Məhkəmə qərarları › İş №2(012)-3834/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3834/2022

14.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3834/2022 14.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı və Cavabdeh vəkili Vəkil Məhəmmədəli oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 14 noyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 ata Cavabdeh hər ay, hər bir uşaq üçün 200 (iki yüz) manat olmaqla 600 (altı yüz manat) alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şəmkir rayon Məhkəməsinin qətnaməsi ilə təyin olunan alimentin artırılaraq cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci ildə rəsmi nikah bağlanmışdır. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdeh maddi vəziyyəti yaxı olmasına baxmayaraq uşaqların saxlanması üçün çox az maddi yardım göstərir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil Məhəmmədəli oğlu iddia tələbini qəbul etmədiyini sübutlar təqdim olunmadığından iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)- 1874/2021 saylı qətnaməsinin surətindən görünür ki, 16 iyun 2021-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il tarixdə doğulmuş Səma, xx.xx.2010-cu il tarixdə doğulmuş Sadiq və xx.xx.2014-cü il tarixdə doğulmuş Məhəmməd adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 190/2022 saylı qətnaməsinin surətindən görünür ki, X6 ilə İddiaçı arasında 19 dekabr 2007-ci il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kənd icra nümayəndəliyində bağlamış və 45 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 30 may 2009-cu ildə anadan olmuş Səma, 28 sentyabr 2010-cu ildə anadan olmuş Sadiq və 20 dekabr 2014-cü ildə anadan olmuş Məhəmməd adlı uşaqların cavabdeh İddiaçı yanında saxlanılması, nikahın pozulması dövlət qeydiyyatına alınarkən Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu tutulması, İddiaçı bu rüsumdan azad edilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)- 1874/2021 saylı qətnaməsinə əsasən 16 iyun 2021-ci il tarixdən başlayaraq, xx.xx.2009cu il tarixdə doğulmuş Səma, xx.xx.2010-cu il tarixdə doğulmuş Sadiq və xx.xx.2014-cü il tarixdə doğulmuş Məhəmməd adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 doğulmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1874/2021 saylı qətnaməsinə əsasən 16 iyun 2021-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il tarixdə doğulmuş Səma, xx.xx.2010-cu il tarixdə doğulmuş Sadiq və xx.xx.2014-cü il tarixdə doğulmuş Məhəmməd adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-190/2022 saylı qətnaməsinin surətindən görünür ki, X6 ilə İddiaçı arasında 19 dekabr 2007-ci il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kənd icra nümayəndəliyində bağlamış və 45 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 30 may 2009-cu ildə anadan olmuş Səma, 28 sentyabr 2010-cu ildə anadan olmuş Sadiq və 20 dekabr 2014-cü ildə anadan olmuş Məhəmməd adlı uşaqların cavabdeh İddiaçı yanında saxlanılması qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Cavabdehin vəkili məhkəmə iclasında cavabdehin iddianı qəbul etmədiyi bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay uşağa görə 130 manat sabit pul məbləğində alimentin artırılması haqqında qətnamənin qəbul edilməsindən 2 ilə yaxın müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1874/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 16 iyun 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment artırılaraq hər ay, hər uşaq üçün 160 manat, cəmi 480 manat sabit pul məbləğində aliment müəyyən edilməli və Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 77,6 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1874/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 480 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 77,6 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar