Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-386/2021 17.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi X3 və Cavabdeh2, Cavabdeh1 vəkili-nümayəndəsi Vəliyev Aydın Rasim oğlunun və Cavabdeh2 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 263 ünvanında İddiaçı MTK tərəfindən inşa edilən binanın inşasına cavabdehlər və digər şəxslər tərəfindən edilmiş qanunsuz hərəkətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 263 ünvanında hündürmərtəbəli binanın inşasını aparır. 2020-ci ilin iyul ayının əvvəllərindən inşa edilən binanın qonşuluğunda fərdi yaşayış evi olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 inşaatda işləyən fəhlələrin işləməsinə, inşaata gələn avtomobillərə maneəçilik yaratmağa başlamışdır. Buna son qoyulması üçün cavabdehlərə müraciət edilsə də, onlara məxsus fərdi yaşayış evinin 300 000 manata alınmasını, əks təqdirdə isə binanın inşasına maneçilik yaratmağı bildirmişlər.Digər cavabdeh isə müxtəlif ünvanlara şikayətlər yazmış, nəticədə müxtəlif qurumlar binaya baxış keçirmiş, iş fəaliyyəti müəyyən müddətə dayanmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə prosesində iddiaçının vəkili-nümayəndəsi X3 iddianı müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə prosesində Cavabdeh2 iddia tələbinə etiraz edərək, iddiada yazılanların ağ yalan olduğunu bildirdi.Həmçinin, qeyd etdi ki ikinci cavabdeh onun oğludur.Onun oğlu heç vaxt belə bir hərəkət etməmişdir.Əgər sübutları varsa təqdim edə bilərlər.Əksinə iddiaçı özü tikinti aparmaqla onları mülkiyyətlərində olan evdən istifadəni mümkünsüz hala gətirmişlər, hazırda ailəsi ilə birlikdə başqa ünvana köçüb yaşamağa məcbur olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Vəliyev Aydın Rasim oğlu digər cavabdehin izahatına uyğun izahat verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İşin mataeriallarında olan iş üzrə şahid qismində dindirilmiş Qalib Həsənov və Elvin Əhədov İddiaçı MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 263 ünvanında hündür mərtəbəli binanın inşasında çalışdıqlarını, həmin vaxt bir qrup sakinlərin onları işləməyə qoymadıqlarını, betondaşıyan maşınların qabağını kəsib işləməyə imkan vermədiklərini, həmin adamların konkret adlarını deyə bilmədiklərini bildirdilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı MTK cavabdehlərin onun apardığı tikinti işlərinə həm gediş- gəliş yollarında avtomobillərin hərəkətinə maneçilik etməklə və müxtəlif orqanlara şikayət etməklə maneəçilik yaratdığını iddia edir. İddia tələbinin tikintinin inşasına cavabdeh Rəcəb Hüseynbəyov tərəfindən edilən maneçiliklə bağlı məhkəmə qeyd edir ki, bu hissədə iddiaçı tərəf iddianın əsaslı olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir, şahidlərin ifadəsi isə ümumi xarakterli olmaqla, maneçiliyin konkret kim tərəfindən edildiyi məlumatı əks elətdirmir. Digər şəxslər anlayışı isə mücərrəd ifadə olduğundan məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməklə təmin edilə bilməz. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbinin ikinci cavabdehə aid hissəsində məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi Cavabdeh2 tərəfindən qeyd edilən MTK tərəfindən aparılan tikinti ilə əlaqədar Abşeron rayon İH-ə, Fövqəladə Hallar Nazirliyinə və s. müxtəlif vaxtlarda müraciətlər edilmişdir, tikinti materiallarını ətrafa səpələnməsi faktı öz təsdiqini tapmış, MTK-ya tikinti obyektinin ətrafının hasara alınması, ətrafda yaşayan sakinlrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün lazımi tədbirlərin görülməsi tapşırılmışdır. İddiaçı MTK-nın xx xxxxxxxx 2020-ci il tarixli ,88 saylı məktubundan göründüyü kimi MTK səlahiyyətli şəxslərə tikinti obyektinin ətrafının hasara alındığınl və ətrafda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edildiyini bildirmişdir. Avropa Konvensiyasının 10(1)-ci Maddəsi aşağıdakı şərtlərlə ifadə azadlığı hüququnu təmin edir: Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə üzv dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Yuxarıda qeyd edildiyi kimi, Məhkəmə ifadə azadlığını onun əhəmiyyətini yalnız birbaşa deyil, həmçinin demokratiya və digər insan hüquqlarının təməli olmasını vurğulamaqla, fundamental insan hüququ kimi qiymətləndirir. Bu, ifadə azadlığının demokratik cəmiyyətin əhəmiyyətli bünövrəsi olması ilə bağlı yuxarıdakı istinadda əks etdirilir. Qeyd edilənlərdən göründüyü kimi Cavabdeh2 səlahiyyətli orqanlara müraciət etməsində hər hansı qanun pozuntusu yoxdur, onun və hər kəsin sərbəst müraciət hüququ vardır.Onun bu müraciəti qanunvericiliyin tələblərinə zidd olmadığından iddia tələbi ona münasibətdə də əsassız hesab edilməli və rədd edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbləri əsassız hesab edilməklə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-386/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-386/2021
17.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver