Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3895/2023 13.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin 2(62)- 5169/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 09 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Tovuz Rayon Məhkəməsinin 2(62)-624/2011 saylı, 27 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə onlar arasındakı nikahın pozulması, uşaqların onun himayəsinə verilməsi qət edilmişdir. Daha sonra Tovuz Rayon Məhkəməsinin 2(62)-5169/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən, 09 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin artıq övladı böyümüş və xərcləri artmışdır. O işləmir və bu ehtiyacları təkbaşına ödəməyə maddi imkanı çatmır. Hazırda övladı təhsil alır, həmçinin xəstəliyi ilə əlaqədar müalicə alır. Həmçnin cavabdeh Qaz İdarəsində işləyir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və ərizəsində bildirdi ki, onun maddi vəziyyətində, yəni aylıq əmək haqqında heç bir dəyişiklik olmamışdır. Belə bir hal olmadığına görə iddiaçı alimentin artırılmasını tələb edə bilməz. Həmçinin onun başqa nikahdan da iki övladı vardır. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Tovuz Rayon Yuxarı Öysüzlü Kənd İƏV Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 292 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 09 fevral 2010-cu ildə Tovuz rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 2(62)-624/2011 saylı, 27 sentyabr 2011-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh, anası isə İddiaçı arasında 05 noyabr 2009-cu il tarixdə Tovuz RİH-nin Yuxarı Öysüzlü kənd İƏV nümayəndəliyində bağlanmış və 13 sayla qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan 09 fevral 2010-cu il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 2(62)-5169/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, 20 oktyabr 2016-cı il tarixdən başlayaraq, Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin alınıb 09 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir İş materiallarında olan AA0898472 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X3 xx.xx.2014-cü ildə anadan olmuşdur. İş materiallarında olan AA2826161 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.2016-cı ildə anadan olmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə cavabdehin ikinci dəfə ailə qurduğunu və həmin nikahdan da 2 övladının olmasını, eyni zamanda“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2023-cü il üçün uşaqların yaşayış minumumunu nəzərə almaqla, 09 fevral 2010-cu il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 32,36 (otuz iki manat otuz altı qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Bundan başqa iddia tələbinin 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(62)-5169/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 09 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 32,36 (otuz iki manat otuz altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3895/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3895/2023
13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver