Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3841/2024 29.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, törədilmiş cinayət hadisəsi nəticəsində vurulmuş 29500 manat maddi ziyanın və ödənilmiş 179 manat dövlət rüsumunun əvəzinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 tərəfindən törədilən cinayət nəticəsində ona maddi və mənavi ziyan vurulmuşdur. Belə ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixdə, saat 18:19 radələrində idarəyə etdiyi Cavabdeh1 MMC-yə məxsus olan “X17” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusla X2 vurmuş, X5 aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Cavabdeh3 törətdiyi cinayət əməllərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-600/2023 saylı hökmü ilə təqsirli bilinərək AR Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 4 il müddətində nəqliyyat vasitəsindən idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı mülki iddia verərək Cavabdeh3, Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini tələb etmişdir. Lakin məhkəmə mülki iddia tələbini qismən təmin edərək, yalnız mənəvi zərərin əvəzi kimi 5000 manat pulun Cavabdeh3 tutularaq İddiaçı ödənilməsini qərara almış, maddi tələbin mülki qaydada verilməsi izah olunmuşdur. Qeyd olunan hökmdən apellyasiya və kassasiya şikayətləri verilmişdir, lakin hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət işin materiallarında olan ittiham aktından və məhkəmə hökmündən görünür ki, Cavabdeh3 cinayət törətdikdən sonra, nə o, nədə onun qohumları dəfn işlərində və məsələlərdə mərhumun ailəsinə maddi köməklik göstərməmişlər. İş üzrə zərəçəkmişin hüquqi varisi kimi tanınmış İddiaçı istintaq zamanı vermiş ifadəsində bu faktı təsdiq etmişdir. Bundan əlavə, zərərçəkmiş şəxsin qardaşı X7 da istindaqda təsdiq etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən hər hansı məddi və mənəvi köməklik olmamışdır və bütün xərcləri İddiaçı ailəsi çəkmişdir. İddiaçı ailəsinə vurulmuş maddi ziyan bu qaydada hesablanmışdır: anasının qəbrin götürülməsi və baş daşı qoyulması (mərmərdən) 3000 manat, qəbir yeri-800 manat, məsciddə yuyulması-300 manat, ölən gündən 3 gün məclisi - 5000 manat, qırx mərasimi - 1500 manat, il mərasimi-1000 manat, qadın və kişi mollaların məclislərdə iştirakı-500 manat, çadır qurlaşdırılması-600 manat, "xxxx" ASC-yə olan borcun ödənilməsi-1800 manat, sığorta pulun ödənilməməsi-5000 manat, pensiya ödənişlərindən məhrum edilməsi-10000 manat olmaqla, ümümilikdə maddi ziyan 29500 manat təşkil edir. Bu hadisə 2014-cü il tarixdə baş verdiyinə görə və uzun müddətdir ki, hüquq mühafizə orqanı cinayət törədən şəxsi məsuliyyətə cəlb edilməkdə çətinlik çəkdiklərinə görə, təbii olaraq çəkilmiş xərclərlə bağlı qəbzlər bu günə qədər qalmamışdır, lakin yuxarıda qeyd olunan xərclər dinimizin adətlərinə uyğun olaraq hamı üçün bəlli olan xərclərdir. Hamı üçün bəlli olan halları sübut etməyə isə ehtiyac yoxdur. İşin materiallarından və istintaq zamanı verilmiş ifadələrdən gürünür ki, Cavabdeh3 faktiki olaraq Cavabdeh1 MMC-də 2014-cü ilin yanvar ayında sürücü olaraq işləməyə başlamışdır. Bu faktı cinayət işi üzrə şahid qismində dindirilmiş X8 və Cavabdeh2 təsdiq etmişdilər. Mmülki iddia həm təqsirləndirilən şəxsə, həm də Cavabdeh1 MMC-yə və Cavabdeh2 yönəldilə bilər. Belə ki, Cavabdeh3 rəsmi olmasa da, faktiki olaraq 2014-cü ilin yanvar ayından sürücü kimi Cavabdeh1 MMC-də işləmişdir. Cavabdeh1 MMC-nin öz növbəsində Cavabdeh3 sürücülük vəsiqəsi və avtomobili, avtobusu idarə etməyə hüququ olmayan şəxsi faktiki olaraq işə qəbul etməsi hüquq pozuntusudur, bundan əlavə, rəsmi olaraq Cavabdeh1 MMC-də dispetçer vəzifəsində işləyən cinayət işi üzrə şahid olan X8 və sürücü işləyən Cavabdeh2 öz hərəkətlərilə imkan vermişlər ki, sürücü vəsiqəsi olmayan, avtobusu idarə etmək hüququ olmayan şəxs Cavabdeh1 MMC-yə məxsus olan “X17” markalı **-TG-*** avtomobili Cavabdeh3 tərəfindən idarə olunsun. Əgər işçi birbaşa öz funksiyalarını yerinə yetirərkən delikt törətmişdirsə və ya onun qanunsuz hərəkətləri nəticəsində şəxsə ziyan vurulmuşdursa, vurulmuş maddi ziyanın tələbini həm işçiyə, həm də işəgötürənə irəli sürülə bilər. Rəsmi olaraq sürücü və dispetçer vəzifəsində işləyən şəxslər tərəfindən öz əmək funksiyalarını düzgün icra etmədiklərinə görə avtobusu idarə etmək hüququ olmayan şəxsə və Cavabdeh1 MMC-də rəsmi işləməyən şəxsə həvalə edilmişdir və nəticədə Cavabdeh3 tərəfindən iddiaçıya maddi və mənavi ziyan vurulmuşdur. Bundan əlavə, İcbari Sığirta Bürosuna verilmiş vəkil sorğusu nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC-yə məxsus olan “X17” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus hadisə törədilən zaman-xx.xx.2014-cü il tarixdə sığortalı olmamışdlr. Beləliklə sığorta hadisəsi ilə bağlı sığorta ödənişi də faktiki olaraq qanunsuz hərəkəti törətmiş şəxslər tərəfindən ödənilməlidir, yəni cavabdehlər tərəfindən sığorta hadisəsində ölüm faktı olduğu halda, standart icbari sığorta müqaviləsi əsasında 5000 manat ödəniş olunmalıdır. Həmin məbləğ də cavabdehlər tərəfindən ona ödənilməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı, habelə məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh3 məhkəməyə ərizə yazaraq göstərmişdir ki, onun tərəfindən heç kəsə maddi zərər vurulmamışdır və etmədiyi əmələ görə maddi zərərin əvəzini ödəmək istəmir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, nümayəndələrini göndərməmişlər. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X9 göstərdi ki, iddiaçının bacısıdır. Anasının avtoqəza nəticəsində ölümündən sonra bütün dəfn və yas xərclərini İddiaçı çəkmişdir. O təsdiq edir ki, bütün bu hadisələrdən sonra bacısına ümumilikdə 29500 manat zərər dəymişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara və şahidin ifadəsinə qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-600/2023 saylı hökmündən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmış, Cavabdeh3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, dərhal məhkəmə iclas zalından həbs edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Cavabdeh3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən verilmiş mülki iddianın vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsində qismən təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh3 tərəfindən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin hüquq varisinə vurulmuş mənəvi ziyanla əlaqədar ondan 5000 manatın tutularaq İddiaçı ödənilməsi, mülki iddia ərizəsinin zərərçəkmiş şəxsin hüquq varisinə maddi ziyan vurulması hissəsində baxılmamış saxlanılması, zərərçəkmiş şəxsin hüquq varisinə törədilmiş cinayət nəticəsində maddi ziyan vurulması ilə əlaqədar müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun izah olunması qərara alınmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1905/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı və təqsirləndirilən şəxs Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxs Cavabdeh3 barəsində olan 07 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 797/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh3 və müdafiəçisi X12 tərəfindən birgə verilmiş kassasiya şikayəti, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı və nümayəndəsi (vəkili) X6 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 333030 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, varisi X15 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur və anası X3r. İşdə olan AZ-İ 675330 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İşdə olan İcbari Sığorta Bürosunun məktubunun surətindən görünür ki, Büronun İnformasiya sistemində axtarış zamanı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid xx.xx.2014-cü il tarixində sığorta şəhadətnaməsi aşkarlanmamışdır. İşdə olan "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, X1 "xxxx" KB ASC-də aktiv kredit öhdəliyi mövcud deyildir. Həmin şəxsin xitam olunmuş kredit öhdəlikləri barədə məlumat aşağıdakı kimidir: 9199tkBKX/13 saylı xx.xx.2013-cü il tarixli müqavilə üzrə 300 manat kredit xx.xx.2016-cı il tarixdə, 21619nkBKX/13 saylı xx.xx.2013-cü il tarixli 1500 manat kredit xx.xx.2016-cı il tarixdə bağlanmışdır. Kredit öhdəlikləri üzrə xx.xx.2014-cü il tarixindən sonrakı ödənişlər ödəmə terminalı (“paypoint”) vasitəsilə həyata keçirildiyi üçün həmin ödənişlərin kim tərəfindən edildiyini müəyyənləşdirmək mümkün deyildir. Azərbaycan Respublikasının Mərkəzi Bankının “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ının tələblərinə əsasən kredit dosyesinə daxil olan sənədlər, kreditlər ödənildikdən və ya balansdan silindikdən sonra minimum 5 il müddətinə saxlanılır və bu müddət başa çatdıqdan sonra məhv edilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan gğrünür ki, Nazirliyin əmək pensiyaçılarının məlumat bazasında olan məlumata əsasən mərhum X4 xx.xx.2008-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2009-cu i! tarixindən yaşa görə əmək pensiyasının növü dəyişdirilərək ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmişdir. X.Vəliyevanın vəfat etməsi səbəbindən əmək pensiyasının ödənişi 01,06.2014-cü il tarixindən dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, DİN Baş X18 İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "X17 AVTOBUS" markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdən Cavabdeh1 adında qeydiyyatdadır. Sözügedən nəqliyyat vasitəsinə xx.xx.2011-ci il tarixdə mülkiyyətçisi dəyişdirilmədən AB 495207 nömrəli yeni şəhadətnaməsi verilmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh3 təqsirli hərəkətləri nəticəsində xx.xx.2014-cü il tarixdə, saat 18:19 radələrində yol-nəqliyyat hadisəsi törədilmiş və iddiaçının anası X5 ölmüşdür. Qanuni qüvvəsini almış məhkəmə hökmü ilə Cavabdeh3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmış, Cavabdeh3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, dərhal məhkəmə iclas zalından həbs edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Cavabdeh3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən verilmiş mülki iddianın vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsində qismən təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh3 tərəfindən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin hüquq varisinə vurulmuş mənəvi ziyanla əlaqədar ondan 5000 manatın tutularaq İddiaçı ödənilməsi, mülki iddia ərizəsinin zərərçəkmiş şəxsin hüquq varisinə maddi ziyan vurulması hissəsində baxılmamış saxlanılması, zərərçəkmiş şəxsin hüquq varisinə törədilmiş cinayət nəticəsində maddi ziyan vurulması ilə əlaqədar müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun izah olunması qərara alınmışdır. Göründüyü kimi, Cavabdeh3 təqsirli hərəkəti nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı maddi ziyan dəymişdir. İddiaçı bu zərərin miqdarının ümumilikdə 29500 manat təşkil etdiyini göstərmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı anasının qəbrin götürülməsi və baş daşı qoyulması (mərmərdən) üçün 3000 manat, qəbir yeri üçün 800 manat, məsciddə yuyulması üçün 300 manat, ölən gündən 3 gün məclisinədək 5000 manat, qırx mərasimi üçün 1500 manat, il mərasimi üçün 1000 manat, qadın və kişi mollaların məclislərdə iştirakı üçün 500 manat, çadır qurlaşdırılması üçün 600 manat xərc çəkdiyini bildirmişdir. İş materiallarında bu barədə mötəbər sübutlar (ödəmə qəbzi, hesab faktura və s.) olmasa da, məhkəmə hesab edir ki, tələb edilən vəsait ağlabatan olmaqla, hamıya bəlli olan hallardandır və məqbuldur. MPM-nin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd edir ki, məlum hadisə nəticəsində iddiaçının anasının ölməsi və dəfni ilə ona cəmi 12700 manat məbləğdə maddi ziyan dəyməsi ağlabatan olduğundan məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir. Bundan başqa, işdən görünür ki, İddiaçı anasının "xxxx" ASC-yə olan borcunun ödənilməsinə 1800 manat, sığorta pulun ödənilməməsi üçün 5000 manat, pensiya ödənişlərindən məhrum edilməsi üçün 10000 manat pulun da tutulmasını xahiş etmişdir. Kredit borcunun ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin məbləğdən mərhum X.İ.Vəliyeva bəhrələndiyi üçün qalan kredit borcu onun vərəsəsi tərəfindən ödənilməlidir. Avtomobilin sığortalanmamasına görə 5000 manat sığorta ödənişinin verilməsi barədə tələb də əsassızdır, çünki icbari sığorta ödənişi etməmiş nəqliyyat vasitələrinin sahiblərinə bu barədə qanunvericiliyin tələblərinə uyğun maddi sanksiyalar və ya digər tədbirlər tətbiq edilir. Sığorta müqaviləsi mövcud deyilsə, hər hansı sığorta ödənişinin icrasından söhbət gedə bilməz. Pensiya ödənişlərindən məhrum edilməsi üçün iddiaçıya 10000 manat zərərin dəyməsi barədə tələbə gəldikdə isə məhkəmə qeyd edir ki, bu hissədə də iddia əsasızdır, çünki mövcud qanunvericiliyə görə şəxsin ölümü ilə onun pensiya təminatına xitam verilir. Anasının ölümü nəticəsində pensiya ödənişinin kəsilməsinə görə iddiaçıya hansı qaydada və məbləğdə maddi ziyanın vurulmasını İddiaçı əsaslandıra bilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, maddi zərərin əvəzi yalnız cinayət hadisəsini törətməkdə təqsirli bilinən Cavabdeh3 tutulmalıdır, çünki onunla Cavabdeh1 MMC və ya Cavabdeh2 arasında hər hansı əmək münasibətləri yaranmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş maddi zərərin əvəzi kimi 12700 manat pul Cavabdeh3 tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 maddi zərərin əvəzi kimi 12700 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 128,1 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3841/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3841/2024
29.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver