Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3844/2020 23.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-29/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə təyin edilmiş, cavabdehdən alınan hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı heç bir yerdə işləmir və ailənin bütün maddi yükü onun üzərinə düşür. Onun himayəsində olan azyaşlı uşaqlar hazırda məktəbə gedir və onların tələbatları böyüdükcə artır. Təyin edilən aliment miqdarı onların saxlanılması üçün kifayət etmədiyindən, alimentin artırılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə prosesində iştirak edən zaman İddiaçıiddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verdi. Məhkəmə prosesində iştirak edənzaman Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahat verdi ki, çilingər işləyir və aylıq əməkhaqqı 380 manatdır. Maddi vəziyyəti aşağı olduğundan alimentin miqdarının artırılmasına razı deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib mülki iş materialları ilə birgə tədqiq edərək, işdə olan sübutlara qiymət verib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Mülki işin materiallarından olan, “xxxxxx” MMC tərəfindən verilən xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh həqiqətən də, Alət sexində çilingər vəzifəsində işləyir və aylıq əməkhaqqısı 379.60 manat təşkil edir. Beləlkilə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan iki uşaqlarının yetkinlik yaşlarrına çatanadək saxlanmaları üçüç cavabdehdən hər uşağa görə 130 manat alimentin tutulması qət edilmişdir.İşin materiallarından olan, “xxxxxx” MMC tərəfindən verilən xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh həqiqətən də, Alət sexində çilingər vəzifəsində işləyir və aylıq əməkhaqqısı 379.60 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2 maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat təşkil edir. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan cavabdehin maddi vəziyyətində dəyişiklik olmadığından,cavabdehin aldığı aylıq əməkhaqqı miqdarı alimentin artırılması üçün kifayət etmədiyindən, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız hesab edilməli və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3844/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3844/2020
23.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver