Məhkəmə qərarları › İş №2(012)-394/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-394/2023

19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-394/2023 19.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayədəsi Vəkil2, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil1 Arif oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ətnaməsinə əsasən, 09 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit aliment məbləğinin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1ətnaməsinə əsasən, 09 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit aliment məbləğinin miqdarının artırılaraq 193 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1ətnaməsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 2(012)-6161/2016 saylı, 26 avqust 2016-cı il tarixli qətnaməsi ilə birgə nikahdan anadan olmuş 09 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrinə tutulması, alimentin tutulmasının əvvəlinin ünvan 1ətnaməsinin qanuni qüvvəyə minən vaxtdan hesablanması qət edilmişdir. Daha sonra isə o uşağın adını və soyadını dəyişdirmişdir. O, övladı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdeh bir neçə ay 175 manat aliment ödəmiş, lakin bu müddət ərzində övladı 09 aprel 2012-ci il təvəllüdlü X5 ilə görüşməmişdir. Həmçinin cavabdeh yenidən ailə qurmuşdur. Artıq o, övladının maddi ehtiyaclarını ödəyə bilmir. Bu səbəbdən alimentin artırılması zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayədəsi Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, artıq illərdir ki, iddiaçı ona övladı ilə görüşməyə icazə vermir. Həmçinin iddiaçı yenidən ailə qurmuşdur və 2 övladı vardır. Onun razılığı olmadan uşağın adını və soyadını dəyişdirmişdir. Aralarında olan razılığıa əsasən, 1 ildən çoxdur ki, o, 175 manat məbləğində aliment ödəyir. O, 2-ci dəfə ailə qurmuş və bu nikahdan da övladı dünyaya gəlmişdir. O, əvvəllər “"xxxx"-da işləmişdir. Hal-hazırda isə hər ay 193 manat məbləğində aliment ödəməyə imkanı yoxdur. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 Arif oğlu məhkəmə iclasında cavabdehin izahatına uyğun izahatt verdi. İş materiallarında olan Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 071301 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 09 aprel 2012-ci ildə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan ünvan 1ətnaməsindən görünür ki, ünvan 1ətnaməsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 2(012)-6161/2016 saylı, 26 avqust 2016-cı il tarixli qətnaməsi ilə birgə nikahdan anadan olmuş 09 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrinə tutulması, alimentin tutulmasının əvvəlinin ünvan 1ətnaməsinin qanuni qüvvəyə minən vaxtdan hesablanması qət edilmişdir. İş materiallarında olan 4 saylı “Bakı ASAN Xidmət” X7 tərəfindən verilmiş AZ-İV № 012985 saylı doğum haqqında şəhadətnamədən ki, X6 02 sentyabr 2017-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 01 may 2020-ci ildən "xxxx" ASC-də sürücü vəzifəsində işləyir və 2021 noyabr- 726,38 manat, 2021 dekabr-530,28 manat, 2022 yanvar-636,56 manat, 2022 fevral-635,15 manat, 2022 mart-657,58 manat, 2022 aprel-619,72 manat, 2022 may-637,13 manat, 2022 iyun-639,13 manat, 2022 iyul-637,16 manat, 2022 avqust-641,16 manat, 2022 sentyabr-647,66 manat, 2022 oktyabr-671,65 manat əmək haqqısı təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Cavabdehin ikinci evliliyindən də övladının olmasını və iş materiallarında olan cavabdehin aylıq əmək haqqısına dair arayışı nəzərə alaraq məhkəmə hesab edir ki, 09 aprel 2012-ci il təvəllüdlü X1 üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. ünvan 1ətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 09 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar