Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-397/2023 17.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, artıq alınmış 6055 manat və ödənilmiş 81 manat dövlət rüsumu olmaqla, cəmi 6136 manat pul vəsaitinin cavabdeh "xxxx" MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(012)-5085/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmış, mülki iş üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 255.0.5-ci maddəsinə əsasən, dayandırılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7186 saylı rəyi Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-397/2023 saylı qərardadına əsasən, mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən məhkəmə prosesi dövründə güzəştli şərtlərlə borcun ödənildiyi bildirilərək mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddia tələbindən imtina barədə ərizəsini və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının iddia tələbindən imtina barədə ərizəsi qanuni və əsaslı olduğundan, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından və qanunamüvafiq hesab edildiyindən qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, mülki iş materiallarından göründüyü kimi, iddiaçı iddiadan imtina etdiyindən bu imtina qanunazidd olmamaqla, başqa şəxslərin hüquqlarını pozmadığından həmin imtina qəbul edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin 114.1.4. maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7186 saylı rəyindən göründüyü kimi, ekspert rəyinin verilməsinə görə 50 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia ərizəsinə xitam verildiyindən ekspert rəyinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu tərəflərdən müştərək qaydada alınaraq dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdeh "xxxx" MTK-dan müştərək qaydada ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-397/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-397/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver