Məhkəmə qərarları › İş №2(012)-3913/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3913/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3913/2021 13.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh4 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair mülki işə 13 sentyabr 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 11783,82 manat məbləğində pulun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 23.06.2014-cü il tarixli 31L000000128 saylı kredit xətti müqaviləsinə əsasən 180 (yüz səksən) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 27.06.2014-cü il tarixli 31R000000147 saylı kredit razılaşması əsasında 84 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 (on dörd min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03.11.2015-ci il tarixdən banka qaytarmamışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 04.07.2014-cü il tarixli 31R000000165 saylı kredit razılaşması əsasında 84 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq krec razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.11.2015-ci il tarixdən banka qaytarmamışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 10.07.2014-cü il tarixli 31R000000180 saylı kredit razılaşması əsasında 84 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.11.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi cavdada yerinə yetirmədiyindən bank tərəfindən kredit borcunun tutulması tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 61/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4. Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "AccessBank” QSC-nin xeyrinə 10.07.2014-cü il tarixli, 31R000000180 saylı Kredit Razılaşmalarına əsəsən 7268,82 manat, faiz borcunun 3731,33 manat, cərimə borcunun 630 manat olmaqla cəmi 11.630,15 manat, 10.07.2014-cü il tarixli, 31 R000000147 saylı Kredit Razılaşmalarına əsasən əsas borc 12762,11 manat, faiz borcu 6594.41 manat, cərimə borcu 1146 manat olmaqla cəmi 20.502,52 manat, 10.07.2014-cü 2 tarixli 31 R000000165 saylı Kredit Razılaşmalarına əsasən əsas borc 7234,56 manat, 3585,25 manət faiz borcu, 80 manat cərima borcu olmaqla, cəmi 43.032,48 manat, habelə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipotekə predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmat haqqın görə pul cəmi 61 manat məbləğində məhkəmə xərcinə görə pul tutulması, X4, Cavabdeh5, X2. Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 120 (yüz iyirmi) manat pul tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, X7 küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərinda yerləşən 213.8 kv.m ümumi, 133.4 kv.m yaşayış, 80.4 kv.m yardımçı sahədən ibarat 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Abşeron qəsəbəsi, X7 küçəsində xüsusi mülkiyyətdə və üzərində yerləşən 213.8 kv.m ümumi. 133.4 kv.m yaşayış, sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyən edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx" QSC apelyasiya verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-61/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş amma şikayəti tam təmin edilməmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 2(103)-3127/2019-saylı, 26.08.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçının Apelyasiya şikayəti qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 2(012)-61 /2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsi qismən, ipoteka predmetinin ilkin satış qiymətinin və ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 qy sonra cavabdehin həmin əmləkdan çıxarilmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, qalan hissədə təmin edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, X7 küçəsində mülkiyyətdə olən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 7 nömrəli fərdi evin satış qiymətinin 219.500 (iki yüz on doqquz min beş yüz) manat müəyyən edilməsi, qeyd edilən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin evdən çıxarılması, boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qətnəmə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Apellyasiya məhkəməsinin 2(103)-3127/2019 saylı, 26.08.2019-cu il tarixli qətnaməsindən narazı qalan iddiaçı "xxxx" QSC kassasiya vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 25.02.2020-ci il tarixli, 2(102)-834/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya məhkəməsinin 2(103)-3127/2019-saylı, 26.08.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır.Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin Cavabdeh1 və digər şəxslərdən keçən müddət ərzində borcun geri ödənilməsini gecikdirmiş, bu da İddiaçı QSC-nin qanuni mənafelərinin pozulması ilə nəticələnmiş və nəticədə banka böyük həcmdə maddi ziyan dəymişdir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora ziyan dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericiliklə müəyyən edilmişdir. Sözügedən ev İddiaçı QSC-nin balansında deyildir. Ev vətəndaşların mülkiyyətindədir. Odur ki, iddiaçı bank əldən çıxmış faydanı tələb edir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı "xxxx" QSC tərəfindən 1 gün gecikməyə görə 63 manat məbləğində cərimə yazılmışdır və bütün problemlər bundan sonra başlamışdır. Banka ödənlən pulun hamısı faiz borcuna çıxılmışdır. Mübahisə predmeti olan mənzil 219.000 manata hərracda satılmışdır. Hərrac bank tərəfindən keçirilmişdir və əmlakı elə iddiaçı bank almışdır. Lakin sözügedən evi götürərkən təmirsiz olmuş və qiyməti 95.000 manat qiymətləndirilmişdir. Bank onların pulunu 8 aya yaxındır ki, ödəmir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-61/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4. Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "AccessBank” QSC-nin xeyrinə 10.07.2014-cü il tarixli, 31R000000180 saylı Kredit Razılaşmalarına əsəsən 7268,82 manat, faiz borcunun 3731,33 manat, cərimə borcunun 630 manat olmaqla cəmi 11.630,15 manat, 10.07.2014cü il tarixli, 31 R000000147 saylı Kredit Razılaşmalarına əsasən əsas borc 12762,11 manat, faiz borcu 6594.41 manat, cərimə borcu 1146 manat olmaqla cəmi 20.502,52 manat, 10.07.2014-cü 2 tarixli 31 R000000165 saylı Kredit Razılaşmalarına əsasən əsas borc 7234,56 manat, 3585,25 manət faiz borcu, 80 manat cərima borcu olmaqla, cəmi 43.032,48 manat, habelə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipotekə predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmat haqqın görə pul cəmi 61 manat məbləğində məhkəmə xərcinə görə pul tutulması, X4, Cavabdeh5, X2. Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 120 (yüz iyirmi) manat pul tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, X7 küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərinda yerləşən 213.8 kv.m ümumi, 133.4 kv.m yaşayış, 80.4 kv.m yardımçı sahədən ibarat 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Abşeron qəsəbəsi, X7 küçəsində xüsusi mülkiyyətdə və üzərində yerləşən 213.8 kv.m ümumi. 133.4 kv.m yaşayış, sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyən edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya məhkəməsinin 2(103)-3127/2019-saylı, 26.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçının Apelyasiya şikayəti qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 2(012)-61 /2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsi qismən, ipoteka predmetinin ilkin satış qiymətinin və ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 qy sonra cavabdehin həmin əmləkdan çıxarilmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, qalan hissədə təmin edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, X7 küçəsində mülkiyyətdə olən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 7 nömrəli fərdi evin satış qiymətinin 219.500 (iki yüz on doqquz min beş yüz) manat müəyyən edilməsi, qeyd edilən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin evdən çıxarılması, boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qətnəmə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 25.02.2020-ci il tarixli, 2(102)-834/2020 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya məhkəməsinin 2(103)-3127/2019-saylı, 26.08.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-61/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4. Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "AccessBank” QSC-nin xeyrinə 10.07.2014-cü il tarixli, 31R000000180 saylı Kredit Razılaşmalarına əsəsən 7268,82 manat, faiz borcunun 3731,33 manat, cərimə borcunun 630 manat olmaqla cəmi 11.630,15 manat, 10.07.2014-cü il tarixli, 31 R000000147 saylı Kredit Razılaşmalarına əsasən əsas borc 12762,11 manat, faiz borcu 6594.41 manat, cərimə borcu 1146 manat olmaqla cəmi 20.502,52 manat, 10.07.2014-cü 2 tarixli 31 R000000165 saylı Kredit Razılaşmalarına əsasən əsas borc 7234,56 manat, 3585,25 manət faiz borcu, 80 manat cərima borcu olmaqla, cəmi 43.032,48 manat, habelə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipotekə predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmat haqqın görə pul cəmi 61 manat məbləğində məhkəmə xərcinə görə pul tutulması, X4, Cavabdeh5, X2. Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 120 (yüz iyirmi) manat pul tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, X7 küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərinda yerləşən 213.8 kv.m ümumi, 133.4 kv.m yaşayış, 80.4 kv.m yardımçı sahədən ibarat 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Abşeron qəsəbəsi, X7 küçəsində xüsusi mülkiyyətdə və üzərində yerləşən 213.8 kv.m ümumi. 133.4 kv.m yaşayış, sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyən edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Daha sonra həmin qətnamədən narazı qalan iddiaçı "xxxx" QSC apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya məhkəməsinin 2(103)-3127/2019-saylı, 26.08.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının Apelyasiya şikayəti qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 2(012)-61 /2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsi qismən, ipoteka predmetinin ilkin satış qiymətinin və ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin əmləkdan çıxarilmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, qalan hissədə təmin edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, X7 küçəsində mülkiyyətdə olən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 7 nömrəli fərdi evin satış qiymətinin 219.500 (iki yüz on doqquz min beş yüz) manat müəyyən edilməsi, qeyd edilən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin evdən çıxarılması, boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qətnəmə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Apellyasiya məhkəməsinin 2(103)- 3127/2019 saylı, 26.08.2019-cu il tarixli qətnaməsindən narazı qalan iddiaçı "xxxx" QSC kassasiya vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 25.02.2020-ci il tarixli, 2(102)-834/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya məhkəməsinin 2(103)- 3127/2019-saylı, 26.08.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. İddiaçı QSC cavabdehlərdən 11783,82 manat məbləğində pulun İddiaçı QSC-nin xeyrinə tutulmasına səbəb kimi cavabdehlərin kredit müqaviləsilə götürdüyü və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə qət edilən məbləği vaxtında banka qaytarmamaqla banka maddi ziyan vurmalarını,həmin hərəkətlərin bankın qanuni mənafelərinin pozulması ilə nəticələnməsini, borcluların icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onların məsuliyyətinə səbəb olmasını göstərmiş və maddi hüququ norması kimi AR MM-in 21 və 445.7-ci maddəsinə istinad olunmuşdur. Bununla bağlı məhkəmə qey edir ki, hazırki tələbin hüquqi əsasını Mülki Məcəllənin 449-cu maddəsi təşkil edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımı qaydada icra edilməməsi faktı özü-özlüyündə Mülki Məcəllənin 449.1-ci maddəsinin tətbiqi üçün əsas ayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.” Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçının pulundan cavabdehlərin gəlir əldə etməsi halı müəyyən edilməyib. Halbuki qeyd edilən normanının tətbiq üçün əsas şərt də həmin halın müəyyən edilməsidir ki, bununla da bağlı sübutları təqdim etmək vəzifəsini AR MPM-in 77.1-ci maddəsinə əsasən iddia edən tərəf olaraq İddiaçı QSC-i daşıdığı halda bunu edə bilməmişdir. Bundan əlavə işin yuxarıda qeyd olunmuş faktiki hallarından göründüyü kimi, tələbin məhkəmə qətnaməsi ilə ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi qət edilmiş, hazırki borcun da həmin qətnamənin icra edilməməsi səbəbindən yaranmasını göstərilmiş, lakin məhkəmədə ipoteka ilə təmin edilmiş həmin öhdəliyin hansı səbəbdən icra edilməməsi, ipoteka predmetinə tutmanın yönəlməsinə cavabdehlərin maneə yaradıb-yaratmaması halları ilə bağlı hər hansı bir sübut göstərilməmiş,yalnız formal mülahizə və izahata istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 11783,82 manat məbləğində pulun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar