Məhkəmə qərarları › İş №2(012)-3881/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3881/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3881/2020 30.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi ilə, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinə xitam verilməsi və kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxx 2019-cu il tarixli, 200804-595700/1 nömrəli kredit müqaviləsi üzrə 2872.17 (iki min səkkiz yüz yetmiş iki manat, 17 qəpik) manat məbləğində əsas borc, 554.76 (beş yüz əlli dörd manat, 76 qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3426.93 (üç min dörd yüz iyirmi altı manat, 93 qəpik) manat məbləğində borcun və ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 200804-595700/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 27% dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında xx xxxxx 2019-cu il tarixli, 200804-595700/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiqolunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. xx xxxx 2020-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2872.17 manat məbləğində əsas borc, 554.76 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3426.93 manat məbləğində kredit borcu yaranmışdır. Krediti müqaviləsinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada Banka ödənilməsini öhdəsinə götürür. Qeyd edilənlərə əsasən, İddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı-nin nümayəndəsi X2 iddia ərizəsinə əlavə verərək, İddiaçı" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 200804-595700/1 nömrəli kredit müqaviləsinə xitam verilməsi və qeyd edilən müqavilə üzrə yaranmış borcla bağlı, iddia ərizəsinin “xahiş edirik” hissəsində göstərilən borc məbləği barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 200804- 595700/1 nömrəli kredit müqaviləsindən görünür ki, Bank cavabdehə şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 27 % dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit vermişdir. Müqavilənin 2.1 bəndində əsasən bu müqavilə üzrə öhdəliklərin təminatı xx xxxxx 2019-cu il tarixli, 200804-595700/1 nömrəli zaminlik müqaviləsi üzrə zaminlikdir. -xx xxxxx 2019-cu il tarixli, 200804-595700/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsin bağlanmışdır. -İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 200804- 595700/1 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 27 % dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmiş, ilkin ödəniş xx xxxxx 2019-cu il, son ödəniş xx xxxxx 2022-ci il tarixədək, hər ay 143.10 manat (sonuncu ay 142.79 manat) ödənilməsi barədə tərəflər razılığa gəlmişlər -xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il il tarixə 2872.17 manat məbləğində əsas borc, 554.76 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3426.93 manat məbləğində kredit borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 155 gün təşkil edir. -xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktublarından məlum olur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 2996.74 manat məbləğində vəsaiti növbəti 5 gün müddətindən gec olmayaraq banka ödənilməsi tələb edilmişdir, 2996.74 manat məbləğində borc ödənilmədiyi təqdirdə iddiaçı tərəf məhkəməyə müraciət ediləcəyi barədə onları xəbərdarlıq etmişdir. -Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № ******** - Şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh1 Abşeron rayonu, Güzdək-1,041№-li Hərbi hissə, ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № ******** - Şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh2 - ünvan 2 ünvanında qeydiyyatdadır. -xx xxxxx 2019-cu il tarixli kassa məxaric orderlərindən görünür ki, Cavabdeh1 2035.00 manat və 1465.00 manat məbləğində pul vəsaitlərini İddiaçı-dən götürmüş və bunu imzası ilə təsdiq etmişdir. İş materiallarından da göründüyü kimi borcalan Cavabdeh1 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə vəbu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında iddia ərizəsi, iddiaçının nümayəndəsinin izahatı və digər tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, Cavabdeh1 Banka xx xxxx 2020-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2872.17 manat məbləğində əsas borc, 554.76 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3426.93 manat məbləğində təşkil edir Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə Cavabdeh2 cavabdehliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiary məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 iddiaçı bank qarşısında, digər cavabdeh olan Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zamin Cavabdeh2 borcun qaytarılması üçün öhdəliklərini yerinə yetirməmiş, bununla da cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 200804-595700/1 nömrəli kredit müqaviləsinə xitam verilməli, iddiaçı «İddiaçı” ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında xx xxxxx 2019-cu il tarixli, 200804-595700/1 saylı Kredit Müqaviləsi və zaminlik müqaviləsi üzrə yaranmış borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. İş materiallarından olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu ödənilmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsiilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 200804- 595700/1 nömrəli kredit müqaviləsinə xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxx 2019-cu il tarixli, 200804-595700/1 nömrəli kredit müqaviləsi üzrə 2872.17 (iki min səkkiz yüz yetmiş iki manat on yeddi qəpik) manat məbləğində əsas borc, 554.76 (beş yüz əlli dörd manat yetmiş altı qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3426.93 (üç min dörd yüz iyirmi altı manat doxsan üç qəpik) manat məbləğində borcun və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar