Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3933/2020 01.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «borc pul» tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64052 olan Samsung J2 markalı telefon üçün 239 (iki yüz otuz doqquz) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, LG markalı televizor üçün 315 (üç yüz on beş) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********04305 olan Samsung J2- markalı telefon üçün 371 (üç yüz yetmiş bir) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə borcu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Gorenje markalı Rlitə, HOFFMANN markalı Aspirator üçün 684 (altı yüz səksən dörd) manat ödənilməmiş hissə, 182 (yüz səksən iki) manat dəbbə borcu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********15462 olan Samsung Galaxu J6 markalı telefon üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 129 (yüz iyirmi doqquz) manat dəbbə borcu və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Classic Segway üçün 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 126 (yüz iyirmi altı) manat dəbbə borcu olmaqla, ümumilikdə 3169 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3199 manat Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «xxxx» MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh, “xxxx" MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il. xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********64052 olan Samsung J2 markalı telefon, LG markalı televizor, İMEİ Kodu **********04305 olan Samsung J2 markalı telefon, Gorcnje markalı Plitə, HOFFMANN markalı Aspirator, İMEİ Kodu **********15462 olan Samsung Galaxy J6 markalı telefon, Classic Segway almış və nəticədə 3169 (üç min yüz altmış doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 400 (dörd yiiz) manat (20 ay x 20 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********64052 olan Samsung J2 markalı telefon üçün ümumilikdə, 311 (üç yüz on bir manat olmaqla ondan, 239 (iki yüz otuz doqquz) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 540 (beş yüz qırx) manat (12 ay x 45 manat + 0 manat ilkin ödəniş) LG markalı televizor üçün ümumilikdə, 409 (dörd yüz doqquz) manat olmaqla ondan, 315 (üç yüz on beş) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 442 (dörd yiiz qırx iki) manat (20 ay x 22 manat + 2 manat ilkin ödəniş) İMEİ Kodu **********04305 olan Samsung J2 markalı telefon üçün ümumilikdə, 476 (dörd yüz yetmiş altı) manat olmaqla ondan, 371 (üç yüz yetmiş bir) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 690 (altı yüz doxsan) manat (18 ay x 38 manat + 6 manat ilkin ödəniş) Gorenje markalı Plitə, HOFFMANN markalı aspirator üçün ümumilikdə, 866 (səkkiz yüz altmış altı) manat olmaqla ondan, 684 (altı yüz səksən dörd) manat ödənilməmiş hissə, 182 (yüz səksən iki) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 444 (dörd yiiz qırx dörd) manat (9 ay x 48 manat + 12 manat ilkin ödəniş) İMEİ Kodu **********15462 olan Samsung Galaxu J6 markalı telefon üçün ümumilikdə, 561 (beş yüz altmış bir) manat olmaqla ondan. 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 129 (yüz iyirmi doqquz) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 420 (dörd yiiz iyirmi) manat (12 ay x 35 manat + 0 manat ilkin ödəniş) Classic Segway üçün ümumilikdə, 546 (beş yüz qırx altı manat olmaqla ondan, 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 126 (yüz iyirmi altı) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 475 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, -İddiaçı «xxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən, İMEİ kodu **********64052 olan Samsung J2 markalı telefon almışdır və həmin tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh oğlu aldığı İMEİ kodu **********64052 olan Samsung J2 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. -İddiaçı «xxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən, LG markalı televizor üçün almışdır və həmin tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh oğlu aldığı LG markalı televizoru tam qüsursuz halda təhvil almışdır. -İddiaçı «xxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən, İMEİ kodu **********04305 olan Samsung J2- markalı telefon almışdır və həmin tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh oğlu aldığı İMEİ kodu **********04305 olan Samsung J2- markalı telefonu tam qüsursuz halda təhvil almışdır. -İddiaçı «xxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən, Gorenje markalı Rlitə, HOFFMANN markalı Aspirator almışdır və həmin tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh oğlu aldığı Gorenje markalı Rlitə, HOFFMANN markalı Aspiratoru tam qüsursuz halda təhvil almışdır. -İddiaçı «xxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********15462 olan Samsung Galaxu J6 markalı telefon almışdır və həmin tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh oğlu aldığı İMEİ kodu **********15462 olan Samsung Galaxu J6 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. -İddiaçı «xxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Classic Segway almışdır və həmin tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh oğlu aldığı Classic Segwayı tam qüsursuz halda təhvil almışdır. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, nəticədə onun, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən aldığı, alqı-satqı qiyməti 400 (dörd yüz) manat (20 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********64052 olan Samsung J2 markalı telefona görə cavabdeh hal-hazıra qədər 161 manat ödəniş etmiş, ümumilikdə, 311 (üç yüz on bir manat olmaqla ondan, 239 (iki yüz otuz doqquz) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat borcu qalmışdır. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən aldığı, alqı-satqı qiyməti 540 (beş yüz qırx) manat (12 ay x 45 manat + 0 manat ilkin ödəniş) olan LG markalı televizora görə cavabdeh hal-hazıra qədər 225 manat ödəniş etmiş, ümumilikdə, 409 (dörd yüz doqquz) manat olmaqla ondan, 315 (üç yüz on beş) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat borcu qalmışdır. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən aldığı, alqı-satqı qiyməti 442 (dörd yiiz qırx iki) manat (20 ay x 22 manat + 2 manat ilkin ödəniş) olan İMEİ Kodu **********04305 olan Samsung J2 markalı telefona görə cavabdeh hal-hazıra qədər 71 manat ödəniş etmiş, ümumilikdə, 476 (dörd yüz yetmiş altı) manat olmaqla ondan, 371 (üç yüz yetmiş bir) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat borcu qalmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən aldığı, alqı-satqı qiyməti 690 (altı yüz doxsan) manat (18 ay x 38 manat + 6 manat ilkin ödəniş) olan Gorenje markalı Plitə, HOFFMANN markalı aspiratora görə cavabdeh hal-hazıra qədər 6 manat ödəniş etmiş, ümumilikdə, 866 (səkkiz yüz altmış altı) manat olmaqla ondan, 684 (altı yüz səksən dörd) manat ödənilməmiş hissə, 182 (yüz səksən iki) manat borcu qalmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən aldığı, alqı-satqı qiyməti 444 (dörd yiiz qırx dörd) manat (9 ay x 48 manat + 12 manat ilkin ödəniş) olan İMEİ Kodu **********15462 olan Samsung Galaxu J6 markalı telefona görə cavabdeh hal-hazıra qədər 12 manat ödəniş etmiş, ümumilikdə, 561 (beş yüz altmış bir) manat olmaqla ondan. 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 129 (yüz iyirmi doqquz) manat borcu qalmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən aldığı, alqı-satqı qiyməti 420 (dörd yiiz iyirmi) manat (12 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan Classic Segway görə cavabdeh hal-hazıra qədər 0 manat ödəniş etmiş, ümumilikdə, 546 (beş yüz qırx altı manat olmaqla ondan, 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 126 (yüz iyirmi altı) manat dəbbə borcu qalmışdır. -Azərbaycan Respublikası DİN-nin BRQMİ-nin MAPS şöbəsi Arayışından və Azərbaycan Respublikası Vətəndaşının ******** Seriya nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh - ünvan 1 ünvanında qeydiyyatdadır. -İddiaçı «xxxx» MMC- tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, ona aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğlərini qısa bir zamanda «xxxx» MMC-yə ödəməsi, əks təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qurumuna müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında sənədin surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti – adlı Kommersiya qurumuna, VÖEN **********, qanuni təmsilçi X2 olmasına dair və xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmasına dair çıxarış, son dəfə xx.xx.2020-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərəritvurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasla rnəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan və tədqiq edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı «xxxx» MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə İMEİ kodu **********64052 olan Samsung J2 markalı telefon; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə LG markalı televizor, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə İMEİ kodu **********04305 olan Samsung J2- markalı telefon, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə Gorenje markalı Rlitə, HOFFMANN markalı Aspirator, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə İMEİ kodu **********15462 olan Samsung Galaxu J6 markalı telefon, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə Classic Segway üçün ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş və nəticədə onun ümumilikdə 3169 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (dəbbə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64052 olan Samsung J2 markalı telefon üçün 239 (iki yüz otuz doqquz) manat ödənilməmiş hissə üzrə hesablanmış 72 (yetmiş iki) manat məbləğində dəbbəni azaldılaraq 5 (beş) manat saxlanılmasını; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, LG markalı televizor üçün 315 (üç yüz on beş) manat ödənilməmiş hissə üzrə hesablanmış 94 (doxsan dörd) manat məbləğində dəbbəni azaldılaraq 5 (beş) manat saxlanılmasını; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********04305 olan Samsung J2markalı telefon üçün 371 (üç yüz yetmiş bir) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat məbləğində dəbbəni azaldılaraq 5 (beş) manat saxlanılmasını; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Gorenje markalı Rlitə, HOFFMANN markalı Aspirator üçün 684 (altı yüz səksən dörd) manat ödənilməmiş hissə üzrə hesablanmış 182 (yüz səksən iki) manat məbləğində dəbbəni azaldılaraq 10 (on) manat saxlanılmasını; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********15462 olan Samsung Galaxu J6 markalı telefon üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə üzrə hesablanmış 129 (yüz iyirmi doqquz) manat məbləğində dəbbəni azaldılaraq 10 (on) manat saxlanılmasını; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Classic Segway üçün 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə üzrə hesablanmış 126 (yüz iyirmi altı) manat məbləğində dəbbəni azaldılaraq 10 (on) manat saxlanılmasını qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64052 olan Samsung J2 markalı telefon üçün 239 (iki yüz otuz doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, LG markalı televizor üçün 315 (üç yüz on beş) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********04305 olan Samsung J2- markalı telefon üçün 371 (üç yüz yetmiş bir) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Gorenje markalı Rlitə, HOFFMANN markalı Aspirator üçün 684 (altı yüz səksən dörd) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə borcu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********15462 olan Samsung Galaxu J6 markalı telefon üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə borcu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Classic Segway üçün 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə borcu; ümumilikdə 2506 (iki min beş yüz altı) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «xxxx» MMC ilə - xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64052 olan Samsung J2 markalı telefon üçün 239 (iki yüz otuz doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, LG markalı televizor üçün 315 (üç yüz on beş) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********04305 olan Samsung J2- markalı telefon üçün 371 (üç yüz yetmiş bir) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Gorenje markalı Rlitə, HOFFMANN markalı Aspirator üçün 684 (altı yüz səksən dörd) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə borcu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********15462 olan Samsung Galaxu J6 markalı telefon üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə borcu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Classic Segway üçün 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə borcu; ümumilikdə 2506 (iki min beş yüz altı) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-3933/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3933/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver