Məhkəmə qərarları › İş №2(012)-392/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-392/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-392/2022 31.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əldən çıxmış fayda və faiz borcunun ödənilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 manat əldən çıxmış fayda, 1268,75 manat faiz məbləği oİmaqla, ümumilikdə 3068,75 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2016-cı il tarixdə Cavabdeh ona müraciət edərək təcili pula ehtiyacı olduğunu bildirmişdir. Bu məqsədlə də onlar Bakı şəhəri 4 saylı “ASAN Xidmət” mərkəzində 3M-169 reyestr nömrəli kredit müqaviləsini rəsmiləşdirmişlər və o, cavabdehə 2500 manat borc vermişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən, borclu krediti 25/08/2016-cı il tarixdə qaytarmalı olsa da həmin borc cavabdeh tərəfindən ona geri qaytarılmadığı üçün o, 2017-ci ilin noyabr ayında məhkəməyə müraciət edərək borcun məhkəmə qaydasında tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2(012)-439/2018 saylı qətnaməsinə əsasən, onun iddiası qismən təmin edilmiş və Cavabdeh 25 may 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, 2500 manat məbləğində borc və iş üzrə ödənilmiş dövlət rüsumunun 30 manat pul vəsaiti tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Maraqlıdır ki, bu günə qədər müqavilədə və məhkəmə qətnaməsində qeyd edilən vəsait ona tam olaraq ödənilməmişdir. Dəfələrlə istər şəxsən istərsə də icra məmuru vasitəsi ilə cavabdehə müraciət etsə də, cavabdeh icradan gizlənmiş və bu yolla pulun ödənişindən yayınmışdır. Cavabdeh 2500 manat borca görə ona ümumilikdə 1400 manat ödəniş etmiş və cavabdehin 1100 manat borcu qalmışdır. Cavabdehin öz öhdəliklərini və Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qətnaməsindən yayınması onu əlavə gəlirlərdən məhrum etmiş və əldən çıxmış faydanın yaranmasına səbəb olmuşdur. Belə ki, əgər cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirərək 2500 manat pulu vaxtında ona vermiş olsaydı, o həmin pul vəsaitini banka depozitə qoyar və ondan gəlir əldə edəcəkdi. Online çıxarışlardan göründüyü kimi o, 2500 manatı 2017-ci il tarixdə Bank BTB-yə depozitə qoymuş olsaydı onda borc vəsaiti qalmaqdan əlavə o aşağıdakı gəlirləri əldə edə bilərdi: 2017-ci il üzrə - 450 manat; 2018-ci il üzrə - 450 manat; 2019-cu il üzrə - 300 manat; 2020-ci il üzrə - 300 manat; 2021-ci il üzrə - 300 manat. Göründüyü kimi onun hazırda 1500 manata yaxın əldən çıxmış faydası yaranmışdır ki, cavabdehin hərəkətləri bu zərərin yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin tələblərinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün X2 ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün X2ni əsas götürməklə ödəyə bilər. X2ni Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qanunvericiliyin normalarından da göründüyü kimi cavabdehin ondan aldığı pul vəsaitini bilərəkdən alaraq onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirdiyi üçün X2nə uyğun olaraq ona əlavə pul ödəməlidirlər. Belə ki, Azərbaycan Mərkəzi Bankının rəsmi internet resurslarından götürülmüş informasiyadan görünür ki, illər üzrə bank uçot dərəcələri aşağıdakı kimi olmuşdur: 2017-ci il üzrə - 15% (375 manat); 2018-ci il üzrə - 13% (325 manat); 2019-cu il üzrə - 9,25% (231,25 manat); 2020-ci il üzrə - 7,25% (181,25 manat); 2021-ci il üzrə - 6,5% (156,25 manat). Göründüyü kimi X2 üzrə cavabdehin ona ödəməli olduğu faiz məbləğləri ümumilikdə 1268,75 manat təşkil etməlidir. Məcəllənin 448-ci maddəsinin tələblərinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, axud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) rəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Konstitusiya məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 41-ci maddəsinə əsasən, əgər Məhkəmə Konvensiyanı və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin razılığa gələn Yüksək tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyi müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.Qeyd olunanlara əsasən Cavabdeh 1800 manat əldən çıxmış fayda, 1268,75 manat faiz məbləği oİmaqla, ümumilikdə 3068,75 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərdikləri ilə eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 2(012)-439/2018 saylı, 23 yanvar 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 25 may 2016-ct il tarixli kredit müqaviləsinə əsasən 2500 manat məbləğində borc və iş üzrə ödənilmiş dövlət rüsumunun 30 manat pul vəsaitinin tutularaq, X1 verilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsində yazılmış və imzası ilə təsdiq edilmiş 29.10.2021-ci il tarixli izahatdan görünür ki, o, X1 borclu olduğu 2530 manat məbləğində puldan bugünə qədər 1450 manat ödəniş etmişdir. O, işləmədiyi üçün hal-hazırda cəm şəkildə ödəniş edə bilmir, lakin hissə-hissə ödəyəcəyinə söz vermişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, 2(012)-439/2018 saylı, 23 yanvar 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh 25 may 2016-ct il tarixli kredit müqaviləsinə əsasən 2500 manat məbləğində borc və iş üzrə ödənilmiş dövlət rüsumunun 30 manat pul vəsaitinin tutularaq, X1 verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən 2530 manat məbləğində borcdan 1450 manat məbləğində pulun İddiaçı ödənilməsi iddiaçının izahatı və cavabdehin Abşeron rayon İcra və Probasiya şöbəsinə verdiyi yazılı izahatı ilə öz təstiqini tapmışdır. İddiaçı cavabdehdən 2500 manat borca görə 1800 manat əldən çıxmış fayda, 1268,75 manat faiz məbləği oİmaqla ümumilikdə 3068,75 manat pulu tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki tələbin hüquqi əsasını Mülki Məcəllənin 449-cu maddəsi təşkil edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün X2 ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün X2ni əsas götürməklə ödəyə bilər. Məhkəmə qeyd edir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımı qaydada icra edilməməsi faktı özü-özlüyündə Mülki Məcəllənin 449.1-ci maddəsinin tətbiqi üçün əsas ayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.” Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçının pulundan cavabdehlərin gəlir əldə etməsi halı müəyyən edilməyib. Halbuki qeyd edilən normanının tətbiq üçün əsas şərt də həmin halın müəyyən edilməsidir ki, bununla da bağlı sübutları təqdim etmək vəzifəsini AR MPM-in 77.1-ci maddəsinə əsasən iddia edən tərəf olaraq İddiaçı daşıdığı halda bunu edə bilməmişdir. Bundan əlavə işin yuxarıda qeyd olunmuş faktiki hallarından göründüyü kimi, borcun məhkəmə qətnaməsi ilə borcludan tutulması qət edilmiş, hazırki pul tələbi də həmin qətnamənin tam icra edilməməsi səbəbindən yaranması göstərilmiş, lakin məhkəmədə həmin öhdəliyin hansı səbəbdən tam icra edilməməsi ilə bağlı hər hansı bir sübut göstərilməmiş, yalnız izahata istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh 1800 manat əldən çıxmış fayda, 1268,75 manat faiz məbləği oİmaqla, ümumilikdə 3068,75 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar