Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3964/2021 22.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 22 dekabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********17086 olan X4 8 markalı telefon üçün 658.8 (altı yüz əlli səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 04.06.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********44106 olan X4 8 markalı telefon üçün 639 (altı yüz otuz doqquz) manat ödənilməmiş hissə, ümumilikdə 1297 manat 80 qəpik borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 24.05.2020-ci il və 04.06.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********17086 və **********44106 olan 2 ədəd X4 8 markalı telefon almış və nəticədə 1297.8 (min iki yüz doxsan yeddi manat səksən qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 24.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********17086 olan X4 8 markalı telefon üçün 658.8 (altı yüz əlli səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 04.06.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********44106 olan X4 8 markalı telefon üçün 639 (altı yüz otuz doqquz) manat ödənilməmiş hissə, ümumilikdə 1297 manat 80 qəpik borc borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 100 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 24.05.2020-ci il tarixli, 20305044 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********17086 olan X4 8 markalı telefon qəbul etmiş və malın qiymətini hissəhissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.06.2020-ci il tarixli, 20330884 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********44106 olan X4 8 markalı telefonu qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə cəmi 100 (yüz) manat ödəniş etmiş, 24.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********17086 olan X4 8 markalı telefon üçün 658.8 (altı yüz əlli səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 04.06.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********44106 olan X4 8 markalı telefon üçün 639 (altı yüz otuz doqquz) manat ödənilməmiş hissə, ümumilikdə 1297.8 (min iki yüz doxsan yeddi manat səksən qəpik) manat borcu vardır. İş materiallarında olan 20.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə bağlı 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 27.11.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 24.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********17086 olan X4 8 markalı telefon üçün 658.8 (altı yüz əlli səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 04.06.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********44106 olan X4 8 markalı telefon üçün 639 (altı yüz otuz doqquz) manat ödənilməmiş hissə, ümumilikdə 1297.8 (min iki yüz doxsan yeddi manat səksən qəpik) manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 24.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********17086 olan X4 8 markalı telefon üçün 658.8 (altı yüz əlli səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 04.06.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********44106 olan X4 8 markalı telefon üçün 639 (altı yüz otuz doqquz) manat ödənilməmiş hissə, ümumilikdə 1297.8 (min iki yüz doxsan yeddi manat səksən qəpik) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3964/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3964/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver