Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3946/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(002)-991/2021 saylı qətnaməsi ilə 09 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 175 manat məbləğində tutulan alimentin miqdarının artırılaraq, 09 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və 100 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 28 aprel 2012-ci il tarixdə nikah bağlayaraq, ailə qurmuşdur. Birgə nikahdan 09 sentyabr 2014-cü il təvəllüdlü X2 adlı uşaq doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün cavabdehə qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir və həmin məhkəmənin 28 yanvar 2016-cı il tarixli 2(002)-125/2016 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, tərəflər arasında olan nikahın pozulması, azyaşlı uşağın ananın himayəsində saxlanılması, 09 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan başqa, Cavabdeh qarşı alimentin artırılması tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 30 oktyabr 2018-ci il tarixli, 2(002)-3564/2018 saylı qətnaməsi ilə 09 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatana qədər saxlanması üçün Cavabdeh hər ay 154 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Bundan başqa, Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(002)-991/2021 saylı qətnaməsinə əsasən 09 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 175 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Hazırda 09 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün gündəlik xərclər artmışdır və o, bu xərcləri ödəyə bilmir. Bu səbəbdən Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılması zəruridir. Göstərilənlərə əsasən iddia təmin olumalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddianın təmin edilməsi qanunsuzdur, çünki keçən müddət ərzində onun maddi vəziyyəti yaxşılaşmamış, əksinə daha da pisləşmişdir. O, müharibə veteranıdır, İİ Qarabağ savaşında müxtəlif medallarla təltif olunmuşdur. Bir sıra xəstəliklərdən müalicə alır və müalicəsinə maddi imkanı yetmir. Belə olan halda isə alimentin miqdarının yenidən artırılması ona əlavə çətinliklər törədəcəkdir. Onun başqa nikahdan olan uşaqlarına dair də aliment öhdəlikləri vardır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan doğum haqqıında AZ-İİİ 888011 saylı şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 09 sentyabr 2014-cü il təvəllüdlü X2 adlı uşaq doğulmuşdur. İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli, 2(002)-125/2016 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilərək, tərəflər arasında olan nikahın pozulması, azyaşlı Xəyal adlı uşağın anasının himayəsində saxlanılması, 09 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(002)-991/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2(002)-3564/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan 150122 saylı, xx.xx.2024-cü il tarixli vəsiqənin surətindən görünür ki, Cavabdeh müharibə veteranıdır. İşdə olan vəsiqələrin surətlərindən görünür ki, Cavabdeh İİ Qarabağ müharibəsində qəhrəmanlıqla iştirak etdiyinə görə 3 medal almışdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Xəyal adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Bununla belə, İddiaçı keçən müddət ərzində Cavabdeh maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişikliyin baş verməsi barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Keçən 3 il müddət ərzində illik uşaq minimumunun 60 manat kimi qalxması, alimentin miqdarının artırılması üçün əsas sayılmamalıdır, çünki uşaqların saxlanması hər iki valideynin vəzifəsidir və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malikdirlər. Göstərilənlərə əsasən, İddiaçı cavabdehin maddi vəziyyətində müsbət dəyişikliklərin olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması barədə onun iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3946/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3946/2024
11.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver