Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3953/2020 26.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borcun qaytarılması iddia tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı borcun qaytarılması iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxx 2019-cu il tarixli TMB000001 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2364,9 manat əsas borc, 232,55 manat cərimə borcu manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu əvəzi 30 manat pulun, 0,40 manat bank xidmət haqqının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Fiziki şəxs “X2” ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli TMB000001 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh dəyəri 3500 manat olan nisyə aldığı 1 ədəd Mebel bilnməyən mətbəx dəsti və 1 ədəd Relax yataq dəsti mebelə görə ilkin olaraq 500 manat ödəməklə, qalan 3000 manat pulu 18 ay müddətinə ödəməyi üzərinə götürmüşdür. Fiziki şəxs “X2” ilə «xxxx» MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən Fiziki şəxs “X2”in Cavabdeh qarşı olan 3000 manat məbləğindəki tələb hüququ «xxxx» MMC-yə keçmiş, və bu barədə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli TMB000001 saylı nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozaraq, ödənişləri etməmiş və 2364,9 manat əsas borc, 232,55 manat cərimə borcu olmaqla, cərimə 2597,45 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin faktiki halllarından müəyyən edilir ki, tərəflər arasında etibarlı nisyə alqı-satqı müqaviləsindən irəli gələn mübahisə mövcuddur. Mülki işin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli TMB000001 saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh Fiziki şəxs “X2”dən 3500 manat dəyərində aldığı 1 ədəd Mebel bilnməyən mətbəx dəsti və 1 ədəd Relax yataq dəsti mebelə görə ilkin olaraq 500 manat ödəməklə, qalan 3000 manat pulu 18 ay müddətinə ödəməyi üzərinə götürmüşdür. Mülki işin materiallarında olan Fiziki şəxs “X2” ilə «xxxx» MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən Fiziki şəxs “X2”nin Cavabdeh qarşı olan 3000 manat məbləğindəki tələb hüququ «xxxx» MMC-yə keçmiş, və bu barədə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Mülki işin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli TMB000001 saylı nisyə alqısatqı müqaviləsi üzrə «xxxx» MMC-yə 2364,9 manat əsas borc, 232,55 manat cərimə borcu olmaqla, cərimə 2597,45 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxxxxx 2019-cu il tarixli TMB000001 saylı nisyə alqı-satqı müqaviləsi üzrə hesablanmış 232,55 manat cərimənin məbləği azaldılmalı və həmin məbləğ 23 manat müəyyən edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Fiziki şəxs “X2” ilə Cavabdeh arasında etibarlı xx xxxxxx 2019-cu il tarixli TMB000001 saylı alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, Fiziki şəxs “X2” ilə «xxxx» MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən Fiziki şəxs “X2”-nin Cavabdeh qarşı olan 1386 manat məbləğindəki tələb hüququ «xxxx» MMC-yə keçdiyindən, Cavabdeh 2364,9 manat əsas borc, 23 manat cərimə borcu olmaqla, cəmi 2387,9 manat borc alınaraq iddiaçı «xxxx» MMЪ-nə qaytarmalı, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı «xxxx» MMЪ-ня ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli TMB000001 saylı alqı-satqı müqaviləsi üzrə 2364,9 manat əsas borc, 23 manat cərimə borcu olmaqla, cəmi 2387,9 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu əvəzi 30 manat pulun, 0,40 manat bank xidmət haqqı tutulub «xxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrli edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3953/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3953/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver