Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3951/2022 15.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 15 mart 2013-cü il tarixli, 2(012)- 520/2013 saylı qətnaməsi ilə xx.xx.2008-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması məqsədi ilə hər tutulması qət edilmiş alimentin məbləğinin dəyişdirilərək, hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə arasında nikah 22 noyabr 1999-cu il tarixdə bağlanmış və Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin nikahdan onların 04 yanvar 2008-ci il təvəllüdlü oğlu X6 doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 15 mart 2013-cü il tarixli qətnaməsi ilə azyaşlı X1 üçün hər ay 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün yetərli deyildir. Cavabdeh uşağına baxmır, onun xərclərini qarşılamır. Cavabdehin pensiya kartını götürmüş, hər ay 80 manat müavinat mədaxil olur və həmin məbləği götürür. Arada cavabdeh kartını bloklayır, həmin məbləği də ödəməkdən yayınır. Cavabdehlə boşandıqları vaxt uşağın 5 yaşı olmuş, hazırda isə uşağın 14 yaşı vardır. Təbii ki, tələbatları da dəyişmiş və artmışdır. Aliment təyin olunarkən azyaşlı məktəbə getmirdi. Hazırda isə 14 yaşlı oğlan uşağının bütün təminatı onun üzərindədir. Həmçinin əvvəllər işlədiyindən çətin də olsa, övladının tələbatını ödəmişdir. Lakin hazırda heç bir yerdə işləmir, maddi durumu acınacaqlıdır. Məhkəməyə hazırki alimentin məbləğinin artırılması barədə tələb ilə müraciət etməsinin səbəblərindən biri də onun hazırda işləməməsi ilə bağlıdır. Göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 15 mart 2013-cü il tarixli, 2(012)-520/2013 saylı qətnaməsi ilə xx.xx.2008-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması məqsədi ilə hər tutulması qət edilmiş alimentin məbləğinin dəyişdirilərək, hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, qanunla müəyyən olunmuş hər ay uşaqların saxlanılması üçün nəzərdə tutulan 193 manat sabit pul məbləğində alimentin ödənilməsinə etiraz etmir. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsinə etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Abşeron rayon VVAQ şöbəsi tərəfindən 16 yanvar 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 041820 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 04 yanvar 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X5 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 16 yanvar 2008-ci il tarixdə 38 nömrə ilə qeyd edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-520/2013 saylı, 15 mart 2013-cü il tarixli qətnaməsindən görünür ki, X2 Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə X5 arasında Abşeron rayon VVAQ şöbəsi tərəfindən 19 may 2000-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 81 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 04 yanvar 2008-ci il tarixdə anadan olmuş X4 anası X2 himayəsində saxlanılması, 04 yanvar 2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin hər ay 100 manat məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin Cavabdeh hər ay sabit pul məbləğində tutularaq X3 verilməsi, alimentin tutulmasının 01 fevral 2013-cü il tarixdən hesablanması qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 04 yanvar 2008-ci il təvəllüdlü X6 doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-520/2013 saylı, 15 mart 2013-cü il tarixli qətnaməsinə əsasən 04 yanvar 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacı artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 9 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 15 mart 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 04 yanvar 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment müəyyən edilməli və həmin məbləğ Cavabdeh tutularaq X3 verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 520/2013 saylı, 15 mart 2013-cü il tarixli qətnaməsi ilə 04 yanvar 2008-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh 04 yanvar 2008-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalı, iddia digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 50 (əlli) manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-520/2013 saylı, 15 mart 2013-cü il tarixli qətnaməsi ilə 04 yanvar 2008-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh 04 yanvar 2008-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-3951/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3951/2022
15.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver