Məhkəmə qərarları › İş №2(012)-3836/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3836/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3836/2020 19.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı «xxxxxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı borcun qaytarılması iddia tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxxx» MMC Cavabdeh qarşı borcun qaytarılması iddia tələbi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh xx xxxx 2020-ci il tarixli QKM000010 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1170 manat əsas borc, 97,02 manat cərimə borcu manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu əvəzi 30 manat pulun, 0,40 manat bank xidmət haqqının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Fiziki şəxs «X2» ilə bağlanmış xx xxxx 2020-ci il tarixli QKM000010 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh dəyəri 1230 manat olan nisyə aldığı 1 ədəd qapıya görə ilkin olaraq 60 manat ödəməklə 12 ay müddətinə hər ay 98 manat olmaqla ödəməyi üzərinə götürmüşdür. Fiziki şəxs «X2» ilə «xxxxxxxxxxxxxx» MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən Fiziki şəxs «X2»-nin Cavabdeh qarşı olan 1170 manat məbləğindəki tələb hüququ «xxxxxxxxxxxxxx» MMC-yə keçmiş, və bu barədə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixli QKM000010 saylı nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozaraq, ödənişləri etməmiş və 1170 manat əsas borc, 97,02 manat cərimə borcu olmaqla, cərimə 1267,02 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə Cavabdeh dəfələrlə xəbərdar edilməsinə baxmayaraq bir nəticə verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki işin materiallarında olan xx xxxx 2020-ci il tarixli QKM000010 saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh Fiziki şəxs «X2»-dən 1230 manat dəyərində aldığı 1 ədəd qapıya görə ilkin olaraq 60 manat ödədikdən sonra qalan 1170 manat pulu isə 12 ay müddətinə hər ay 98 manat ödəməyi üzərinə götürmüşdür. Mülki işin materiallarında olan Fiziki şəxs «X2» ilə «xxxxxxxxxxxxxx» MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən Fiziki şəxs «X2»-nin Cavabdeh qarşı olan 1230 manat məbləğindəki tələb hüququ «xxxxxxxxxxxxxx» MMC-yə keçmiş, və bu barədə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Mülki işin materiallarında olan xx xxxx 2020-ci il tarixli hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh xx xxxx 2020-ci il tarixli QKM000010 saylı nisyə alqı-satqı müqaviləsi üzrə «xxxxxxxxxxxxxx» MMC-yə 1170 manat əsas borc, 97,02 manat cərimə borcu olmaqla, cərimə 1267,02 manat borcu vardır. Azərbaycan Respublik Mülki Məcəlləsinin 600.1-ci maddəsinəəsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyalırn nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin faktiki hallarından və tərəflərin verdikləri mübahisə edilməyən izahatlarından müəyyən olunur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn mübahisə mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Fiziki şəxs «X2» ilə Cavabdeh arasında etibarlı xx xxxx 2020-ci il tarixli QKM000010 saylı alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilə iləüzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Fiziki şəxs «X2» ilə «xxxxxxxxxxxxxx» MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən Fiziki şəxs «X2»-nin Cavabdeh qarşı olan 1230 manat məbləğindəki tələb hüququ «xxxxxxxxxxxxxx» MMC-yə keçdiyindən, Cavabdeh 1170 manat əsas borc, 97,02 manat cərimə borcu olmaqla, cərimə 1267,02 manat borc alınaraq iddiaçı «xxxxxxxxxxxxxx» MMЪ-nə qaytarmalı, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxxxxx» MMЪ-ня ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixli QKM000010 saylı alqı-satqı müqaviləsi üzrə 1170 manat əsas borc, 97,02 manat cərimə borcu olmaqla, cərimə 1267,02 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu əvəzi 30 manat pulun, 0,40 manat bank xidmət haqqı tutulub «xxxxxxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrli edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar