Məhkəmə qərarları › İş №2(012)-39/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-39/2024

09.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-39/2024 09.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı yaşayış sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh, X3, X4 və X5 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 1-də mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 6 saylı fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və 20 manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,"Bank VTB (Azərbaycan)" ASC (bundan sonra mətndə Bank) ilə Cavabdeh arasında 25.07 2014-cu ıl tarixli 129461-CNS-7311 saylı Baş kredit mııqaviləsi bağlanmışdır. Buna görə də Cavabdeh ilə Bank VTB (Azərbaycan; ASC aras" bağlanmış 129461-CNS-7311 saylı xx.xx.2014-cü il tarixli Girov ıstehlak kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə illik 25 faiz hesablanmaqla 38000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh (bundan sonra Cavabdeh) tam mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti döngə mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 95.67 kv.m yaşayış, 98.39 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərd yaşayış evi 129461-CNS- 7311 saylı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka 129461-CNS-7311 saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə ümumilikdə 41820.11 ABŞ məbləğində borcu, qalmışdır. Bank tərəfindən kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetınə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-3641/2017 saylı qətnaməsi ilə cavabdehdən 129461-CNS-7311 saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə ümumilikdə isə 41820 ABŞ dolları məbləğində pulun tutulması və qeyd olunan ipoteka predmetinin ilkin satış qiyməti 99000 manat müəyyən edilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 1-də mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı. 95.67 kv.m yaşayış, 98.39 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-30/2020 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-3641/2017 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)- 5443/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 23.01 2020-ci il tarixli 2(105)- 30/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Y-20 saylı hərracın nəticələri haqqında protokola əsasən ipoteka predmeti olan fərdi yaşayış evini İddiaçı əldə etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş RX **********49-10301 saylı çıxarışa əsasən mənzil üzərində İddiaçı ASC-nin mülkiyyət hüquqları tanınmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh kredit götürmüş, krediti götürdükdən sonra ödənişləri vaxtında ödəməyərək öhdəliklərini yerinə yetirməmişdir. Bunun da nəticəsində ev satılmış, bank evin mülkiyyətçisi olmuşdur. 3 ildir ki, bu iş uzanmışdır. Cavabdehlər evdən çıxmalı olduqları halda çıxmamışdırlar. Cavabdeh vəkili Vəkil xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək cinayət işi üzrə istintaq hərəkətində iştirak etməli olduğundan, mülki iş üzrə məhkəmə iclasında ola bilməyəcəyini, bu üzrlü halı nəzərə alaraq, məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddaçı tərəfin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X6 tərəfindən Abşeron rayon Notariat Kontoruna yazılmış ərizənin surətindən görünür ki, o, X6, həyat yoldaşı Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, döngə 1 ünvanında mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 95.67 kv.m yaşayış və 98.39 kv.m yardımçı sahəsindən ibarət olan 4 otaqlı, 6 saylı fərdi yaşayış evinin və 0.03 ha həyətyanı torpaq sahəsinin ipotekaya (girova) qoyulmasına etiraz etmir. İpoteka (girov) ilə yüklü edilmiş əmlaka (girov predmetinə) tutma yönəldiyi halda öhdəsinə götürür ki, heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən həmin əmlakı (mənzili, fərdi yaşayış evini və s.) qeyrişərtsiz tək edəcəkdir. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 1-də mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 95.67 kv.m yaşayış, 98.39 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********49-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında olan 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 194.06 kv.m-dən ibarət olan fərdi yaşayış evi İddiaçı ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********49-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 297 saylı sərəncamının surətindən görünür ki, X2 xx.xx.1980-ci il təvəllüdlü həyat yoldaşı Cavabdeh qəyyum təyin edilməsi, qəyyumluğa götürülən Cavabdeh hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin, həmçinin onun saxlanılmasına nəzarətin RİH başçısı Aparatının Qəyyumluq və Himayə Komissiyasına həvalə edilməsi qərara alınmışdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-396/2022 saylı qərardadından görünür ki, etiraz təmin edilmiş, məhkəmənin hakimi Məmmədov Elman Tofiq oğlunun icraatında olan iddiaçı “Bank VTB (Azərbaycan) “ Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X6, X7 və X5 qarşı “mənzildən məcburi qaydada çıxarılma, istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair 2(012)-396/2022 saylı mülki işin baxılması üçün məhkəmənin başqa hakiminin icraatına verilməsi qərara alınmışdır. -Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1920/2022 saylı qərardadından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)-1920/2022 saylı mülki iş üzrə iddiaçı X2 cavabdeh “Bank VTB (Azərbaycan)“ ASCyə qarşı kredit müqaviləsinin və həmin müqavilə əsasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia tələblərindən iddiaçı X2 cavabdeh “Bank VTB (Azərbaycan)“ ASC-yə qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsinə dair iddia tələbinin ayrılaraq, ayrıca icraatda baxılması, iddiaçı X2 cavabdeh “Bank VTB (Azərbaycan)“ ASC-yə qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair işə nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır. -Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3651/2022 saylı qərardadından görünür ki, iddiaçı X2 cavabdeh “Bank VTB (Azərbaycan)“ Açıq Səhmdar Cəmiyyətinə qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair 2(006)-3651/2022 mülki iş, iddiaçı X2 cavabdeh “Bank VTB (Azərbaycan)“ Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinin və həmin müqavilə əsasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair e-2(006)-1920/2022 saylı mülki iş üzrə mübahisə həll edilənə klimi dayandırılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1421/2023 saylı qərarından görünür ki, iddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7802/2022 nömrəli mülki iş üzrə 08 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 6069/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(006)-155/2023 nömrəli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(006)-155/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında olan 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 194.06 kv.m-dən ibarət olan fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətində olmaqla bu barədə ona daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********49-10301 reyestr nömrəsi ilə qeydə alınmış çıxarış verilmişdir. Hazırda, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə cavabdehlər yaşadığından onların mübahisəli mənzildən çıxarılmaqla mənzilin təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı iş”də qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı işi üzrə qərarı”nda isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı nasnİ˝ hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, rəh˝ bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Belə ki, Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. zamnışaD˝ əmlakın dövlət reyestri haqqında˝ Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin: 1-ci bəndinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Göründüyü kimi, qanunvericilik mülkiyyət hüququnun yaranma anını onun dövlət reyestrində qeydiyyatı anı ilə əlaqələndirir. Burada məqsəd dövlət tərəfindən həqiqi mülkiyyətçinin hüquqlarının qorunmasının təmin edilməsi və onun öz mülkiyyətini kənar şəxslərdən müdafiəsini təşkil edə bilməsidir. Beləliklə, məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 297 saylı sərəncamına əsasən X6 xx.xx.1980-ci il təvəllüdlü həyat yoldaşı Cavabdeh qəyyum təyin edilmişdir. X6 tərəfindən Abşeron rayon Notariat Kontoruna yazılmış ərizəyə əsasən X6, həyat yoldaşı Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, döngə 1 ünvanında mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 95.67 kv.m yaşayış və 98.39 kv.m yardımçı sahəsindən ibarət olan 4 otaqlı, 6 saylı fərdi yaşayış evinin və 0.03 ha həyətyanı torpaq sahəsinin ipotekaya (girova) qoyulmasına etiraz etməmişdir. İpoteka (girov) ilə yüklü edilmiş əmlaka (girov predmetinə) tutma yönəldiyi halda öhdəsinə götürür ki, heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən həmin əmlakı (mənzili, fərdi yaşayış evini və s.) qeyrişərtsiz tək edəcəkdir. Müqavilə şərtləri yerinə yetirilmədiyi üçün əmlaka (girov predmetinə) tutma yönəlmiş, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdeh X6 nə qədər də boyun qaçırsa da, hazırda mənzilin mülkiyyətçisi iddiaçıdır və çıxarışın verilməsi iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qanunvericiliyin tələbləri, beynəlxalq təcrübə və Plenum Qərarı ilə yanaşı qiymətləndirib belə qənaətə gəlir ki, İddiaçı ASC mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, iddiaçının mülkiyyət hüququ olan daşınmaz əmlaka münasibətdə hüquqları məhdudlaşdırıldığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Bеləliklə, məhkəmə iş üzrə tоplаnmış sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrib, qanunun göstərilən tələblərini rəhbər tutub hеsаb еdir ki, iddiа ərizəsi əsаslı оlduğundаn qismən təmin edilməli, cavabdeh Vahabov X8 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 1-də mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 6 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə çıxarılmalı və mənzil boşaldılmalıdır. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu məbləği Cavabdeh fəaliyyət qabiliyyətsiz hesab olunduğundan qəyyumu X1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Vahabov X8 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 1-də mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 6 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə çıxarılsın və mənzil boşaldılsın. Cavabdeh qəyyumu X1 ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar