Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3954/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının dəyişdirilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 6681/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan qazancının 1/4 hissəsi miqdarında aliment miqdarının dəyişdirilərək, birgə nikahdan dünyaya gələn xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, onunla Cavabdeh arasında qeydə alınmış rəsmi nikah Binəqədi Rayon Məhkəməsinin 2(001)-6690/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən onların birgə nikahından dünyaya gəlmiş övladları xx.xx.2010-cu il təvəllüdlü X2 onun himayəsində saxlanılması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-6681/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq, onun xeyrinə verilməsi qət edilmişdir. Daha sonra Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-6681/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(105)-1369/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh tərəfindən ödənilən məbləğ övladının maddi ehtiyaclarını ödəmək üçün kifayət etmir. İldən-ilə həm dövlət tərəfindən müəyyən edilən yaşayış minimumunun məbləğində, həmçinin övladının tələbatlarında artım olmuşdur. Hər ay ödənilən alimentin məbləği övladının heç bir maddi tələbatını - geyim, qida, həkim və təhsil xərclərinin ödənilməsi üçün yetərli deyildir. Beləliklə də cavabdehin bu davranışı nəticəsində uşaq hər ay almağa haqqı çatandan az miqdarda aliment alır. Övladı hazırda universitetə qəbul imtahanlarına hazırlaşır və repetitor yanına gedir, həmçinin idman ilə məşğul olur. Cavabdeh ikinci dəfə ailə həyatı qurmuşdur və hazırda gəliri 640 manatdan çoxdur, o isə işdən çıxmışdır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üzrə uşaqlar üçün yaşayış minumumu 246 manat təşkil edir. O, övladının saxlanılması üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minumumu məbləğinə uyğun olaraq sabit pul məbləğində aliment təyin olunmasını istəyir. Bu səbəbdən də o, “alimentin miqdarının dəyişdirilməsi” tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 558744 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15 sentyabr 2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə Ağamalıyeva (Qarayeva) Səbinə Vasif qızıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rаyоn Məhkəməsinin 2(001)-6690/2012 saylı, 16 oktyabr 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X3 arasında Abşeron rayon qeydiyyat şöbəsində 11 dekabr 2009-cu il tarixdə 805 nömrəli akt qeydinə əsasən dövlət qeydiyyatına alınmış nikahın pozulması, tərəflərin nikahından 15 sentyabr 2010-cu ildə doğulmuş X2 anası cavabdeh X1 himayəsində və yanında saxlanılması və iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-6681/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, 15 sentyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq, iddiaçı X1 xeyrinə verilməsi və hazırkı miqdarda alimentin tutulmasının əvvəlinin 12 avqust 2016-cı il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1369/2017 saylı, 19 aprel 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli, 2(012)- 6681/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması və apellyasiya şikayətinə görə ödənilmiş 15 manat dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh gəlir məlumatlarına dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətində şöbə müdirinin müavini vəzifəsində işləyir və onun aylıq əmək haqqı 640 manat təşkil edir. İş materiallarında olan Cavabdeh şəxsi məlumatlarına dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh X8 ilə rəsmi nikaha daxil olmuş və onların birgə nikahdan 2 övladı – xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq və bütün sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, hazırki iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən norma Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rаyоn Məhkəməsinin 2(001)-6690/2012 saylı, 16 oktyabr 2012-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X3 arasında Abşeron rayon qeydiyyat şöbəsində 11 dekabr 2009-cu il tarixdə 805 nömrəli akt qeydinə əsasən dövlət qeydiyyatına alınmış nikahın pozulması, tərəflərin nikahından 15 sentyabr 2010-cu ildə doğulmuş X2 anası cavabdeh X1 himayəsində və yanında saxlanılması və iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-6681/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qətnaməsindən göründüyü kimi iddia təmin edilmiş, 15 sentyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq, iddiaçı X1 xeyrinə verilməsi və hazırkı miqdarda alimentin tutulmasının əvvəlinin 12 avqust 2016-cı il tarixdən hesablanması qət edilmiş və qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1369/2017 saylı, 19 aprel 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-6681/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan qazancının 1/4 hissəsi miqdarında aliment miqdarının dəyişdirilərək, birgə nikahdan dünyaya gələn xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Cavabdeh gəlir məlumatlarına dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətində şöbə müdirinin müavini vəzifəsində işləyir və onun aylıq əmək haqqı 640 manat təşkil edir. İş materiallarından göründüyü kimi hazırki iş üzrə cavabdehin iddiaçının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment ödəməsi faktiki olaraq onun imkanı xaricindədir. Belə ki, cavabdeh yenidən nikaha daxil olmuşdur və həmin nikahdan iki yetkinlik yaşına çatmayan övladı vardır. Digər uşaqların da mənafeyi nəzərə alınarsa, alimentin tələb olunan formada təmin edilməsi cavabdehin başqa nikahdan olan uşaqlarının mənafeyinin ciddi şəkildə pozulması ilə nəticələnir. Məhkəmə yuxarıda qeyd olunan diqqətəlayiq halları məcmu halında qiymətləndirərək hesab edir ki, aliment miqdarının dəyişdirilməsi cavabdehin hazırki durumu və aldığı əmək haqqı ilə heç cür uyğunlaşmır və bu səbəbdən aliment miqdarının dəyişdirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Abşeron Rayon Məhkəməsinin 2(012)-6681/2016 saylı, xx.xx.2016cı il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan qazancının 1/4 hissəsi miqdarında aliment miqdarının dəyişdirilərək, birgə nikahdan dünyaya gələn xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3954/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3954/2025
01.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver