Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3796/2021 29.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqavilələrinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqavilələrinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 02.10.2019-cu il tarixli 2-Y-1-0-88-14 saylı kredit müqaviləsinə əsasən 861.75 manat əsas, 4.48 manat faiz və 9.57 manat cərimə, kredit müqaviləsi üzrə 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 230.75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1106.55 manat borcun, 02.10.2019-cu il tarixli 2-Y-2-0-567-14 saylı kredit müqaviləsinə əsasən 643.45 manat əsas, 2.95 manat faiz və 3.78 manat cərimə, kredit müqaviləsi üzrə 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 800.28 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Yelo Bank ASC-nin xeyrinə tutulması və Yelo Bank ASC ilə Cavabdeh arasında bağlanmış 02.10.2019-cu il tarixli 2-Y-1-0-88-14 saylı və 02.10.2019-cu il tarixli 2-Y-2-0-567-14 saylı kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 02.10.2019-cu il tarixli 2-Y-1-0-88- 14 saylı kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC-dən illik 1%-lə 60 ay müddətinə 867.87 manat, 02.10.2019-cu il tarixli 2-Y-2-0-567-14 saylı kredit müqaviləsinə əsasən isə Nikoyl İKB ASC-dən illik 1 %-lə 60 ay müddətinə 671.2 manat kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Belə ki, 03.05.2021-ci il tarixədək 02.10.2019-cu il tarixli 2-Y-1-0-88-14 saylı kredit müqaviləsi üzrə banka 861.75 manat əsas, 4.48 manat faiz və 9.57 manat cərimə, kredit müqaviləsi üzrə 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 230.75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1106.55 manat borcu və 02.10.2019-cu il tarixli 2-Y-2-0-567-14 saylı kredit müqaviləsinə əsasən isə 643.45 manat əsas, 2.95 manat faiz və 3.78 manat cərimə, kredit müqaviləsi üzrə 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 800.28 manat borcu yaranmışdır. Bank tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq isə o, borcu ödəməkdən yayınmışdır. Odur ki, göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, 02.10.2019-cu il tarixli 2-Y-1-0-88-14 saylı kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC-dən illik 1%-lə 60 ay müddətinə 867.87 manat, 02.10.2019-cu il tarixli 2-Y-2-0-567-14 saylı kredit müqaviləsinə əsasən isə illik 1 %-lə 60 ay müddətinə 671.2 manat kredit götürmüşdür. Kredit müqavilələri üzrə öhdəliklərini icra etsə də sonradan maddi çətinlikləri yarandığı üçün ödənişlərini vaxtlı-vaxtında icra edə bilməmişdir. Hazırda iddiaçı Yelo Bank ASC-nin iddia tələblərini qəbul edir, banka olan borcunu hissə-hissə ödəyəcəkdir və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Kreditor Nikoil İKB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 02.10.2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərindən görünür ki, bu müqavilə Azərbaycan Respublikasında banklar tərəfindən müştərilərə əsasən vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər, şərtlər bankla müştəri arasında bağlanacaq güzəştli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi elan olunacaqdır və kredit müqaviləsinin əsas şərtlərini əks etdirəcəkdir. - Nikoil İKB ASC ilə Cavabdeh arasında bağlanmış 02.10.2019-cu il tarixli 2-Y-1-0- 88-14 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 60 ay müddətinə illik istifadə haqqı 1% hesabı ilə 867.87 manat məbləğində kredit verilmişdir. - Eyni zamanda, kredit müqaviləsinin şərtindən və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 02.11.2019-cu il tarixdən başlayaraq, 02.10.2024-cü il tarixədək hər ay 18.45 manat, sonuncu ay isə 18.56 manat olmaqla hissə-hissə ödəməklə qaytarmalıdır. - Nikoil İKB ASC ilə Cavabdeh arasında bağlanmış 02.10.2019-cu il tarixli 2-Y-2-0- 567-14 saylı kredit müqaviləsinə görünür ki, bank tərəfindən borcalana 60 ay müddətinə illik istifadə haqqı 1% hesabı ilə 671.20 manat məbləğində kredit verilmişdir. - Eyni zamanda, kredit müqaviləsinin şərtindən və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 02.11.2019-cu il tarixdən başlayaraq, 02.10.2024-cü il tarixədək hər ay 14.27 manat, sonuncu ay isə 14.31 manat olmaqla hissə-hissə ödəməklə qaytarmalıdır. - 03.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02.10.2019-cu il tarixli 2-Y-1-0-88-14 saylı kredit müqaviləsinə əsasən 861.75 manat əsas, 4.48 manat faiz və 9.57 manat cərimə olmaqla, ümumilikdə 875.8 manat borcu vardır. -03.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02.10.2019-cu il tarixli 2-Y-2-0-567-14 saylı kredit müqaviləsinə əsasən 643.45 manat əsas, 2.95 manat faiz və 3.78 manat cərimə olmaqla, ümumilikdə 650.18 manat borcu vardır. - Yelo Bank ASC tərəfindən Cavabdeh ünvanlanmış 2021-ci il tarixli 5012 saylı və 5082 saylı xəbərdarlıqlardan görünür ki, bank tərəfindən borcalana kredit müqavilələri üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin Maps şöbəsinin 05.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Y/M keçid-1 döngə 3, 28 saylı evdə qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.10.2019-cu il tarixli 2-Y-1-0-88-14 saylı kredit müqaviləsi və 02.10.2019-cu il tarixli 2-Y-2-0-567-14 saylı kredit müqaviləsi ləğv edilsin. 02.10.2019-cu il tarixli 2-Y-1-0-88-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh 861.75 manat əsas, 4.48 manat faiz və 9.57 manat cərimə, kredit müqaviləsi üzrə 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 230.75 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1106.55 (min yüz altı manat əlli beş qəpik) manat borc, 02.10.2019-cu il tarixli 2-Y-2-0-567-14 saylı kredit müqaviləsi üzrə 643.45 manat əsas, 2.95 (iki manat doxsan beş qəpik) manat faiz və 3.78 (üç manat yetmiş səkkiz qəpik) manat cərimə, kredit müqaviləsi üzrə 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 800.28 (səkkiz manat iyirmi səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti olmaqla ümumilikdə 1936.83 (min doqquz yüz otuz altı manat səksən üç qəpik) manat pul vəsaiti X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3796/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3796/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver