmuş, əks təqdirdə həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görülməsi barədə cavabdehə məlumat verilmişdir. -xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh 1820 (min səkkiz yüz iyirmi) manat məbləğində krediti, həmin tarixdə İddiaçı ASC-nin «Sahil» filialından imza edərək qəbul etmişdir. -xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, SHLMB-6227 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 1461,19 manat əsas, 156,78 manat faiz, 225,18 manat cərimə, cəmi 1843,15 manat məbləğində kredit borcu vardır. -İddiaçının nümayəndəsinin məhkəmə iclası zamanı təqdim etdiyi xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, SHLMB-6227 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 1461,19 manat əsas, 229,98 manat faiz, 364 manat cərimə, cəmi 2055,17 manat məbləğində kredit borcu vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit və Girov Müqavilələri bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilələrdən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit və Girov Müqavilələri bağlanılmış, həmin Müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edildi ki, cavabdehin Banka olan əsas borcu 1461,19 manat, faiz borcu 229,98 manat, cərimə borcu 364 manat, cəmi 2055,17 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh Kredit Müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma bağlanmış Girov Müqaviləsinə uyğun olaraq, girov predmeti olan, Cavabdeh mülkiyyətində olan Sep - 1 ədəd, çəkisi - 2,1 qr, əyarı - 585; Üzük - 1 ədəd, çəkisi - 4 qr, əyarı - 585; Sep - 2 ədəd, çəkisi - 16,5 qr, əyarı - 585; Komplekt - 1 ədəd, çəkisi - 13 qr, əyarı - 585; Qolbaq - 2 ədəd, çəkisi - 8 qr, əyarı - 585; Üzük - 1 ədəd, çəkisi -1,9 qr, əyarı - 585; cəmi: 45,5 qr olan qızıl-zinət əşyalarının satışından əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. maddəsinə əsasən gürov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Məhkəmə qanunun qeyd edilən normalarına istinad edərək hesab edir ki, tərəflər arasında bağlanmış “Saxlanc Girovu” haqqında müqaviləsinə uyğun olaraq iddia tələbinin girovda olan qızıl-zinət əşyalarına yönəldilməsi və bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin borca yönəldilməsi hissəsi əsaslıdır və təmin edilməlidir. Bundan başqa iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq 364 manat dəbbə pulunun cavabdehdən alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 1461,19 manat məbləğində əsas borc üzrə hesablanmış 364 manat məbləğində cərimənin azaldılaraq 10 manat saxlanılmasını qanuni, əsaslı və ədalətli olmaqla, həm iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin də maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 30 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirib və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edir ki, xx xxxxxx 2019-cu il tarixli, SHLMB-6227 saylı Kredit Müqaviləsi üzrə 1461,19 manat məbləğində əsas borc, 229,98 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu, cəmi 1701,17 (min yeddi yüz bir manat on yeddi qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tələb Cavabdeh məxsus olan girov qoyulmuş: Sep - 1 ədəd, çəkisi - 2,1 qr, əyarı - 585; Üzük - 1 ədəd, çəkisi - 4 qr, əyarı - 585; Sep - 2 ədəd, çəkisi - 16,5 qr, əyarı - 585; Komplekt - 1 ədəd, çəkisi - 13 qr, əyarı - 585; Qolbaq - 2 ədəd, çəkisi - 8 qr, əyarı - 585; Üzük - 1 ədəd, çəkisi -1,9 qr, əyarı - 585; Cəmi: 45,5 qr olan qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar hərracda satılmalı, onun satışından əldə olunmuş pul vəsaiti kredit borcuna ödənilməli, borcun ödənilməsi üçün yetərli olmazsa, icra ümumi qaydada davam etdirilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244, 295-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, SHLMB- 6227 saylı Kredit Müqaviləsi üzrə yaranmış 1461,19 (min dörd yüz altmış bir manat on doqquz qəpik) manat əsas, 229,98 (iki yüz iyirmi doqquz manat doxsan səkkiz qəpik) manat faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 1701,17 (min yeddi yüz bir manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Ödəmə girov qoyulmuş Cavabdeh mülkiyyətində olan Sep - 1 ədəd, çəkisi - 2,1 qr, əyarı - 585; Üzük - 1 ədəd, çəkisi - 4 qr, əyarı - 585; Sep - 2 ədəd, çəkisi - 16,5 qr, əyarı - 585; Komplekt - 1 ədəd, çəkisi - 13 qr, əyarı - 585; Qolbaq - 2 ədəd, çəkisi - 8 qr, əyarı - 585; Üzük - 1 ədəd, çəkisi -1,9 qr, əyarı - 585; cəmi: 45,5 qr olan qızıll zinət əşyalarına yönəldilsin, həmin qızıl-zinət əşyaları açıq hərracda satılsın, qızıl-zinət əşyaların satışından əldə olunmuş pul vəsaiti tələb edilən borcun ödənilməsinə yönəldilsin. Qızıl-zinət əşyaları satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc ümumi qaydada tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3784/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3784/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver