Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3820/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh ilə 09-10 fevral 2025-ci il tarixdə ev alqı-satqı işləri ilə əlaqədar tanış olmuş və evə baxış keçirmişdir. Evi ipoteka krediti ilə əlaqədar alacağını bildirdikdən sonra o, evin sənədlərinin qaydasında olduğunu soruşmuşdur. Cavabdeh isə evin və torpaq sahəsinin sənədlərinin tam mülkiyyət olduğunu vurğulayaraq qaydasında olduğunu bildirmişdir. Bir müddət sonra 11 fevral 2025-ci il tarixdə Cavabdeh evin və torpaq sahəsinin mülkiyyətini təsdiq edən çıxarışını banka təqdim etmək üçün zəng vuraraq bildirmişdir. Cavabdeh öncədən beh istəyərək 2000 manat pulun ona verməli olduğunu ondan xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491- 492-ci maddələrinə uyğun olaraq o, Cavabdeh səmimiliyinə inanaraq 12 fevral 2025-ci il tarixdə həyat yoldaşı X1 ilə birlikdə ünvan 1 ünvanında 1000 manat məbləğində Cavabdeh pul vermişdir. Cavabdeh almış olduğu pulu evin alqı-satqısı zamanı ümumi məbləğdən çıxacağı və azalacağı barədə söz vermişdir. Bundan sonra evin çıxarışı sənədlər banka təqdim edildikdən sonra sənədlər bankda qaydalara uyğun yoxlanılması üçün baş idarələrinə, aidiyyəti təşkilatlara yoxlanılması üçün göndərilmişdir. Lakin sonradan məlum olmuşdur ki, evin çıxarış sənədlərində uyğunsuzluq vardır. Belə ki, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) ehtiyat fondu torpaqlarına aid olduğu üçün bank evin ipoteka ilə alqı-satqısının mümkün olmadığını bildirmişdir. Evin sənədində uyğunsuzluğun olması, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 492-ci maddəsinə uyğun olaraq Cavabdeh onun tərəfindən məlumat verilmiş və sənədlərini tam qaydasına qoyduqdan sonra evin alqı-satqısının ipoteka ilə mümkün olduğu bildirilmişdir. Cavabdeh etirazını bildirərək, qonşularının bu sənədlə evlərini alqı-satqı etdiklərini bildirərək, həm onun sənədlərində heç bir uyğunsuzluq olmaması, həm də ondan beh əvəzi olaraq aldığı 1000 manat pulu qaytarmağa imkanı olmaması kimi halları müxtəlif bəhanələr gətirərək vurğulamış, “evi satanda və ya imkanım olanda pulu qaytararam” demişdir. Artıq uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamışdır və müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. O, Vətən Müharibəsi uğrunda döyüşlərdə iştirak etmişdir, qazidir və hazırda səhhəti ilə əlaqədar müalicə alır. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, İddiaçı təxminən 07-08 fevral 2025-ci il tarixdə ona məxsus evə gəlib baxmış, 10 fevral 2025-ci il tarixdə isə bankın işçisi evə baxış keçirmişdir. Ona təqdim edilmiş çıxarışda ev və torpaq sahəsi qeyd edilmişdir. Belə ki, onun mülkiyyətində olan fərdi yaşayış evi vaxtilə ehtiyat fondu torpaqlarına aid edilmiş torpaq sahəsi üzərində tikilmişdir. Belə ki, hansısa şirkət torpaq sahəsində evlər tikmiş və başqa şəxslərə satmışdır. Hazırda o özü də sözügedən evdə qeydiyyatdadır. Qonşuları da evlərini onun etdiyi qaydada satmışdır. İddiaçı bank işçisi ilə birlikdə onlara gəlib evin çıxarışının surətini götürmüş və ona bildirmişdir ki, sənədlər düzgün olarsa, ona beh verəcəkdir. Daha sonra onlara sənədlərin düzgün olduğu və müəyyən sənədləri toplamalı olduqları bildirilmişdir. İddiaçı bank işçisinin telefon zəngindən sonra 1000 manat beh vermiş, o isə 120000 manatlıq ev olduğunu bildirərək, iddiaçıdan 2000 manat beh istəmişdir. Buna baxmayaraq iddiaçı ev üçün beh olaraq ancaq 1000 manat pul vermişdir. O, həmin vaxtlar özünə ev axtarmışdır. Bundan əlavə onun borcları vardır və kredit borcuna görə ödəniş edir. İddiaçının dediklərinin əksinə olaraq, ona indiyədək pulu geri verməsini tələb edən olmamışdır. 05 mart 2025ci il tarixdə Fuad adlı şəxs ona zəng edərək, evinin tikildiyi torpaq sahəsinin kateqoriyasını gün ərzində dəyişməsini tələb etmiş, o da cavabında torpaq sahəsinin kateqoriyasını bir günə dəyişə bilməyəcəyini bildirmişdir. Həmçinin o, Fuad adlı şəxsə bildirmişdir ki, axı bundan əvvəl sənədlərin düzgün olduğunu və alqı-satqı etməyə uyğun olduğunu demişdiniz, bundan sonra Fuad ona cavab vermədən telefonu söndürmüşdür. Daha sonra o, Oksana adlı xanım ilə danışmış, telefon danışığı zamanı ona aydın olmuşdur ki, əslində bankda Fuad adlı işçi yoxdur. O, vaxtilə iddiaçıdan 1000 manat məbləğində pul almışdır və həmin puldan iddiaçıya 700 manat qaytarmaq istəyir. Bir həftə bundan əvvəl onun oğlu İddiaçı 500 manat pul hazırladığını demiş və həmin pulu verməklə aralarında razılıq əldə edilməsini təklif etmişdir. Hazırda onun ailəsində xəstə vardır. O, ancaq evini satdıqdan sonra iddiaçıya pul ödəyə bilər, əgər iddiaçı razı deyildirsə, ayda 50 manat ödəyə bilər. Daha sonra Cavabdeh növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus evin alqı-satqısı ilə bağlı şifahi qaydada razılaşma əldə edilmiş, iddiaçı sözügedən evi ipoteka krediti götürməklə alacağını söyləmiş, bu səbəbdən bank tərəfindən evə və ona dair sənədlərə baxış keçirilmiş və iddiaçıya evin ipoteka krediti almağa uyğun olduğu bildirilmişdir. Daha sonra cavabdeh iddiaçıdan şifahi razılaşma əsasında 2000 manat məbləğində beh tələb etmişdir. İddiaçı iddia tələbində Cavabdeh 2000 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etsə də iddiaçı həm iddia ərizəsində, həm də izahatında ev alqı-satqısına görə cavabdehə cəmi 1000 manat məbləğində beh verdiyini göstərmişdir. Həmçinin cavabdeh iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddiaçının beh olaraq ona 1000 manat pul ödədiyini etiraf etmiş, lakin sənədlərdə problem olduğundan evin alqı-satqısının baş tutmadığını bildirmişdir. Hazırki mübahisənin həlli ilə bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu 1000 manat pulu iddiaçıya geri qaytarmamış və heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Beləliklə, Cavabdeh İddiaçı qaytarmalı olduğu 1000 manat məbləğində pulu indiyədək iddiaçıya geri qaytarmadığından məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1000 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3820/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3820/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver