Məhkəmə qərarları › İş №2(012)-3855/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3855/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3855/2021 20.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh Bəhman oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Bəhman oğluna qarşı pul tələbinə dair mülki işə 20 oktyabr 2021ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bəhman oğluna qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailəsinə borclu olduğu 40 000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ailəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddia ərizəsinin xahiş etdi hissəsində “Mən, X6, iddiaçının bacısı olaraq bu iddia ilə əlaqədar heç bir etirazı yoxdur, birgə yazdılar və öz imzası ilə təsdiq edir” qeyd edilmişdir. İddiaçı sonradan iddia tələbinə düzəliş verərək, iddia ərizəsinin son nüsxəsində qeyd edilmiş “ailəmizin adından müraciət edirəm” ifadəsi “Mən İddiaçı” tərəfindən ifadəsi ilə əvəz edilməsi, iddia ərizəsinin son səhifəsində “bacısı X3 iddia ərizəsi ilə razılaşıb imza çəkdiyi hissənin çıxarılmasını (çünki iddianı tək qaldırmışdır) xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. X1 Cavabdeh ilə notariat qaydada 19 fevral 2020ci ildə borc müqaviləsi bağlamışdır. Cavabdeh 28 000 manat məbləği 17 iyul 2020-ci il tarixinədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin müddəti bitməmiş cavabdeh əlavə yenə pula ehtiyac duyulduğunu deyərək 12 000 manat məbləğində pul götürmüş, cəmi 40 000 manat pul məbləğini qaytarmağı öz öhdəsinə götürmüşdür. Bunu X1 ilə Cavabdeh arasında yazılı şəkildə imza ataraq almışdır. Cavabdeh Atamdan 40 000 manat məbləğini öz elmi işinə görə almış, elmi işinin Prezident mükafatına layiq görüldüyünü demiş, mükafat alacağını və aldığı 40 000 manat məbləğini 2020-ci ilin iyun ayında qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini pozmuş, borcu ödəməkdən yayınmışdır. Dəfələrlə mərhum atası onun vasitəsi ilə cavabdehlə əlaqə saxlayaraq borcu tələb etmiş cavabdeh isə müxtəlif bəhanələr və heç bir hüquqi əsası olmayan səbəblər gətirərək borcu ödəməkdən yayınmışdır. O, atasının sağlıq durumu imkan vermədiyindən cavabdehlə bir başa əlaqəyə girməyə, yəni görüşmək və ətraflı söhbət etməyə çalışsa da hər dəfə hələ Prezident mükafatını almadığını deyerək borcu ödəməkdən yayınmışdır. Buna dair cavabdehlə onun arasında telefon yazışmaları və söhbətləri var. X1, 9 may 2020-ci il tarixdə dünyasını dəyişdikdən sonra cavabdeh borcu ödəməkdən daha da yayınmışdır. O isə cavabdehə dəfələrlə evlərində vəziyyətin pis olduğunu imkanı çatanı yaxud hissə-hissə ödəməyini desə də, cavabdeh yenə də borc ödəməkdən yayınmış, hələ mükafat almadığın bildirmişdir. 27 yanvar 2021-ci ildə anası X5 dünyasını dəyişdikdən sonra ailənin vəziyyəti daha da pisləşmişdir. Cavabdeh ailəni uzun müddət tanımasına baxmayaraq əvvəllər borcu qaytaracağını desə də atası və anasının dünyasını dəyişdikdən sonra qaytarmayacağını demişdir. Borcu qaytarmaqdan imtina etmişdir. Daha sonra isə məlum olmuşdur ki, Cavabdeh heç bir elmi işi, nə də ki alacağı Prezident mükafatı yoxdur. Sadəcə bu üsul ilə atasını və ailəsini aldadaraq, dələduzluq edəcək külli miqdarda pul vəsaitini ailəsinin etibarından sui-istifadə edərək mənimsəmişdir. Atası dünyasını dəyişdikdən sonra onun vərəsəsi olaraq onun borcların ödəmişdir. O, atasının vərəsəsi olaraq miras qalan əmlaka dair həm kreditorlar qarşısında öhdəliyini yerinə yetirmiş, həm də əmlaka dair 40 000 manat pul məbləğini də geri qaytarılmasına özünü cavabdeh və məsul bilir. Belə olan halda da məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, “Covid-19” pasportu olmadığına görə məhkəmənin inzibati binasına buraxılmamışdır. Onun iştirakı olmadan iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bəhman oğlu məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini, kredit müqaviləsi və borcu etiraf etdiyini, lakin cəmi 32000 manat borcu qaldığını, qalan 8000 manat borcu isə ödədiyi bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan 19 fevral 2020-ci il tarixdə X7 ilə Cavabdeh Bəhman oğlu arasında bağlanmış kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borcverən X7 borcalan Cavabdeh Bəhman oğluna 28000 (iyirmi səkkiz min) manat məbləğində borc vermiş, cavabdeh almış olduğu məbləği 17.06.2020-ci il tarixinə kimi qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 09.05.2020-ci il tarixdə, X5 27.01.2021-ci il tarixdə vəfat etmişdir. CavabdehB tərəfindən yazılmış qəbzin surətindən görünür ki, o, Cavabdeh dostu X2 aldığı 40000 manat pulu 2020-ci ilin iyun ayında qaytaracağına söz vermişdir. Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən verilmiş 06.05.2021-ci il tarixli məktubdan görünür ki, 15.09.1952-ci il tarixdə anadan olmuş 09.05.2020-ci il tarixdə ölmüş X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 13/2021 nömrəli vərəsəlik işi açılmışdır. X4 vəfat etməsi ilə əlaqədar 2021-ci ildə onun vərəsələrindən İddiaçı notariat ofisinə müraciət etmişdir İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh tərəflər arasında imzalanan müqavilənin şərtlərini pozmuş, üzərinə düşən öhdəliyi tam yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul etdiyini, yəni iddia tələbində qeyd olunan 40000 manat borc məbləğindən 8000 manat ödədiyini, 32000 manat borcu qaldığını bildirsə də buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlanır. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 40 000 (qırx min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən müəyyən edilir ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 40 000 (qırx min) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumuna görə pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar