Məhkəmə qərarları › İş №2(012)-3941/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3941/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3941/2021 06.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 06 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********96769 Xiaomi Redmi 7 markalı telefon üçün 85 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu, 11.11.2019-cu il tarixli müqaviləyə əsasən X3 plus Kombi, Mirado Seksiya üçün 1520 manat ödənilməmiş hissə, 51 manat dəbbə pulu, 15.11.2019-cu il tarixli müqaviləyə əsasən X3 plus Kombi üçün 1440 manat ödənilməmiş hissə, 284 manat dəbbə pulu, 09.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********58429 X4 8 markalı telefon 501.9 manat ödənilməmiş hissə, 112.1 manat dəbbə pulu, 09.03.2020-ci il tarixli müqaviləyə əsasən Alyans-Paris çarpayı, Doshek Uretan üçün 797 manat ödənilməmiş hissə, 118 manat dəbbə pulu və 10.03.2020-ci il tarixli müqaviləyə əsasən Alyans-Paris termo, Marvin-Genc-Bazalı çarpayı, Matras, Battaniye üçün 1098 manat ödənilməmiş hissə, 174 manat dəbbə pulu olmaqla, ümumi 6202 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 11.10.2019-cu il tarixli, 11.11.2019-cu il tarixli, 15.11.2019-cu il, 09.03.2020-ci il tarixli, 09.03.2020-ci il və 10.03.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********96769 Xiaomi Redmi 7 markalı telefon, X3 plus Kombi, Mirado Seksiya, X3 plus Kombi, İMEİ Kodu **********58429 X4 8 markalı telefon, Alyans-Paris çarpayı, Doshek Uretan və Alyans-Paris termo, Marvin-Genc-Bazalı çarpayı, Matras, Battaniye almış və nəticədə 6202 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 11.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 422 olan İMEİ Kodu **********96769 Xiaomi Redmi 7 markalı telefon üçün 85 manat ödənilməmiş hissə, 21 manat dəbbə olmaqla cəmi 106 manat borcu yaranmışdır. 11.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4080 manat olan X3 plus Kombi, Mirado Seksiya üçün 1520 manat ödənilməmiş hissə, 51 manat dəbbə pulu pulu olmaqla, cəmi 1571 manat borcu yaranmışdır. 15.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1752 manat olan X3 plus Kombi üçün 1440 manat ödənilməmiş hissə, 284 manat dəbbə pulu olmaqla, cəmi 1724 manat borcu yaranmışdır. 09.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 589.9 manat olan İMEİ Kodu **********58429 X4 8 markalı telefon 501.9 manat ödənilməmiş hissə, 112.1 manat dəbbə pulu olmaqla, cəmi 614 manat borcu yaranmışdır. 09.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 888 manat olan Alyans-Paris çarpayı, Doshek Uretan üçün 797 manat ödənilməmiş hissə, 118 manat dəbbə pulu olmaqla, cəmi 915 manat borcu yaranmışdır. 10.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1170 manat olan Alyans-Paris termo, Marvin-Genc-Bazalı çarpayı, Matras, Battaniye üçün 1098 manat ödənilməmiş hissə, 174 manat dəbbə pulu olmaqla, cəmi 1272 manat borcu yaranmışdır. Cavabdeh 11.11.2019-cu il tarixli müqaviləyə əsasən X3 markalı kombini 25.11.2019-cu il tarixinə qədər istifadə etdikdən sonra məhsul 2232 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 6 müqavilə üzrə cəmi 3460 manat təşkil edir. Cavabdehin ümumi olaraq 6202 manat borcu vardır. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 11.10.2019-cu il tarixli, 00973252 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********96769 Xiaomi Redmi 7 markalı telefonunu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.11.2019-cu il tarixli, 01044867 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən X3 plus Kombi, Mirado Seksiyanu qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan 15.11.2019-cu il tarixli, 01053513 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən X3 plus Kombini qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.03.2020-ci il tarixli, 20163645 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********58429 X4 8 markalı telefonunu qəbul etmiş və malın qiymətini hissəhissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.03.2020-ci il tarixli, 20163671 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Alyans-Paris çarpayı, Doshek Uretanı qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.03.2020-ci il tarixli, 20165811 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Alyans-Paris termo, Marvin-Genc-Bazalı çarpayı, Matras, Battaniyeni qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 11.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********96769 Xiaomi Redmi 7 markalı telefon üçün 85 manat ödənilməmiş hissə, 21 manat dəbbə olmaqla, ümumilikdə 106 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 11.11.2019-cu il tarixli müqaviləyə əsasən X3 plus Kombi, Mirado Seksiya üçün 1520 manat ödənilməmiş hissə, 51 manat dəbbə pulu olmaqla, ümumilikdə 1571 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 15.11.2019-cu il tarixli müqaviləyə əsasən X3 plus Kombiüçün 1440 manat ödənilməmiş hissə, 284 manat dəbbə pulu olmaqla, ümumilikdə 1724 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 09.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********58429 X4 8 markalı telefon 501.9 manat ödənilməmiş hissə, 112.1 manat dəbbə pulu, ümumilikdə 614 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 09.03.2020-ci il tarixli müqaviləyə əsasən Alyans-Paris çarpayı, Doshek Uretan üçün 797 manat ödənilməmiş hissə, 118 manat dəbbə pulu, ümumilikdə 915 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 10.03.2020-ci il tarixli müqaviləyə əsasən Alyans-Paris termo, Marvin-Genc-Bazalı çarpayı, Matras, Battaniye üçün 1098 manat ödənilməmiş hissə, 174 manat dəbbə pulu olmaqla, ümumilikdə 1272 manat borcu vardır. Cavabdehin 6 müqavilə üzrə cəmi 6202 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 11.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 21 manat dəbbənin məbləği azaldılmalı və 5 manat müəyyən edilməlidir. 11.11.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 51 manat dəbbənin məbləği azaldılmalı və 5 manat müəyyən edilməlidir. 15.11.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 284 manat dəbbənin məbləği azaldılmalı və 15 manat müəyyən edilməlidir. 09.03.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 112.1 manat dəbbənin məbləği azaldılmalı və 5 manat müəyyən edilməlidir. 09.03.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 118 manat dəbbənin məbləği azaldılmalı və 10 manat müəyyən edilməlidir. Həmçinin 10.03.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 174 manat dəbbənin məbləği azaldılmalı və 10 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 11.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********96769 Xiaomi Redmi 7 markalı telefon üçün 85 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 11.11.2019-cu il tarixli müqaviləyə əsasən X3 plus Kombi, Mirado Seksiya üçün 1520 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 15.11.2019-cu il tarixli müqaviləyə əsasən X3 plus Kombi üçün 1440 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, 09.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********58429 X4 8 markalı telefon 501.9 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 09.03.2020-ci il tarixli müqaviləyə əsasən Alyans-Paris çarpayı, Doshek Uretan üçün 797 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu və 10.03.2020ci il tarixli müqaviləyə əsasən Alyans-Paris termo, Marvin-Genc-Bazalı çarpayı, Matras, Battaniye üçün 1098 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, ümumilikdə 5491,9 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat məbləğində hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********96769 Xiaomi Redmi 7 markalı telefon üçün 85 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 11.11.2019-cu il tarixli müqaviləyə əsasən X3 plus Kombi, Mirado Seksiya üçün 1520 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 15.11.2019-cu il tarixli müqaviləyə əsasən X3 plus Kombi üçün 1440 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, 09.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********58429 X4 8 markalı telefon 501.9 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 09.03.2020-ci il tarixli müqaviləyə əsasən Alyans- Paris çarpayı, Doshek Uretan üçün 797 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu və 10.03.2020-ci il tarixli müqaviləyə əsasən Alyans-Paris termo, Marvin-Genc-Bazalı çarpayı, Matras, Battaniye üçün 1098 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, ümumilikdə 5491,9 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar