Məhkəmə qərarları › İş №2(012)-3796/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3796/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3796/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə 20 sentyabr 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-469/2021 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş “KİA RİO” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş 32.500 (otuz iki min beş yüz) pul vəsaitinin yarısını, yəni 16.250 manatın və ödədiyi 138,75 manat mediasiya xərcinin və dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 2004-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə, yəni 2018-ci ilin mart ayının 13-də, Cavabdeh “KİA RİO” markalı Az **-BZ-*** dövlət nömrə nişanlı avtomobili ümumi büdcə hesabına almışdır. 2019-cu ildə münasibətlərində soyuqluq yaranmış, cavabdeh gələcəkdə boşanacağını planlaşdırdığı üçün qabağcadan həmin avtomobili formal alqısatqı ilə iddiaçıdan xəbərsiz olaraq anası X2 adına keçirmiş, o da avtomobili idarə etmədiyi üçün yalnız sürmə səlahiyyəti vermə etibarnaməsi ilə idarə etmək üçün qızına, yəni cavabdehə qaytarmışdır. Onlar öz aralarında razılaşmışlar ki, maşının mülkiyyətçisi dəyişərsə gələcəkdə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünəcəyi təqdirdə həmin avtomobil mübahisə predtmeti olmasın. Bu isə bilavasitə digər əqdi pərdələmək məqsədi daşıyırdı. xx.xx.2019-cu ildə nikahları rəsmi qaydada pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-469/2021 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş “KİA RİO” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş 32.500 (otuz iki min beş yüz) pul vəsaitində İddiaçı və Cavabdeh ½ hissədə payları müəyyən edilmişdir. İş üzrə verilmiş icra vərəqəsinə əsasən Abşeron rayon icra şöbəsi iddiaçıya düşən 16.250 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini təmin edə bilmir. Qətnamədə pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə müddəa yoxdur. Bu hal isə iddiaçının hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddanın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(012)-469/2021 saylı qətnaməsinin surətindən görünür ki, birgə nikah dövründə əldə edilmiş "KİA RİO" markalı Az **-BZ-*** dövlət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş 32500 (otuz iki min beş yüz) pul vəsaitində İddiaçı Aleksandrovıç və Cavabdeh ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 469/2021-008 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən birgə nigah dövründə əldə edilmiş "KİA RİO" markalı Az 01BZ234 dövlət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş 32500 ( otuz iki min beş yüz) pul vəsaitində İddiaçı Alksandroviç və Cavabdeh 2/1 hissədə payları müəyyən edilməlidir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh və X1 alınaraq İddiaçı Alaksandroviçə verilməlidir. Borclu Cavabdeh tərəfindən 30 manat dövlət rüsumu qəzbə əsasən İddiaçı Alaksandroviçə ödənilmişdir. İcra sənədi üzrə birgə nigah dövründə əldə edilmiş "KİA RİO" markalı Az 01BZ234 dövlət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş 32500 (otuz iki min beş yüz) pul vəsaitində İddiaçı Alksandroviç və Cavabdeh 2/1 hissədə payları müəyyən edilməsi borcluya izah olundu və bu barədə xx.xx.2022-ci ıl tarixli akt tərtib olundu. Məhkəmə araşdırmaları və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(012)-469/2021 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş "KİA RİO" markalı Az **-BZ-*** dövlət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş 32500 (otuz iki min beş yüz) pul vəsaitində İddiaçı Aleksandrovıç və Cavabdeh ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MM-nin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli tərəflərin ümumi əmlakı hesab edilən "KİA RİO" markalı Az **-BZ-*** dövlət nömrə nişanlı avtomobilində İddiaçı ½ hissə payına müvafiq həmin avtomobilin hazırkı bazar dəyəri olan 32500 manat ½ hissəsini təşkil edən 16250 (on altı min iki yüz əlli) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 138.75 manat dövlət rüsumuna görə pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16250 (on altı min iki yüz əlli) manat və 138.75 manat dövlət rüsumuna görə pul cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar