Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3935/2024 31.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 6100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 83 manat məbləğində pulun, həmçinin vəkil xidməti üçün ödənilmiş 100 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə qonşuluqda yaşayan Cavabdeh ondan borca 5500 manat, oğlu Qurban isə 600 manat məbləğində pul almışlar. Beş il ərzində cavabdeh ona bu pulu geri qaytarmır. Dəfələrlə 6100 manat məbləğində borcun geqi qaytarılmasını təklif etmiş, lakin Cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Bununla bağlı o, Abşeron PRİ-nin Mehdiabad PB-nə ərizəsi ilə müraciət etmiş, həmin şəxslərdən pulun tutularaq ona qaytarılmasını xahiş etmişdir. Lakin Cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. X2 Bölməsinin 3-13-59- 2/2-4521/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Eyni zamanda hüquqi xidmət göstərilnəsi üçün (vəkil sorğusunun Polis Bölməsinə göndərilməsi) o, Bakı şəhəri 11 saylı vəkil bürosunda 100 manat pul ödəmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O qeyd etdi ki, iddiaçıya heç bir borcu qalmamışdır, çünki aldığı borcu artıqlaması ilə geri qaytarıb. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan Abşeron RPİ-nin İŞ-nın xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı 16000 manat pulun qaytarılmamasına görə X1 barəsində etdiyi şikayət ərizəsinə dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Abşeron RPİ-nin Mehdiabad PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 5500 və 600 manat pulun qaytarılmamasına görə Cavabdeh və oğlu Qurban barəsində etdiyi şikayət ərizəsinə dair toplanmış material üzrə mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ərizə bölmədə araşdırılarkən Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı hissə-hissə 5000 manat pul almış və ümumilikdə 6-7 min manat qaytarmışdır. Oğlu Qurban da ondan 500 manat pul almış və qaytarmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında borc verilməsilə bağlı münasibətlər olmuş, 2019-cu ildə cavabdeh iddiaçıdan qaytarmaq şərtilə 5000 manat borc almışdır. Cavabdeh borcunu qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu tam icra etməmişdir. İddianın bu məbləğdə əsaslı olması iş materialları ilə tamamilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, tərəflər arasındakı münasibətlər borc münasibətləri olsa da, borcun verilməsinin qanunvericiliklə müəyyən edilmiş formasına, yəni yazılı müqaviləyə riayət edilməmiş, borc müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Bununla belə, 5000 manat borcun verilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasındakı əqd etibarsız əqd hesab edilməli, tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edilməklə borc verilmiş 5000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 5000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Borcu qaytarması və iddiaçıya hazırda heç bir borcunun olmaması barədə cavabdehin dəlili iş materialları ilə təsdiq olunmur. Cavabdeh bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehə 6100 manat məbləğində borc verməsi, habelə vəkil xidməti üçün 100 manat vəsait ödəməsi barədə isə iddiaçı tərəf məhkəməyə hər hansı legitim sübut təqdim edə bilməmişdir. İş materialları ilə təsdiq olunur ki, cavabdeh iddiaçıdan məhz 5000 manat borc almışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş pulun 70 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 manat və dövlət rüsumunun əvəzi kimi 70 manat pul tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3935/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3935/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver