Məhkəmə qərarları › İş №2(012)-3967/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3967/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3967/2024 25.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə Cavabdeh2 nümayəndəsivəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ilkin və Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 44500 (qırx dörd min beş yüz) manat məbləğində pulun və iddia qaldırmaq üçün dövlət nəfinə keçirdiyi 224 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 44724 cavabdehlər X4 və Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tamah niyyəti ilə onun etibarından sui-istifadə edərək, ona ünvan 1 ünvanında yerləşən özünə məxsus olmayan torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə birlikdə satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə ondan Abşeron rayonu, Xırdalan şəhəri, Xəzinə şadlıq sarayının yaxınlığında yerləşən X1 işlətdiyi ofisdə 25 noyabr 2021-ci il tarixdə saat 15 radələrində 5000 manat və 26 noyabr 2021-ci il tarixdə, səhər saat 11 radələrində 11500 manat, cəmi 16500 (on altı min beş yüz) manat pulunu vahid niyyətlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib ona 16500 (on altı min beş yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibarından sui-istifadə edərək, ona ünvan 2 ünvanında yerləşən özünə məxsus olmayan fərdi yaşayış evinin sənədləri ilə bağlı məhkəmədə gedən işi həll edəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə o 20 iyun 2022-ci il tarixdə onun adına olan plastik bank kartına Abşeron rayonu. Xırdalan şəhərində yerləşən ödəmə terminalı vasitəsi ilə göndərdiyi 700 manat, 25 iyun 2022-ci il tarixdə onun adına olan plastik bank kartına Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ödəmə terminalı vasitəsi ilə göndərdiyi 300 manat, "xxxx" ASC-yə məxsus 4169 73** **** 7685 nömrəli plastik karta 30 iyun 2022-ci il tarixdə saat 21:57-də Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bazarstore”- də yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1500 (bir min beş yüz) manat və 07 iyul 2022-ci il tarixdə saat 18:40-da "xxxx" ASC-yə məxsus 4169 73** **** 7685 nömrəli plastik karta Abşeron rayonu, Xırdalan şəhəri, M. Ə. Rəsulzadə küçəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 500 (beş yüz) manat, 15 iyul 2022-ci il tarixdə onun adına olan plastik bank kartına Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ödəmə terminalı vasitəsi ilə göndərdiyi 4000 manat, cəmi 7000 (yeddi min) manat pulumu vahid niyyətlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib ona 7000 (yeddi min) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa zərərçəkmiş şəxs İddiaçı evin ona məxsus olduğunu düşünüb əlavə 4500 manat pul hasar tikintisinə xərcləmişdir. Əlavə olaraq da 16500 manat dəyərində tikinti materialı alıb evin həyətinə tökmüşdür. O, bütün dəymiş ziyanı məhkəmə iclasında söyləmiş, Cavabdeh1 da etiraf etmişdir. Məhkəmə iclasıda videogörüntülü şəkildə hər şey qeydə alınmışdır. Bütün bünları şahid qismində evin hasarını tikən ustalar da təsdiq edə bilərlər. Həmçinin evin həyətinə tökdüyü 16500 manat dəyərində olan tikinti materiallarını da məhkəmə iclasında dindirilən Cavabdeh1 özü də etiraf etmişdir və bunu təsdiq edəcək şahidləri də vardır. Həmin evdə Cavabdeh1 bacısı Cavabdeh2 yaşayır. Sübhan həmin işi bacısı ilə əlbir olaraq görmüşdür. Lakin indiyədək ona dəymiş ziyan nə Sübhan, nə Aygün tərəfindən ödənilməmişdir. Ona 23500 manat evə verdiyi pul, evin hasarının tikintisinə çəkdiyi 4500 manat xərc və evin həyətinə tökdüyü 16500 manat dəyərində tikinti materialları, cəmi 44500 manat məbləğində ziyan dəymişdir. Abşeron Rayon Məhkəməsinin 01,05.2024-cü il tarixli, 1(012)-134/2024 saylı hökmü ilə Cavabdeh1 CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı (cavabdehdən) maddi ziyana görə 35973 (otuz beş min doqquz yüz yetmiş üç) manat, vəkillə imzaladığı müqaviləyə əsasən ödədiyi 320 (üç yüz iyirmi) manat, 200 (yüz doğsan doqquz) manat dövlət rüsumu, ümumilikdə 36493.0 (otuz altı min beş yüz iyirmi iki min) manat tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 1996-cı il ildə Xırdalan Bələdiyyəsindən 14.5 ha torpaq sahəsi almışdır. Aldığı torpaq sahəsinin üzərində 400,0 kub metr həcmində, 4 otaqdan ibarət fərdi yaşayış evi inşa etdirmişdir. 1998-ci ildən, yuxarıda göstərilən ünvanda qızı ilə yaşayır. xx.xx.2021-ci il tarixində, Daşınmaz Əmlakın Ekspertləri tərəfindən həmin müddətdə inşa etdirdiyi fərdi evin dəyəri 70.000 (yetmiş min) manat dəyərləndirilmişdir. Bu barədə Daşınmaz Əmlakın təsdiqlənmiş qiymətləndirmə rəyi də vardır. 2021-ci ilin fevral ayında qardaşı Cavabdeh1 ona müraciət edərək, ailə qurduğunu bildirərək, müvəqqəti bir həftəlik onlarda qalmağa icazə istədi. Əvvəl razı olmasa da sonradan razılaşmışdır. Bundan sonra o, kafedə işləyən qaynanasını da onlara gətirərək, onun da onlarla yaşayacağını bildirdi. Bundan sonra qaynanası evə digər kişilər gətirməyə başladı. Onun evdə yeniyetmə qızı da var. Bu da ona çox pis təsir göstərirdi. Elə buna görə də onları evdən çıxartmaq qərarına gəlmişdir. Qapını açaraq onların evini tərk etməyini tələb etmişdir. Elə bu vaxt qardaşı Sübhan ona hücum edərək, döyüb, xəsarətlər yetirdi. Aldığı xəsarətləri müalicə etdirmək üçün digər qardaşı X6 yaşadığı ünvan 3 ünvana getmişdir. Təxminən iki üç aydan sonra evinə qayıdarkən, Sübhan və həyat yoldaşı üzərinə hücum çəkərək, qızı ilə onu evə buraxmadılar. Məcburiyyət qarşısında qalaraq Daxili İşlər Nazirliyinin “102” xidmətinə hadisə barədə məlumat vermiş, sabahısı gün Abşeron RPİ-nə gedərək izahatını yazmışdır. Oradan bildirdilər ki, bu iş uzun çəkəcək. Məcburiyyət qarşısında qalaraq Xırdalan qəsəbəsində kirayə ev tutmuşdur. Təxminən iki üç ay da orada yaşamışdır. Qonşu ona zəng edərək bildirmişdir ki, evi satmısınız, sizin evinizi uçurdurlar. Həmin ilin dekabr ayında evinə gələrkən həqiqətən də fotoşəkillərdə və video çəkilişdə göründüyü kimi evinin bir hissəsinin dağıtmışdılar. Soruşanda Siz kimsiz? Bildirdilər ki, iddiaçının adamlarıyıq evi söküb torpaq sahəsinin üzərində iki və ya üç ev inşa etdirəcəyik. Meyvə ağaclarımı da kəsmişdilər. Hamam, ayaqyolu və digər işləri görmək üçün 5000 ədəd, hər biri 0.40 qəpikdən mişar daşı, 350 manatlıq qum, 22 kisə sement, hər biri 4.70 qəpikdən, 3100 manat talvar düzəltmək üçün metala pul vermişdir. Həyətə daxil olan zaman bunların heç birisi həyətdə yox idi. İddiaçı tərəfindən daşınaraq aparılmışdır. Bundan əlavə evin arxa tərəfini müvəqqəti usta tərəfindən inşa edilməsinə 420 manat pul vermişdir. Evin divarlarını uçurmaq üçün ağır metalla zərbələr vurulmuş, bir hissəsi uçmuş qalan hissəsi isə böyük çırtlar əmələ gəlmiş və ev qəzalı vəziyyətə salınmışdır. Evin uçmaq təhlükəsi vardır. Ustalar dəvət etmiş, onlar evin yenidən inşa etdirmək üçün 30.000 manat xərci olduğunu bildirdilər. Ümumilikdə 35973 (otuz beş min doqquz yüz yetmiş üç) manat maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddiaya etiraz edərək bildirdi ki, qarşılıqlı iddia əsassızdır. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə caavabdeh Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddiaya etiraz edərək bildirdi ki, iddiaçının iddia tələbi üzrə hüquqlarını müdafiə etdiyi Aygün xanımın heç bir cavabdehliyi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmət 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Cavabdeh1 məhkəməyə ərizə göndərərək, iddia tələbini həmin işlə bağlı həbs olunduğu üçün qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, İddiaçı uzun müddətdir ki, tanıyır. Onun sifarişi ilə həyətindəki tikintidə usta kimi işləmişdir. Torpaq sahəsi Azbentonit zavodunun yaxınlığında yerləşirdi. Orada hasarın tikintisində atası, bacısının qaynatası və onun oğlu ilə birlikdə işləmiş, orada olan evdən paltarlarını dəyişmək üçün istifadə etmişlər. Onlar yalnız hasar tikmiş, evin tikintisində iştirak etməmişdir. O, orada təxminən 1 həftə işləmişdir. İşə başladıqda torpaq sahəsi setka ilə əhatələnmiş, təzə darvaza qoyulmuşdu. Ev isə uçuq vəziyyətdə idi. Aygün ora gələndən sonra başqa yerdə işə başladığı üçün ora getməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Aygün Talıbovonın evinin tikintisində işləmişdir. 2022-ci ilin payız aylarında evi tikib damını bağlamışlar. Ev 4 otaqdan ibarət, 110 kv.metr ümumi sahəsi olan, kürsülü ev idi. Bir də “p” şəkilli hasar tikmişlər. Evin tikintisi ilə bağlı Cavabdeh2 təxminən 6 min manat pul almışdır. Evin təmirini o, etməmişdir. Evin həyətyanı sahəsi təxminən 16 sota qədər olardı. Aygünlə rastlaşdıqda söhbət əsnasında dedi ki, o evdə yaşaya bilmir, qardaşı ona təzyiq edir. Həmin evdə yaşayışın olduğunu gözü ilə görməmişdir. Aygünlə ora gedəndə evin qapısı açıq idi. Evdə heç kim yox idi. Ev pis vəziyyətdə idi. İçərisində dağınıq paltarlar var idi. Ev tikilən zaman ora darvaza qoyulmamışdı. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, İddiaçı tanıyır. O, iddiaçıya məxsus həyətyanı sahənin hasarını tikmişdir. Orada ev olsa da, pis vəziyyətdə idi. Tikinti materiallarını alanda o da, iddiaçının yanında olub. Evdə heç bir iş görməmişlər. Evdən yalnız paltar dəyişmək və yemək vaxtı istifadə etmişlər. Ev qəzalı vəziyyətdə idi, divarların hamısı çatlamışdı. O, həmin ərazidə hasar tikərkən orada heç bir hasar olmayıb. Hasarın tikilməsi üçün Tofiq ona 3000 manata yaxın pul vermişdir. Orda 3 nəfər işləmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-137/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs Cavabdeh1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanması, təqsirləndirilən şəxs Cavabdeh1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, iş üzrə sübut kimi tanınmış iş üzrə zərərçəkmiş şəxs İddiaçı tərəfindən təqdim olunmuş 30 iyun 2022-ci il tarixli 7060 nömrəli və 07 iyul 2022-ci il tarixli, 26461 nömrəli “eManat” qəbzlərinin surəti cinayət işinin materiallarında saxlanılması, hökmün icrası Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Naziriiyi Penitensiar Xidmət UmBakı Penitensiar Müəssisəsinə həvalə edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 ibtidai istintaqda tutulduğu 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması qət edilmişdir. Həmçinin hökmdən görünür ki, ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin noyabr ayı ərəfələrində arvadı Həmidə Talıbova xəstətlənmiş, arvadı Həmidənin bətnində olan uşağın ölmə ehtimalı yarandığından arvadını təcili müalicəyə etmək lazım olmuşdur. Lakin arvadı Həmidənin müalicəsi və bətnindəki uşağın sağ qalması üçün böyük miqdarda pul lazım olmuşdur. Bu məqsədlə o, qərara gəlmişdir ki, bacısına məxsus yaşadığı evi torpaqla birlikdə satsın. O, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ona məxsus olmadığını və üzərində hər hansı mülkiyyət hüququnun olmadığını bilsə də, pul əldə etmək üçün evi satmalı olmuşdur. O, bacısına məxsus torpaq sahəsini satmağı barədə tanışı Nəsimiyə demiş və Nəsimidə həmin torpaq sahəsinin satılmasına kömək etmək üçün tanışı İrşada demişdir. Təxminən 2021-ci ilin noyabr ayında ona İddiaçı həmin torpaq sahəsini almaq istədiyini bildirmişlər. Bu məqsədlə o, Nəsimi, İrşad, Xəlil və Tofiq birlikdə torpaq sahəsinə getmişlər. Həmin vaxt Tofiq torpaq sahəsinə baxıb bəyənmiş və almağa qərar vermişdir. Razılığa əsasən o, həmin torpaq sahəsini Tofiqə 16500 manata satmışdır. Lakin torpaq sahəsinin qiyməti daha baha olsa da, həmin vaxt onun təcili pula ehtiyacı olduğu üçün ucuz qiymətə satmışdır. Elə həmin gün, təxminən 2021-ci ilin noyabr ayında makler Xəlilin Xırdalan şəhərində yerləşən ofisində Tofiq ona 5000 manat pul vermişdir. O da həmin puldan zəhmət haqqı olaraq 2000 manatını İrşad və Xəlilə vermişdir. Tofiq həmin vaxt ondan gedib sənədləşmə işlərini görməyi istəsə də, o, Tofiqi aldadıb guya şəxsiyyət vəsiqəsinin üzərində olmadığını deyərək sənədləşmə işindən yayınmışdır. Bundan bir gün sonra Tofiq Xəlilə məxsus ofisdə ona 11500 manatda pul vermişdir. Daha sonra bacısı Aygün özünə məxsus evi Tofiqə satdığından xəbər tutduğundan həmin evə gedərək Tofiqə öz iradlarını bildirmişlər. O, bunu eşidib dərhal oraya gedərək bacısıgili oradan uzaqlaşdırmışdır. Həmin ərəfələrdə Tofiq torpaq sahəsinin problemli olduğunu başa düşüb pulunu geri istəməyə başlamışdır. Lakin o, torpaq sahəsinin özünə məxsus olmasına inandırıb sənədləşmə işlərini həll edəcəyini bildirmişdir. Daha sonra ona arvadı X2 əməliyyat və müalicəsi üçün əlavə də pul lazım olmuşdur. Həmin vaxt o, Tofiqdən pul istəməyə çəkindiyindən səsini dəyişdirib Tofiqlə əlaqə saxlayaraq özünü guya başqa qohumu kimi təqdim edib Tofiqdən pul almaq qərarına gəlmişdir. Bu məqsədlə o, telefonunda olan səs dəyişdirmə proqramından istifadə edib İddiaçı zəng vurub özünü Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin şöbə rəisi, Tahir Abıyev kimi təqdim edib görüşmək istədiyini demişdir. Tofiq Süieymanov da razılaşmışdır. Bundan sonra, o, yenidən Tahir Abıyev adı ilə Tofiqə zəng edərək özünün gələ bilmədiyini, hazırda guya Sübhanın, yəni onun torpaq sahəsinin sənədlərinin əldə edilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyini və bununla bağlı vəkil tutacağını, bu səbəbdən 700 manat pul lazım olduğunu demişdir. Tofiq də razılaşıb atdığı, hal-hazırda kodunu xatırlamadığı və istifadəsində olmayan bank kartı hesabına 700 manatı göndərmişdir. O da həmin pulu çıxarmış və arvadının müalicəsi üçün xərcləmişdir. Bundan sonra, o, yenidən həmin proqramdan istifadə edərək səsini dəyişib Tofiqə zəng vurmuşdur, o, həmin vaxt qadın səsindən istifadə edərək yenə də özünü Tofiqə Sübhanın qohumu kimi təqdim edib Sübhanın, yəni onun torpaq sahəsinin sənədlərinin əldə edilməsi üçün məhkəməyə müraciət etdiyini, lakin məhkəməyə müraciət edilməsi nəticəsində müəyyən məhkəmə xərcləri və rüsumlar yaranması səbəbindən ödəməli olduğunu və 300 manat pul ehtiyacının olduğu demişdir. Tofiq yenidən razılaşaraq ona 300 manat pul göndərmişdir. Tofiq bu dəfə də həmin pulu hal-hazırda kodunu xatırlamadığı və istifadəsində olmayan bank kartı hesabına göndərmişdir. Bundan bir müddət sonra o, Tofiqlə yenidən əlaqə saxlayaraq torpaq sahəsi ilə bağlı məhkəməyə müraciət edildiyini və mübahisənin həlli üçün 2000 manat pul lazım olduğunu demiş və Tofiqdə həmin pulu ona göndərmişdir. Belə ki, həmin vaxt o, yenidən Tahir Abıyev adı ilə danışmış və danışıq zamanı Tofiqə məhkəmədə tanışlarının olduğunu və tanışları vasitəsilə həmin torpaq məsələsini həll edə biləcəyini demişdir. Lakin o, hər hansı məhkəməyə torpağın sənədlərinin əldə edilməsi ilə bağlı heç vaxt müraciət etməmişdir. Həmin torpaq sahəsinin ən az 80.000 manat qiymətinin olduğunu Tofiq özü də bilmiş, lakin Tofiq həmin torpaq sahəsini ondan dəfələrlə ucuz aldığından, torpağın sənəd işlərini həll etməyi üçün tələb olunan pulu problem etmədən göndərmişdir. Bundan bir müddət sonra o, Tofiqlə yenidən əlaqə saxlayıb məhkəmədə qalib gəldiklərini, lakin bacısının məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə, yəni apellyasiya məhkəməsinə şikayət etdiyini, bu səbəbdən Apellyasiya məhkəməsində də qalib gəlmək üçün 4000 manat pul lazım olduğunu demişdir. Tofiq də yenidən ona inanıb 4000 manat pulu onun hal-hazırda nömrəsini xatırlamadığı və istifadəsində olmayan bank kartı hesabına göndərmişdir. O, İddiaçı 16500 manat pulu içərisində fərdi yaşayış sahəsi olan torpaq sahəsi üçün, 7000 manat pulu isə məhkəmə işləri ilə bağlı almışdır. Aldığı bütün pulları isə arvadının müalicəsinə xərcləmişdir. O, Aysu adı ilə də Tofiqlə danışmışdır. Lakin həmin iş baş tutmamışdır. Yəni Tofiqdən bu işlə bağlı hər hansı məbləğdə pul almamışdır. İddiaçı həmin torpağı dəyərindən dəfələrlə ucuz qiymətə aldığını bildirmişdir. O da bu səbəbdən torpağın sənədləşmə işlərinin həll edilməsi üçün əlindən gələcəyini edəcəyini bildirmişdir. Elə bundan istifadə edərək İddiaçı bir daha aldadıb 7000 manat pulunu almışdır. Lakin o, məhkəməyə bununla bağlı heç bir müraciət etməmişdir. Həmin torpaq sahəsinə dair hər hansı bir sənədi olmamışdır. Hal-hazırda həmin evdə bacısı Aygün yaşadığından və qapını bağladığından həmin torpaq sahəsinə və evə daxil ola bilməmişdir. İddiaçı ünvan 2 ünvanında yerləşən torpaq sahəsini satdığı gün, yəni 2021 -ci ilin noyabr ayının 25-də saat 15 radələrində ünvan 4 ünvanında yerləşən Xəlilin ofisində 5000 manat, xx.xx.2021 -ci il tarixdə, səhər saat 11 radələrində 11500 manat almışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində 700 manat, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində 300 manat, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində 1500 manat, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində 500 manat və xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində 4000 manat olmaqla ümumilikdə aldığı 7000 manat pulu məhkəmə işinin həlli üçün alsa da, arvadının müalicə, müayinə və dərmanları üçün xərcləmişdir. İddiaçı ona əlbəəl olaraq hər hansı məbləğdə pul verməmişdir. Tofiq həmin pulları hal-hazırda kodunu xatırlamadığı və istifadəsində olmayan bank kartı hesabına göndərmişdir. İş materiallarında Abşeron Rayon Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 həqiqətən Xırdalan şəhəri, Quşçuluq y/m, Q.Məmmədov küçəsi, ev 6 ünvanında yerləşən fərdi-yaşayış evinə görə Xırdalan bələdiyyəsində vergi ödəyicisi olaraq qeydiyyatdadır. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Xırdalan bələdiyyəsinin büdcəsinə 53.06 manat vəsait ödəmişdir. Cavabdeh2 2023-cü ilin sonunadək əmlak, torpaq vergisinə görə borcu yoxdur. İş materiallarında olan Azarbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Ekspertin xx.xx.2021-ci il tarixli Qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 Qalıb qızının sifarişinə əsasən ünvan 6 ünvanında yerləşən evin dəyəri hesablanmış və 70000 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli vərəsəlik sənədindən görünür ki, X8 17 sot torpaq sahəsini və içərisində olan 100 kv.metr sahəsi olan evlə birlikdə ondan sonra kiçik oğli Cavabdeh1 qalmasına və bütün mülkün onun ixtiyarına keçməsinə görə öz imzası ilə təsdiq edib, razılıq bildirmişdir. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında EM-146VK-0215/24 saylı mqavilədən görünür ki, Cavabdeh2 ilə Vəkil arasında müqavilə imzalanmışdır. Hüquqi yardımın göstərilməsi üçün Cavabdeh2 tərəfindən 320 manat ödənilmişdir. İş materiallarında olan və məhkəmənin xx.xx.2024-cü nil tarixli iclasında tədqiq edilmiş video diskdən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında torpağın alqı-satqısına dair şifahi razılaşma olmuşdur. Həmçinin İddiaçı Cavabdeh1 aldığı torpaq sahəsində tikinti işləri apararkən orada işlərin gedişatını videolentə almışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Belə ki, işdə olan Abşeron Rayon Məhkəməsinin 1(012)-137/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin noyabr ayı ərəfələrində arvadı Həmidə Talıbova xəstələnmiş, arvadı Həmidənin bətnində olan uşağın ölmə ehtimalı yarandığından arvadını təcili müalicəyə etmək lazım olmuşdur. Lakin arvadı Həmidənin müalicəsi və bətnindəki uşağın sağ qalması üçün böyük miqdarda pul lazım olmuşdur. Bunun üçün bələdiyyə sənədi ilə atasına məxsus torpaq sahəsini satmaq qərarına gəlmiş, bu məqsədlə İddiaçı ilə razılaşıb ondan ittihamda göstərilən məbləğdə pul almış, lakin sənədləşdirməni başa çatdıra bilməmişdir. Hazırda İddiaçı 44500 (qırx dörd min beş yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli və dəymiş zərər görə 16500 manat pul cavabdeh X4 tututlaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə qalan 28000 manat pulun tutulması və tələb edilən məbləğin digər Cavabdeh2 ilə müştərək qaydada tutulması hissəsində iddiaçı iddia tələbini sübut edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu hissədə iddianın təmin edilməsini təsdiq edə biləcək hər hansı sübut işə əlavə edilmədiyindən iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 224 manat məbləğində pulun 139,50 manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 84,50 manatı iddiaçının özünə aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İş materiallarından görünür ki, Cavabdeh2 İddiaçı Alalhyar oğlundan maddi ziyana görə 35973 (otuz beş min doqquz yüz yetmiş üç) manat pul tələb etsə də, tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Məhkəmə eyni zamanda qarşılıqlı iddia tələbinin “vəkillə imzalanmış müqaviləyə əsasən ödənilən 320 (üç yüz iyirmi) manat, 200 (yüz doğsan doqquz) manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilmədiyindən bu hissədə də tələb təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1-ci maddəsinə əsasən, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı Alalhyar oğlundan maddi ziyana görə 35973 (otuz beş min doqquz yüz yetmiş üç) manat, vəkillə imzaladığı müqaviləyə əsasən ödədiyi 320 (üç yüz iyirmi) manat, 200 (yüz doğsan doqquz) manat dövlət rüsumu, ümumilikdə 36493.0 (otuz altı min beş yüz iyirmi iki min) manat tutularaq, ona ödənilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ilkin iddiası qismən təmin edilməli, dəymiş zərər görə 16500 manat pul və ödənilmiş dövlət rsumuna görə 139,50 manat pul cavabdeh X4 tutularaq İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh2 İddiaçı Alalhyar oğlundan maddi ziyana görə 35973 (otuz beş min doqquz yüz yetmiş üç) manat, vəkillə imzaladığı müqaviləyə əsasən ödədiyi 320 (üç yüz iyirmi) manat, 200 (yüz doğsan doqquz) manat dövlət rüsumu, ümumilikdə 36493.0 (otuz altı min beş yüz iyirmi iki min) manat tutularaq, ona ödənilməsi barədə tələbinə dair qarşılıqlı iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Cavabdeh1 maddi ziyana görə 16500 manat, ödənilmiş dövlət rüsumuna görə 139,50 manat pul tutularaq İddiaçı verilsin. İlkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun 84,50 manatı iddiaçının özünə aid edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar