Məhkəmə qərarları › İş №2(012)-3919/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3919/2020

28.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3919/2020 28.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və cavabdeh Hətəmov Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Hətəmov Cavabdeh qarşı «alimentin artırılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Hətəmov Cavabdeh qarşı «alimentin artırılması tələbinə dair» iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1295/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş xx xxxxxxx 2004-cü il təvəllüdlü Hətəmli Cəlalə Cavabdeh qızının və xx xxxxxxxx 2005-ci il təvəllüdlü Hətəmli Cəmalə Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan hər ay bir uşaq üçün 100 (yüz) manat alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alirnentın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, cavabdeh Hətəmov Cavabdeh qarşı aliment tələbinə dair Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxxx 2004-cü il təvəllüdlü Hətəmli Cəlalə Cavabdeh qızının və xx xxxxxxxx 2005-ci il təvəllüdlü Hətəmli Cəmalə Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanmaları uçun Hətəmov Cavabdeh qazancının (və ya başqa gəlirlərinin) üçdə bır hissəsi miqdarında alimentin tutulması barədə məhkəmə əmri çıxarılmasını xahılş etmişdir. Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 2(002)-685/2012 saylı Məhkəmə əmrinə əsasən xx xxxxxxx 2004-cü il təvəllüdlü Hətəmli Cəlalə Cavabdeh qızının və xx xxxxxxxx 2005-ci il təvəllüdlü Hətəmli Cəmalə Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə Gülbabayev küçəsi, 16 a saylı evin 1 saylı mənzilində yaşayan Hətəmov Cavabdeh aylıq qazancının (və ya başqa gəlirlərinin) üçdə bir hissəsi xx xxxxx 2012-ci il tarixdən başlayaraq hər ay tutulub ona verilməsi qərara alınmışdır. Daha sonra o, Hətəmov Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Hətəmov Cavabdeh Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 2(002)- 685/2012 saylı məhkəmə əmrinə əsasən iki uşağın saxlanması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında tutulan alimentin məbləğinin artırılaraq, sabit pul məbləğində hər ay hər uşağa görə 100 manat miqdarında müəyyən edilməklə tutulmasını xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(002)-12952013 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 2(002)-685/2012 saylı məhkəmə əmri ilə Hətəmov Cavabdeh aliment tutulması barədə verilmiş icra vərəqəsində dəyişiklik edilərək, xx xxxxxxx 2004-cü ildə anadan olmuş Hətəmli Cəlalə Cavabdeh qızının və xx xxxxxxxx 2005-ci ildə anadan olmuş X1 üçün onun xeyrinə tutulacaq alimentin miqdarı xx xxxx 2013-cü il tarixdən sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla müəyyən edilməsi qət edilmişdir. Cavabdeh ailəsinə qarşı laqeyd olduğu üçün o, ilk əvvəl məhkəməyə nikahın pozulması yox, aliment tələbinə dair müraciət etmişdir ki, cavabdeh bəlkə ailəsınə, qız övladlarına qarşı düzələr və atalıq hüquqlarını dərk edər, lakin heç də fikirləşdiyi kimi olmamışdır. Ona görə də məcbur olub 2017-cı ildə cavabdehə qarşı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə aralarında olan rəsmi nikahın pozulmasını və azyaşlı övladlarının onun himayəsinə verilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(012)-28/2017 saylı qətnaməsinə əsasən Hətəmov Cavabdeh ilə onun arasında xx xxxxxx 2003-cü ildə Bakı şəhəri “Səadət sarayı”nda bağlanmış nikahın pozulması, xx xxxxxxx 2004-cü il təvəllüdlü Hətəmli Cəlalə Cavabdeh qızının və xx xxxxxxxx 2005-ci il təvəllüdlü Hətəmli Cəmalə Cavabdeh qızının onun yanında qalmasının müəyyən edilməsi qət edıimışdir. Hər iki övladı məktəblidir. Onların təlabatları günü-gündən artır. Cavabdeh isə ona aliment pulundan başqa öz övladları üçün bir manatda olsa əlavə maddi yardım göstərmir. Bundan əlavə doğma övladlarİ ilə maraqlanmır. O tək başına övladlarının təlabatını ödəyə bilmir. Valideynlərinin köməyi ilə uşaqlarını saxlamağa çalışır. Hazırda maddi vəziyyəti olduqca pisdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh Hətəmov Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, qeyd olunan alimenti çətinliklə ödədiyini, alimentin miqdarı artırılarsa ödəməyə maddi imkanı çatmadığını bildirdi və nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Biləsuvar rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ № 547068 nömrəli doğum haqqında şəhadətnamənin notarial qadada təsdiq olunmuş surətindən görünür ki, Hətəmli Cəlalə Cavabdeh qızı xx.xx.2004-cü ildə Biləsuvar rayonunda anadan olmuş, anası X5, atası Hətəmov Cavabdehdur. - Biləsuvar rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ № 700304 nömrəli doğum haqqında şəhadətnamənin notarial qadada təsdiq olunmuş surətindən görünür ki, Hətəmli Cəmalə Cavabdeh qızı xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, anası X5, atası Hətəmov Cavabdehdur. -Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Z-İ № 258976 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qadada təsdiq olunmuş surətindən görünür ki, Hətəmov Cavabdeh ilə X5 arasında olan nikah həmin tarixdə ləğv edilmiş, X4 Mehralıyeva soyadı verilmişdir. -Abşeron RİHB-nın MKİİTB 4 №-li MTİİTS tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 A ünvanında qeydiyyatsız yaşayır. - Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 2(002)-685/2012 saylı Məhkəmə əmrinin surətindən görünür ki, xx xxxxxxx 2004-cü il təvəllüdlü Hətəmli Cəlalə Cavabdeh qızının və xx xxxxxxxx 2005-ci il təvəllüdlü Hətəmli Cəmalə Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə Gülbabayev küçəsi, 16 a saylı evin 1 saylı mənzilində yaşayan Hətəmov Cavabdeh aylıq qazancının (və ya başqa gəlirlərinin) üçdə bir hissəsi xx xxxxx 2012-ci il tarixdən başlayaraq hər ay tutulub ona verilməsi əmr edilmişdir. - Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(002)-12952013 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 2(002)-685/2012 saylı məhkəmə əmri ilə Hətəmov Cavabdeh aliment tutulması barədə verilmiş icra vərəqəsində dəyişiklik edilərək, xx xxxxxxx 2004-cü ildə anadan olmuş Hətəmli Cəlalə Cavabdeh qızının və xx xxxxxxxx 2005-ci ildə anadan olmuş X1 üçün onun xeyrinə tutulacaq alimentin miqdarı xx xxxx 2013-cü il tarixdən sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla müəyyən edilməsi qət edilmişdir. - Abşeron rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(012)-28/2017 saylı qətnaməsinin surətindən görünür ki, Hətəmov Cavabdeh ilə X5 arasında xx xxxxxx 2003cü ildə Bakı şəhəri “Səadət sarayı”nda bağlanmış nikahın pozulması, xx xxxxxxx 2004-cü il təvəllüdlü Hətəmli Cəlalə Cavabdeh qızının və xx xxxxxxxx 2005-ci il təvəllüdlü Hətəmli Cəmalə Cavabdeh qızının X3 yanında qalmasının müəyyən edilməsi qət edıimışdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında olan nikah xx xxx 2017-ci il tarixdə Abşeron Rayon Qeydiyyat Şöbəsində pozulmuşdur. Birgə nigahlarından xx xxxxxxx 2004-cü il təvəllüdlü Hətəmli Cəlalə Cavabdeh qızının və xx xxxxxxxx 2005-ci il təvəllüdlü Hətəmli Cəmalə Cavabdeh qızının adlı iki övladları anadan olmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 2(002)-685/2012 saylı Məhkəmə əmrinə əsasən xx xxxxxxx 2004-cü il təvəllüdlü Hətəmli Cəlalə Cavabdeh qızının və xx xxxxxxxx 2005-ci il təvəllüdlü Hətəmli Cəmalə Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə Gülbabayev küçəsi, 16 a saylı evin 1 saylı mənzilində yaşayan Hətəmov Cavabdeh aylıq qazancının (və ya başqa gəlirlərinin) üçdə bir hissəsi xx xxxxx 2012-ci il tarixdən başlayaraq hər ay tutulub ona verilməsi əmr edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(002)-12952013 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 2(002)-685/2012 saylı məhkəmə əmri ilə Hətəmov Cavabdeh aliment tutulması barədə verilmiş icra vərəqəsində dəyişiklik edilərək, xx xxxxxxx 2004-cü ildə anadan olmuş Hətəmli Cəlalə Cavabdeh qızının və xx xxxxxxxx 2005-ci ildə anadan olmuş X1 üçün onun xeyrinə tutulacaq alimentin miqdarı xx xxxx 2013-cü il tarixdən sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla müəyyən edilməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(012)-28/2017 saylı qətnaməsinə əsasən, Hətəmov Cavabdeh ilə X5 arasında xx xxxxxx 2003-cü ildə Bakı şəhəri “Səadət sarayı”nda bağlanmış nikahın pozulması, xx xxxxxxx 2004-cü il təvəllüdlü Hətəmli Cəlalə Cavabdeh qızının və xx xxxxxxxx 2005-ci il təvəllüdlü Hətəmli Cəmalə Cavabdeh qızının X3 yanında qalmasının müəyyən edilməsi qət edıimışdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1295/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş xx xxxxxxx 2004-cü il təvəllüdlü Hətəmli Cəlalə Cavabdeh qızının və xx xxxxxxxx 2005-ci il təvəllüdlü Hətəmli Cəmalə Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan hər ay bir uşaq üçün 100 (yüz) manat alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1295/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnaməsinin ilə tutulmuş alimentin miqdarı 100 manat hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 100 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu artmışdır. Hazırkı şəraitdə həmin uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 100 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşağın mənafeyini nəzərə alaraq, xx xxxxxxx 2004-cü il təvəllüdlü Hətəmli Cəlalə Cavabdeh qızının və xx xxxxxxxx 2005-ci il təvəllüdlü Hətəmli Cəmalə Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1295/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, cavabdeh Hətəmov Cavabdeh xx xxxxxxx 2004-cü il təvəllüdlü Hətəmli Cəlalə Cavabdeh qızının və xx xxxxxxxx 2005-ci il təvəllüdlü Hətəmli Cəmalə Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 1992-ci il tarixli, 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin xx xxxxxx 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaq-lar ba-rə-sin-də bü-tün təd-bir-lər-də əsas diqqət uşaq mənafelərinin da-ha yax-şı tə-min edil-mə-si-nə yönəldilir, istər bu tədbirlər sosial tə-mi-nat mə-sə-lə-lə-ri ilə məş-ğul olan döv-lət ida-rə-lə-ri və ya özəl ida-rə-lər tərəfindən görülsün, istərsə də məh-kə-mə-lər, in-zi-ba-ti və ya qa-nun-ve-ri-ci-lik or-qan-la-rı tə-rə-fin-dən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1295/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx xxxxxxx 2004cü il təvəllüdlü Hətəmli Cəlalə Cavabdeh qızının və xx xxxxxxxx 2005-ci il təvəllüdlü Hətəmli Cəmalə Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Hətəmov Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar