Məhkəmə qərarları › İş №2(012)-3898/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3898/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3898/2021 13.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 oktyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 273,15 ABŞ dolları faiz borcu, 8,27 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.11.2018-ci il tarixindən 03 may 2021 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 81,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 362,67 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 19.09.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 19.05.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 13000 USD kredit götürmüşdür. 29.03.2015-ci il tarixli kredit müqaviləsinə edilən əlavəyə əsasən kreditin müddəti 19.11.2018-ci il təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03 may 2021-dək Cavabdeh banka 19.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə 273,15 ABŞ dolları faiz borcu, 8,27 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 03 may 2021 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 81,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 362,67 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan "xxxx" İKB ASC və Cavabdeh arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli 22-A-1-0-1242-14 saylı kredit müqaviləsindən və ödəniş qrafikdən görünür ki, bank borcalana 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 13000 USD məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh 19.09.2014-cü il tarixdə "xxxx" İKB ASC-dən 13000 USD məbləğində vəsait götürmüşdür. Mülki işin materiallarında olan "xxxx" İKB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli 22-A-1-0-1242-14 saylı kredit müqaviləsinə 29 mart 2015-ci il tarixli 1 saylı əlavə sazişdən və həmin müqaviləyə 1 saylı əlavədən (ödəniş cədvəli) görünür ki, qeyd olunan kredit müqaviləsinin müddəti 19.11.2018-ci il tarixədək uzadılmışdır. Mülki işin materiallarında olan 17.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan və poçt qaiməsindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə İddiaçı ASC tərəfindən xəbərdar olunmuşdur. Mülki işin materiallarında olan maliyyə arayışından görünür ki Cavabdeh 19.09.2014cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 273,15 ABŞ dolları faiz borcu, 8,27 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.11.2018-ci il tarixindən 03 may 2021 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 81,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 362,67 ABŞ dolları borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" İKB ASC və Cavabdeh arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 13000 USD məbləğində kredit verilmişdir. 29 mart 2015-ci il tarixdə həmin müqaviləyə əlavə imzalanmış və müqaviləyə dəyişiklik edilərək müqavilənin müddəti 19.11.2018-ci ilədək müəyyən edilmişdir. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka 273,15 ABŞ dolları faiz borcu, 8,27 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.11.2018-ci il tarixindən 03 may 2021 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 81,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcu yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 273,15 ABŞ dolları faiz borcu, 8,27 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.11.2018-ci il tarixindən 03 may 2021 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 81,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 362,67 ABŞ dolları borc (qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla) tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 273,15 ABŞ dolları faiz borcu, 8,27 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.11.2018-ci il tarixindən 03 may 2021 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 81,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 362,67 ABŞ dolları borc (qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla) və dövlət rüsumu üçün 30 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar