Məhkəmə qərarları › İş №2(012)-3813/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3813/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3813/2021 07.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Kazımovun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6014 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh ilə dostdur və yaxşı münasibətləri olmuşdur. 03 fevral 2021-ci il tarixdə Cavabdeh ona zəng vuraraq bir neçə aya qaytarmaq şərtilə 3644 manat məbləğində borc pul istəmiş, onların dostluq münasibətləri olduğundan, həmin məbləği sonuncuya vermişdir. Bundan bir neçə gün sonra, yəni 14 fevral 2021-ci il tarixdə cavabdeh özünə mobil telefon almaq istədiyini bildirmiş, lakin nağd pulu olmadığı üçün onun adına kredit götürərək dəyəri 2370 manat olmaqla “Samsung G991” markalı mobil telefon almışdır. Lakin, cavabdeh telefonun kreditini ödəməkdən boyun qaçırmış və o, həmin kredit məbləğini ödəyib borcu bağlamışdır. O, cavabdehə pulun qaytarılması barədə dəfələrlə müraciət etsə də, ümumilikdə 6014 manat məbləğində pulu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətdə qalmışdır. Odur ki, Cavabdeh 6014 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçının izahatını təsdiqləyərək, həqiqətən də İddiaçı 6014 manat məbləğində borcu olduğunu bildirdi və iddianın etirafı barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan 07 iyul 2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh iddianı etiraf etmişdir. Məhkəmənin mövqeyi bundan ibarətdir ki, iddiaçının verdiyi izahatdan və cavabdehin etirafından da göründüyü kimi, Cavabdeh İddiaçı 6014 manat məbləğində borcu vardır. Buna görə də, cavabdeh iddiaçı qarşısında öhdəlikləri üzrə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia cavabdeh tərəfindən etiraf edildiyinə görə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddianın etirafı qanunauyğun olduğundan və başqa şəxslərin hüquq və mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, yuxarıda göstərilənlərə əsasən iddia təmin edilməli və cavabdehdən 6014 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələb təmin edildiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin əvəzi cavabdehdən tutulub, iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Cavabdeh tərəfindən iddianın etirafı təsdiq edilsin. İddia təmin edilsin. Cavabdeh 6014 (altı min on dörd) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar