Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3907/2021 17.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMCdən iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 24327.23 manat, faiz borcu üzrə 5979.02 manat, olmaqla cəmi 30306.25 manat kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyəti iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 29.03.2015-ci il tarixli, 6-29-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 24327.23 manat əsas, 6945.35 manat faiz borcu olmaqla, cəmi 31272.58 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 29.03.2015-ci il tarixli, 6-29-03-2015-YS- AAAF-AE nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, 87 nömrəli mənzilin alınması üçün 180 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 26670 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bank ilə "xxxx" MMC arasında 29.03.2015ci il tarixli, 6-29-03-2015-YS-AAAF-AE nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor zarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş və filial tərəfindən verilmiş arayışa əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə banka borcu 24327.23 manat əsas, 6945.35 manat faiz borcu olmaqla, cəmi 31272.58 manat təşkil edir. Beləliklə, Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmı fazilərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək , iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi X7 iddia tələbinin kredit borcunun cavabdeh “AAAF- İNŞAAT" MMC-dən tutulması hissəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 29.03.2015-ci il tarixli, 6-29-03-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 180 ay müddətinə illik 10 faiz hesablanmaqla 26670 (iyirmi altı min altı yüz yetmiş) manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 24 mart 2015-ci il tarixli ABB YM-0215 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 11, ümumi sahəsi 31,2 kv.m. ibarət, 1 otaqlı 87 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirməlidir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır. Kredit müqaviləsinin 12.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 24 mart 2015-ci il tarixli ABB YM-0215 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 11, ümumi sahəsi 31,2 kv.m. ibarət, 1 otaqlı 87 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir Kredit müqaviləsinin 12.7-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 24 mart 2015-ci il tarixli ABB YM-0215 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 11, ümumi sahəsi 31,2 kv.m. ibarət, 1 otaqlı 87 №-li mənzili boşaltmalıdır. Kredit müqaviləsinin 13.8-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 24 mart 2015-ci il tarixli ABB YM-0215 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 11, ümumi sahəsi 31,2 kv.m. ibarət, 1 otaqlı 87 №-li mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 29.04.2015-ci il tarixdən başlayaraq, 29.03.2030-cu il tarixinə kimi hər ay banka 286.60 manat ödəməklə qaytarmalıdır. -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC, borcalan Cavabdeh1, zamin AAAF- İnşaat MMC arasında bağlanmış 29.03.2015-ci il tarixli 6-29-03-2015-YS-AAAF-AE saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. 30.03.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə 26 670 manat pul vəsaitini imza edərək təhvil almışdır. -Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2nə ünvanlanmış bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -19.05.2021-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 həmin tarixə əsas borc üzrə 24327.23 manat, faiz borcu üzrə 5979.02 manat, olmaqla cəmi 30306.25 manat kredit borcu vardır. -12.10.2021-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 həmin tarixə əsas borc üzrə 24327.23 manat, faiz borcu üzrə 6945.35 manat, olmaqla cəmi 31272.58 manat kredit borcu vardır. -Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli, 2(006)-1461/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM-0215 saylı “Mənzilin alqı-satqı müqaviləsi”nə xitam verilməsi, həmin müqaviləyə əsasən ödənilmiş 2970 (iki min doqquz yüz yetmiş) manat (ilkin ödəniş)məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsliyyətli Cəmiyyətindən alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. -Abşeron rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli 2(012)-280/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 AAAF İnşaat MMC-yə qarşı maddi, mənəvi zərərin ödənilməsi vəs. tələbi üzrə iddiası qismən təmin edilmiş, "xxxx" MMCdən 11 653,31 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. -24.03.2015-ci il tarixli X6 Qəbzindən görünür ki, Cavabdeh1 267 (iki yüz altmış yeddi) manat ödəniş edilmişdir. -24.03.2015-ci il tarixdə "xxxx" MMC tərəfindən verilmiş ABB YM-0215 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 11, ümumi sahəsi 31,2 kv.m. ibarət, 1 otaqlı 87 №-li təmirli və mebel ilə təchiz olunmuş mənzilin alınması üçün ilkin ödəniş kimi 2970 manat məbləğində vəsait ödənilmişdir. Borc qalığı 26670 manatdır. 11.02.2020-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC Müştəri xidməti departamenti ilə Cavabdeh1 (ş/v: AZE********; YEVLAX RPŞ; 14.03.2015-ci il) arasında bağlanmış 29.03.2015-ci il tarixii 6-29-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsinə əsasən (h/n: ********************) Abşeron ray., Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF-Park" .asayiş massivindəki 28 saylı küçəsində yerləşən 5 saylı bina, 87 nömrəli mənzil, 1 otaqdan ibartə ümumi sahəsi 31.2 kv.m olan mənzilin əldə edilməsinə görə 26,670.00 (iyirmi altı min altı yüz yetmiş,00) manat məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə 11.02.2020-cı ıl tarixədək 2,342.77 (iki min uç yüz qırx iki,77) manat əsas, 9,310.54 (doqquz min üç yüz on,54) manat faiz, ümumilikdə isə 11 653.31 (on bır min aitı yüz əlli üç,31) manat məbİəğində ödəniş edilmişdir. Cavabdeh1 həmin kredit müqaviləsi üzrə 11.02.2020-ci il tarixinə bank qarşısında icra edilməmiş 24,327.23 (iyirmi dörd min üç yüz iyirmi yeddi,23) manat asas borc və 2,884.17 (iki min səkkiz yüz səksən dörd, 17) manat faiz olmaqla cəmi 27,211.40 (iyirmi yeddi min iki yüz on bir,40) manat kredit öhdəliyi mövcuddur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh1 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh2 bank qarşısında, digər borclu Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli 2(012)-280/2018 saylı qətnaməsinə əsasən "xxxx" MMC-dən 11 653,31 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-dən 11 653,31 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi barədə həmin qətnamə qanuni qüvvəsini aldığından, 11653,31 manat məbləğində pul vəsaitinin isə yuxarıda qeyd edilən maliyyə arayışından göründüyü kimi müvafiq kredit müqaviləsi üzrə 11.02.2020-cı ıl tarixədək 2,342.77 (iki min uç yüz qırx iki,77) manat əsas, 9,310.54 (doqquz min üç yüz on,54) manat faiz borcu olduğundan,hazırkı iddia tələbi üzrə əsas borc hissəsində zaminin mülki məsuliyyəti müvafiq olaraq 2 342.77 (iki min uç yüz qırx iki,77) manat azaldılmalıdır. Belə ki, iddia tələbi üzrə qeyd olunmuş 24327,23 manat əsas borc məbləğindən 2342,77 manat çıxılmaqla əsas borcun 21984,46 manat hissəsində zamin müştərək cavabdehlik daşımalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 24327,23 manat əsas borc ( əsas borcun 21984,46 manat hissəsi müştərək, qalan hissəsi Cavabdeh1 tutulmaqla) və 6945.35 manat faiz borcu olmaqla, cəmi 31272.58 manat iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 manat dövlət rüsumu ödəmişdir ki, həmin məbləğ də cavabdehlərdən müştərək qaydada Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 24327,23 manat əsas borc ( əsas borcun 21984,46 manat hissəsi müştərək, qalan hissəsi Cavabdeh1 tutulmaqla), 6945.35 manat faiz borcu olmaqla, cəmi 31272.58 manat və 30.40 manat dövlət rüsumu Azərbaycan Beynəlxalq X9 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3907/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3907/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver