Məhkəmə qərarları › İş №2(012)-3897/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3897/2023

14.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3897/2023 14.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2379/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, Cavabdeh övladları 02 may 2009-cu il təvəllüdlü X7 və 07 oktyabr 2011-ci il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 440 manat məbləğində alimentin tutularaq ona öfdənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixli, 2(012)-2379/2020 saylı qətnamə ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2(001)-1817/2017 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 136,60 manat alimentin miqdarı dəyişdirilərək, 02 may 2009-cu il təvəllüdlü X4 və 07 oktyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Yaşayış X6 hər il edilən müvafiq dəyişikliklərə əsasən yaşayış minimumu uşaqlar üçün artırılmışdır. Bu məqsədlə mediasiya təşkilatına müraciəti əsasında 220 manat alimentin ödənilməsinə dair müraciət etmişdir. Lakin təşşkilatda heç barışıq əldə edilməmişdir. Bu səbəbdən məhkəməyə məhkəməyə alimentin miqdarının dəyişdirilərək yəni alimentin sabit pul məbləğində hər ay hər uşaq üçün 220 manat müəyyən edilməsi barədə ərizə verməyini qaçılmaz edir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, o, əvvəllər işləmişdir. Lakin hazırda bacısının evində qalır və işləmir. İşsiz kimi o, Məşğulluq Xidmətində qeydiyyatdadır. Alimenti isə anasının pensiya kartı ilə ödəyir. Odur ki, onun maddi imkanı olmadığından alimentin artırılmasına razı deyildir. İş materiallarında olan Bakı Şəhər Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 003151 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 02 may 2009-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı Şəhər Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 003152 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 07 oktyabr 2011-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(107)-611 saylı, 28 fevral 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 21 aprel 2009-cu il tarixli nikahın pozulması, birgə nikahdan anadan olan 02 may 2009-cu il təvəllüdlü X7 və 07 oktyabr 2011-ci il təvəllüdlü X8 adlı övladlarının anası İddiaçı yanında saxlanılmaları və 02 may 2009-cu il təvəllüdlü X4 və 07 oktyabr 2011-ci il təvəllüdlü X1 ötəri Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 136,6 manat məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2379/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1817/2017 saylı, 28 fevral 2017-ci il tarixli qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 136,6 manat alimentin miqdarı dəyişdirilərək, 02 may 2009-cu il təvəllüdlü X4 və 07 oktyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X5 Qeydiyyatı Bildirişindən görünür ki, Cavabdeh işsiz kimi qeydiyyatdadır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, cavabdehin işsiz olmasını və maddi durumunu nəzərə alaraq iddianın qismən təmin edilməsi nəticəsinə gəlir və hesab edir ki, alimentin miqdarının artırılaraq hər uşaq üçün 200 manat həddində müəyyən edilməsi uşaqların üstün mənafeyinə xidmət edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2379/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 02 may 2009-cu il təvəllüdlü X7 və 07 oktyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar