Məhkəmə qərarları › İş №2(012)-3931/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3931/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3931/2020 05.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı «borc pul» tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Maşa Remington üçün 19 (on doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********44560 olan Xiaomi A 1 markalı telefon üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********19504 olan Xiaomi Redmi 6 markalı telefon üçün 315 (üç yüz on beş) manat ödənilməmiş hissə, 98 (doxsan səkkiz) manat dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********73689 olan Samsung J2- markalı telefon üçün 300 (üç yüz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********98796 olan Xiaomi Mi A 2 Lite markalı telefon üçün 572 (beş yüz yetmiş iki) manat ödənilməmiş hissə, 171 (yüz yetmiş bir) manat dəbbə borcu olmaqla, ümumilikdə 2038 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2068 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ei il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən, Renıington markalı maşa, İMEİ Kodu **********44560 olan Xiaomi Al markalı telefon, İMEİ Kodu **********19504 olan Xiaomi Redmi 6 markalı telefon, İMEİ **********73689 Samsung 12 markalı telefon və İMEİ **********98796 Xiaomi Mi A2 Lite markalı telefon almış və nəticədə 2038 (iki min otuz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 75 (yetmiş beş) manat (12 ay x 6 manat+ 3 manat ilkin ödəniş) Remington markalı maşa üçün ümumilikdə, 24 (iyirmi dörd)manat olmaqla ondan, 19 (on doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat (18 ay x 36 manat + 0 manat ilkin ödəniş)İMEİ Kodu **********44560 olan Xiaomi Al markalı telefon üçün ümumilikdə, 468 (dörd yüz altmış səkkiz) manat olmaqla ondan, 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 512 (beş yüz on iki)manat '12 ay x 41 manat + 20 manat ilkin ödəniş)İMEİ Kodu **********19504 olan Xiaomi Redmi 6 markalı telefon üçün ümumilikdə, 413 (dörd yüz on üç) manat olmaqla ondan, 315 (üçyiiz on beş) manat ödənilməmiş hissə, 98 (doxsan səkkiz) manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 362 (üç yüz altmış iki)manat (12 ay x 30 manat + 2 manat ilkin ödəniş)İMEİ Kodu **********73689 olan Samsung ,12 markalı telefon üçün ümumilikdə, 390 (üç yüz doxsan) manat olmaqla ondan, 300 (üç yiiz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 624 (altmış iyirmi dörd) manat (12 ay x 52 manat + 0 manat ilkin ödəniş)İMEİ Kodu **********98796 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün ümumilikdə, 743 (yeddi yüz qırx üç) manat olmaqla ondan, 572 (beş yüz yetmiş iki) manat ödənilməmiş hissə, 171 (yüz yetmiş bir) manat dəbbə pulu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 655 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, -İddiaçı «xxxxxxxxxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən, Maşa Remington Cİ 5319 almışdır. -İddiaçı «xxxxxxxxxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən, İMEİ kodu **********44560 olan Xiaomi A 1 markalı telefon almışdır. -İddiaçı «xxxxxxxxxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən, İMEİ kodu **********19504 olan Xiaomi Redmi 6 markalı telefon üçün almışdır. -İddiaçı «xxxxxxxxxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən, İMEİ kodu **********73689 olan Samsung J2- markalı telefon almışdır. -İddiaçı «xxxxxxxxxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********98796 olan Xiaomi Mi A 2 Lite markalı telefon almışdır. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, nəticədə onun xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, aldığı Maşa Remington görə cavabdeh hal-hazıra qədər 56 manat ödəniş etmiş, alqı-satqı qiyməti 75 manat olan Maşa Remington üçün cəmi 24 manat borc olmaqla, ondan 19 (on doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat (0.06 manat x 90 gün) dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən aldığı, İMEİ kodu **********44560 olan Xiaomi A 1 markalı telefona görə cavabdeh hal-hazıra qədər 288 manat ödəniş etmiş, alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat olan İMEİ kodu **********44560 olan Xiaomi A 1 markalı üçün cəmi 468 (dörd yüz altmış səkkiz) manat olmaqla ondan, 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat (0.36 manat x 300 gün) dəbbə borcu təşkil etmişdir. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən aldığı, İMEİ kodu **********19504 olan Xiaomi Redmi 6 markalı telefon görə cavabdeh hal-hazıra qədər 197 manat ödəniş etmiş, alqı-satqı qiyməti 512 (beş yüz on iki)manat (12 ay x 41 manat + 20 manat ilkin ödəniş) olan İMEİ kodu **********19504 olan Xiaomi Redmi 6 markalı telefon üçün 413 (dörd yüz on üç) manat olmaqla ondan, 315 (üç yüz on beş) manat ödənilməmiş hissə, 98 (doxsan səkkiz) manat (0.41 manat x 240 gün) dəbbə borcu təşkil etmişdir. -xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən aldığı, İMEİ kodu **********73689 olan Samsung J2- markalı telefon görə cavabdeh hal-hazıra qədər 62 manat ödəniş etmiş, alqı-satqı qiyməti 362 (üç yüz altmış iki)manat (12 ay x 30 manat + 2 manat ilkin ödəniş)İMEİ Kodu **********73689 olan Samsung ,12 markalı telefon üçün ümumilikdə, 390 (üç yüz doxsan) manat olmaqla ondan, 300 (üç yiiz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat (0.3 manat x 300 gün) dəbbə borcu təşkil etmişdir. -xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən aldığı İMEİ kodu **********98796 olan Xiaomi Mi A 2 Lite markalı telefon görə cavabdeh hal-hazıra qədər 52 manat ödəniş etmiş, alqı-satqı qiyməti 624 (altmış iyirini dörd) manat (12 ay x 52 manat + 0 manat ilkin ödəniş)İMEİ Kodu **********98796 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün ümumilikdə, 743 (yeddi yüz qırx üç) manat olmaqla ondan, 572 (beş yüz yetmiş iki) manat ödənilməmiş hissə, 171 (yüz yetmiş bir) manat (0.52 manat x 330 gün) dəbbə borcu təşkil etmişdir. -Azərbaycan Respublikası DİN-nin BRQMİ-nin MARS şöbəsi Arayışından və Azərbaycan Respublikası Vətəndaşının 0******* Seriya nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh - ünvan 1 ünvanında qeydiyyatdadır. -İddiaçı «xxxxxxxxxxx» MMC- tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, ona aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğlərini qısa bir zamanda «xxxxxxxxxxx» MMCyə ödəməsi, əks təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qurumuna müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumlarının Dövlət Reyestri haqqında məlumatların surətindən görünür ki, «xxxxxxxxxxx» MMC adlı qurum xx.xx.2006-ci il tarixdə Bakı şəhəri X1 hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərəritvurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasla rnəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan və tədqiq edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, dəyərini hissəhissə ödəmək şərti ilə Maşa Remington; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə İMEİ **********44560 Xiaomi Al markalı telefon; xx.xx.2018-ei il tarixli müqaviləsinə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə İMEİ Kodu **********19504 Xiaomi Redmi 6 markalı telefon; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə İMEİ **********73689 Samsung J2 markalı telefon; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə İMEİ **********98796 Xiaomi Mi A2 Lite markalı telefon almış lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş və nəticədə onun ümumilikdə 2038 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (dəbbə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ **********44560 Xiaomi Al markalı telefon üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə üzrə hesablanmış 108 (yüz səkkiz) manat məbləğində dəbbəni azaldılaraq 5 (beş) manat saxlanılmasını; xx.xx.2018-ei il tarixli müqavilə üzrə İMEİ Kodu **********19504 Xiaomi Redmi 6 markalı telefon üçün 315 (üç yüz oıı beş) manat ödənilməmiş hissə üzrə hesablanmış 98 (doxsan səkkiz) manat məbləğində dəbbəni azaldılaraq 5 (beş) manat saxlanılmasını; xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ **********73689 Samsung J2 markalı telefon üçün 300 (üç yüz) manat ödənilməmiş hissə üzrə hesablanmış 90 (doxsan) manat məbləğində dəbbəni azaldılaraq 5 (beş) manat saxlanılmasını; xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ **********98796 Xiaomi Mi A2 Lite markalı telefon üçün 572 (beş yüz yetmiş iki) manat ödənilməmiş hissə üzrə hesablanmış 171 (yüz yetmiş bir) manat məbləğində dəbbəni azaldılaraq 5 (beş) manat saxlanılmasını qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Maşa Remington üçün 19 (on doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat (0.06 manat x 90 gün) dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********44560 Xiaomi Al markalı telefon üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 5 (beş) manat (0.36 manat x 300 gün) dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********19504 Xiaomi Redmi 6 markalı telefon üçün 315 (üç yüz on beş) manat ödənilməmiş hissə, 5 (beş) manat (0.41 manat x 240 gün) dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********73689 Samsung J2 markalı telefon üçün 300 (üç yüz) manat ödənilməmiş hissə, 5 (beş) manat (0.3 manat x 300 gün) dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********98796 Xiaomi Mi A2 Lite markalı telefon üçün 572 (beş yüz yetmiş iki) manat ödənilməmiş hissə, 5 (beş) manat (0.52 manat x 330 gün) dəbbə borcu; ümumilikdə 1591 (min beş yüz doxsan bir) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Maşa Remington üçün 19 (on doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********44560 Xiaomi Al markalı telefon üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********19504 Xiaomi Redmi 6 markalı telefon üçün 315 (üç yüz on beş) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********73689 Samsung J2 markalı telefon üçün 300 (üç yüz) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********98796 Xiaomi Mi A2 Lite markalı telefon üçün 572 (beş yüz yetmiş iki) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu; ümumilikdə 1591 (min beş yüz doxsan bir) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1621 (min altı yüz iyirmi bir) Cavabdeh “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar