Məhkəmə qərarları › İş №2(012)-3960/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3960/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3960/2023 14.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20750 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh 20000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh uzun müddətdir ki,tanıyır.Əvvəllər aralarında dostluq münasibətləri olmuşdur.Bu səbəbdən də,onda cavabdehə qarşı etibar yaranmışdır.2023-cü ilin may ayının əvvəllərində Cavabdeh ona zəng edərək təcili pula ehtiyacı olduğunu və ondan 20000 manat pul verməyini xahiş etmişdir. Cavabdeh həmin pulu xx.xx.2023-cü il tarixədək tam şəkildə ona geri qaytaracağını öz öhdəsinə götürmüşdür.Cavabdeh olan etibarım azaldığı üçün pulu rəsmi qaydada ona verəcəyini təklif etmiş və Cavabdeh onunla razılaşmışdır.Onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Abşeron rayon 2 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, 20000 manat məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə öz növbəsində xx.xx.2023-cü il tarixədək ona qaytarmağı öz öhdəsinə götürmüşdür.27 may 2023-cü il tarixdə Cavabdeh ona zəng edərək pula ehtiyacı olmasını bildirmiş,cavabdehə məxsus debet kartı ona göndərərək əlavə olaraq 750 manat pulun həmin karta göndərilməsini xahiş etmiş və həmin puluda xx.xx.2023-cü il tarixədək ona qaytarmağı söz vermişdir.İddiaçı M.İmanov xx.xx.2023-cü il tarixdə “Mpay” ödəmə sistemi vasitəsilə 750 manatı cavabdehin kartına göndərmişdir.Lakin cavabdeh götürdüyü öhtəliyi yerinə yetirməmiş və bugünədək borcunu ona qaytarmamışdır Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 20000 manat məbləğində pulu verməyi, Cavabdeh isə həmin məbləği xx.xx.2023-cü il tarixinədək İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, borc verən İddiaçı borc alan Cavabdeh 20000 manat məbləğində pulu verməyi, Cavabdeh isə həmin məbləği xx.xx.2023-cü il tarixinədək İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini pozmuş və borcunu ödəməmişdir. Cavabdeh məhkəməyə iclasına gəlməmiş, həmçinin iddianı təkzib edəcək sübutları və etirazını məhkəməyə göndərməmişdir. Odur ki, Cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən, məhkəmə hesab edir ki, Cavabdeh 20000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 153.40 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 20000 manat pul və 153.40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar