Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-387/2022 07.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh1 MTKnin nümayəndəsi X3, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “mənzilin giriş qapısının açarlarının təhvil verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, mənzildə təmir işlərinin aparılmasına və mənzildən istifadə edilməsinə maeələr yaradılmasının cavabdehlərə qadağan edilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 noyabr 2018-ci il tarixli AZ/B01/MR05/MN29/TRP/141118 saylı müqaviləyə əsasən Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı 1 otaqlı mənzilinin giriş qapısının açarlarının ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya və X4 həvalə edilməsi, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı mənzilində onun tərəfindən təmir işlərinin aparılmasına və onun həmin mənzildən istifadə etməsinə maneələr yaradılmasının Cavabdeh1 MTK-ya və X4 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Cavabdeh1 MTK-dan (VÖEN **********) 14 noyabr 2018-ci il tarixli AZ/B01/MR05/MN29/TRP/141118 saylı müqaviləyə əsasən Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı 1 otaqlı mənzilini 36887,50 manat ödəməklə satın almışdır. Cavabdeh1 MTK-nın satış, marketinq və maliyyə üzrə meneceri Vasif Atakişiyev tərəfindən iddiaçıya mənzilin dəyəri olan 36887,50 manatın tam ödənilməsi barədə 14 noyabr 2018-ci il tarixli 29 saylı maliyyə arayışı verilmişdir. Bundan başqa, mənzilin dəyəri olan 36887,50 manatın iddiaçı tərəfindən tam ödənilməsi tərəflər arasında imzalanmış AZ/B01/MR05/MN29/TRP/141118 saylı müqavilənin 2.3-cü bəndində də, əksini tapmışdır. Lakin, mənzilin dəyərinin tam ödənilməsinə və bununla bağlı rəsmi sənədlərin olmasına baxmayaraq, Vasif Atakişiyev və özünü MTK-nın sədri kimi təqdim edən X8 iddiaçını mənzilə buraxmırlar. Vasif Atakişiyev isə 22 yanvar 2020-ci il tarixli 60 saylı məktubla iddiaçıya müraciət edərək, mənzilin pulunun yenidən ödənilməsini tələb etmişdir. Barələrində şikayət edilən Vasif Atakişiyev və Azər Bünyatov mənzilin dəyərinin tam ödənilməsinin 14 noyabr 2018-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışında qeyd edilməsinə və həmin sənədlərin şirkətin möhürü ilə möhürlənməsinə izahat verməkdən imtina etmişlər. 14 noyabr 2018ci il tarixli AZ/B01/MR05/MN29/TRP/141118 saylı müqaviləyə əsasən Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı 1 otaqlı mənzilinin giriş qapısının açarlarının İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya və X4 həvalə edilməsi, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı mənzilində İddiaçı tərəfindən təmir işlərinin aparılmasına və İddiaçı həmin mənzildən istifadə etməsinə maneələr yaradılmasının Cavabdeh1 MTK-yə və X4 qadağan edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. İşin faktiki hallarından göründüyü kimi, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı 1 otaqlı mənzili dəyəri tam ödənilməklə iddiaçı cavabdehlərdən satın almışdır. Həmin mənzilin dəyərinin tam ödənilməsini iddia ərizəsinə əlavə edilmiş 14 noyabr 2018ci il tarixli maliyyə arayışı və həmin tarixli müqavilə təsdiq edir. Bundan təxminən iki il sonra, yəni 22 yanvar 2020-ci il tarixdə Vasif Atakişiyev iddiaçıya “borc məbləğinin ödənilməsi və ya müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə” məktubla müraciət edərək yaranmış borc məbləğinin 5 iş günü ərzində ödənilmədiyi təqdirdə tərəflərindən müqaviləyə birtərəfli qaydada xitam veriləcəyini və mənzil sahəsinin satılmamış hesab edilərək yenidən satışa çıxarılacağını bildirmişdir. Göstərilən tarixdən iş üzrə cavabdehlər iddiaçının mənzilindən sərbəst şəkildə istifadə etməyinə maneələr yaratmış və bu maneələr bu gün də davam etməkdədir. Bununla əlaqədar olaraq Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsi üzrə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 iyun 2020-ci il tarixli qərar qəbul edilərək məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 mart 2015-ci il tarixli qərarında da əks olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 MTK-nin nümayəndəsi X9 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ilə MTK arasında müqavilə bağlanan zaman iddiaçı iştirak etməmiş və müqavilələrin jurnalında da iddiaçının adı olmamışdır. O, iddiaçını cəmi bir dəfə MTK-ya gələn zaman görmüşdür. İddiaçı hazırda iş materiallarında olan payçı müqaviləsinin surətini gətirərək, mübahisə predmeti olan mənzilin təhvil verilməsini tələb etmişdir. O, İddiaçı payçı müqaviləsinin əslini gətirməsini və tərəflərindən araşdırma aparılmasını təklif etsə də, iddiaçı bunla razılaşmamışdır. MTK-nın keçmiş Vasif adlı işçisi başqa şəxslərlə əlbir olaraq mənzilləri digər şəxslərə satmışdır və həmin işçi hazırda korrupsiya ilə bağlı həbsdədir. Odur ki, o, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, 14 noyabr 2018-ci il tarixli AZ/B01/MR05/MN29/TRP/141118 saylı müqaviləyə əsasən, satıcı Cavabdeh1 MTK Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan yaşayış kompleksində tikilən mənzili alıcı İddiaçı satmağı, alıcı İddiaçı isə müqavilə üzrə müəyyənləşdirilən 36887,50 manat məbləğində pulun Cavabdeh1 MTK-ya ödəməyi öz öhdəsinə götürsə də, İddiaçı tanışları Əkbər, Müşfıiq, Asim və qeyriləri ilə əlaqəyə girməklə MTK-nın 12 ədəd mənzillərini ələ keşirmək məqsədi ilə heç bir ödəniş etmədən aldatma yolu ilə və Vasif Atakişiyevin təcrübəsizliyindən istifadə edərək maliyyə arayışlarını ələ keçirmişlər. Bundan sonra həmin mənzillərdən 4 mənzilin alıcıları vicdanlı alıcı olmaqla öhdəliklərini icra etmək məqsədi ilə Cavabdeh1 MTK-ya gəlməklə borc müqaviləsi bağlamaqla mənzilin pulunu hissə-hissə ödəmişlər. Digərləri isə mənzillərin pulunu Cavabdeh1 MTK-ya ödəməyib aldandıqlarından başqa-başqa şəxslərə ödədiklərini etiraf etməklə izahat versələr də, İddiaçı şifahi olaraq əvvəlcə mənzilin pulun tanimadığı şəxsə, sonra isə Vasif Atakişiyevə ödədiyini bildirsə də, onunla üzləşmə zamanı onu tanmamış və ona pul ödəməyib başqa tanımadığı şəxsə ödədiyini bildirsə də, ”Viktoriya-313” MTK-ya ərizə və izahat verməkdən və mənzilin pulunu ödəməkdən imtina etmişdir. İddiaçı dəfələrlə MTK-ya dəvət olunaraq mənzilin pulunu necə və kimə verdiyini, kassa mədaxil çeki tələb edildikdə müxtəlif bəhanələr gətirmiş, yalnız ələ keçirdiyi maliyyə arayışının olmasını əsas gətirməklə 36887,50 manat pulu ödəməkdən tam imtina etmişdir. AR Maliyyə Nazirliyinin Q-02 nömrəli xx.xx.2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Müəssisə və təşkilatların habelə sahibkarlıqla məşğul fiziki şəxsilərin nəğd vəsaitlərinin kassada mədaxili müəssisənin rəhbəri, baş mühasib və xəzinədar tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş ciddi hesabat blankı hesab edilir. Kassa mədaxil orderi ilə sənədləşdirmiş və pulu kassaya verən şəxsə xəzinədar tərəfindən möhürlənib təsdiqlənmiş kassa mədaxil qəbzini verir. Kassa mədaxil qəbzi ciddi hesabat blankıdır, fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tətbiqi xx.xx.2004-cü il tarixli, 118 nömrəli qərarı ilə tənzimlənir. Ciddi hesabat blankların onlara oxşar rekvizitlərə malik olan ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etməyə yol verilmir. Forması AR Maliyyə Nazirliyi xx.xx.2016 tarixli Q-09 nömrəli Qərarla tənzimlənmişdir. Bütün bunları nəzərə alaraq xx.xx.2020-ci il tarixdə İddiaçı ilə bağlanmış AZ/B01/MR05/MN29/TRP/141118 nömrəli müqavilənin 2-3 bəndi əsas götürülərək, həmin müqavilə və maliyyə arayışı ləğv olunmuş və mənzil yenidən satışa cıxarılmışdır. xx.xx.2020-ci il tarixdə isə Cavabdeh1 MTK-a ilə Cavabdeh2 arasında AZ/B01/MR05/MN29/TRP/080620 nömrəli müqavilə bağlanmaqla həmin mənzil ona verilmişdir. İşin halları araşdırılan zaman müəyyən edilmişdir ki, Cavabdeh1 MTK-nın 1-ci binasının 29 saylı mənzili ilkin olaraq 29 sentyabr 2017-ci il tarixdə X1. Bundan sonra həmin birinci binanın 29-cu mənzili də daxil olmaqla 700 kvm yaşayış sahəsi olmaqla 12 ədəd mənzillər, xx.xx.2013-cü il tarixli “Birgə fəaliyyət haqqında” razılaşmış müqaviləsi və həmin müqaviləyə əlavə bağlanmış xx.xx.2017ci il tarixli müqavilənin 2-ci bəndinə əsasən torpaq sahibinə verilməsi üçün ayrılmışdır. Bundan sonra həmin mənzillər keçmiş torpaq sahibi N. Kərimovun adına müqavilə əsasında sənədləşdirilsə də, sonradan həmin evlərin satılıb pulunun torpaq sahibinə verilməsi məqsədi ilə 12 ədəd mənzillər ayrı-ayrı şəxslərə həmçinin həmin birinci binanın 29-cu mənzili İddiaçı həmin mənzilin pulunun ödənilməsi şərti ilə verilmişdir. Sənədləşmə zamanı müqavilələri təsdiq edən satış meneceri V.Atakişiyev tərəfindən texniki səhv olaraq torpaq sahəsi üçün ayrılmış mənzillərin dəyərlərinin ödənilməsi barədə “Maliyyə Arayışlarının” verilməsi üçün qanuni səlahiyyəti olmadığı halda özü təsdiq etməklə maliyyə arayışı verilmişdir. Sonradan öz səhvini başa düşən Vasif Atakişiyev həmin şəxsləri Cavabdeh1 MTK-ya dəvət edərək maliyyə arayışının düzgün verilmədiyini həmin şəxslərə bildirib ünvanlarına bu barədə bildirişlər göndərmişdir. Torpaq üçün ayrılmış mənzilləri müqavilə əsasında almış şəxslərdən 4 nəfəri “vicdanlı” alıcılar gələrək bu barədə borc müqavilələri tərtib edib, mənzilin dəyərini hissə-hissə ödəməyə razılıq vermiş, digərləri mənzilin pulunu aldandıqlarında başqa-başqa şəxsilərə verdiklərini, bu barədə izahat verməklə etiraf etsələr də İddiaçı müxtəlif bəhanələr gələrək bina 1, mənzil 29-un dəyərini ödəməkdən imtina etdiyindən xx.xx.2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilə ləğv edilmiş və xx.xx.2020-ci il tarixdə birinci binanın 29-cu mənzili torpaq sahibi Cavabdeh2 müqavilə əsasında verilmişdir. Bundan sonra isə X6 müraciəti əsasında 14 iyul 2021-ci il tarixdə Cavabdeh1 MTK-nın 1-ci binasmın 29-cu mənzili xx.xx.2017-ci ildə müqavilə əsasında ilkin satılmış, şəhid ailəsi olan X7 qaytarılmışdır. Hal-hazırda həmin mənzil X2 və istifadəsindədir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə sübutlar araşdırılarkən müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş 14 noyabr 2018-ci il tarixli AZ/B01/MR05/MN29/TRP/141118 saylı müqavilə və Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 29 saylı maliyyə arayışı kserosurətdən ibarətdir, yəni yazılı sübutlar AR MPM-in 89.3-cü maddəsinin tələblərinə uyğun deyildir. Məhkəmə baxış iclasları zamanı həmin sübutların kserosurətdən ibarət olması iddiaçının nümayəndəsinin nəzərinə çatdırılmasına baxmayaraq, iddiaçı tərəfindən iddia tələbinin əsasası kimi istinad etdiyi halları təstiq edən sübutları lazımi qaydada məhkəməyə təqdim etməmiş, halbuki iddia tələbinin əsası kimi istinad etdiyi halları təstiq edən sübutları lazımi qaydada təqdin etmək AR MPM-in 77.1-ci maddəsinin tələbinə görə İddiaçı və onun nümayəndəsinin vəzifəsi olmuşdur. Məhkəmə yuxarıda qeyd etdiyi kimi kserosurət sənədlər əsasında sübutları qiymətləndirə bilmədiyindən, iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı 14 noyabr 2018-ci il tarixli AZ/B01/MR05/MN29/TRP/141118 saylı müqaviləyə əsasən Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı 1 otaqlı mənzilinin giriş qapısının açarlarının ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya və X4 həvalə edilməsi, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış kompleksinin 1-ci binasının 5-ci mərtəbəsinin 29 saylı mənzilində onun tərəfindən təmir işlərinin aparılmasına və onun həmin mənzildən istifadə etməsinə maneələr yaradılmasının Cavabdeh1 MTK-ya və X4 qadağan edilməsi barədə iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-387/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-387/2022
07.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver