Məhkəmə qərarları › İş №2(012)-3972/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3972/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3972/2020 16.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, X2 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2017-ci il tarixli L-BK- 0042515-F saylı kredit müqaviləsi və xx xxxxxx 2017-ci il tarixli KN-00003044 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 153,05 manat əsas, 70,47 manat faiz borcu olmaqla, 44,70 manat cərimə borcu olmaqla, cəmi 268,22 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun X3 Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2017-ci il tarixli L-BK-0042515-F saylı kredit müqaviləsinə əsasən, ödəniş planına uyğun olaraq 18 ay müddətində aylıq 2%, illik 24% olmaqla 1182 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini olaraq Cavabdeh2 ilə KN-00003044 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəlik X3 Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən yerinə yetirilsə də Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən imtina etməkdədir. Beləliklə Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx xxxxxxxx 2020-cu il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquq vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Belə ki, mülki işin materiallarında olan kredit müqaviləsindən müəyyən edilir ki, X3 Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2017-ci il tarixli L-BK-0042515-F saylı kredit müqaviləsinə əsasən, ödəniş planına uyğun olaraq 18 ay müddətində aylıq 2%, illik 24% olmaqla 1182 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan zaminlik müqaviləsindən müəyyən edilir ki, X3 Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh2 ilə KN-00003044 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatına zamin durmuşdur. Məhkəmə araşdırmaları zamanı X2 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən müqavilədə nəzərdə tutulan pul məbləği Cavabdeh1 verilsə də, lakin Cavabdeh1 müqavilənin şərtlərini pozmaqla öhdəlikləri icra etməmişdir. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, xx xxxxxx 2017-ci il tarixli L-BK-0042515-F saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixinə 153,05 manat əsas, 70,47 manat faiz borcu olmaqla, 44,70 manat cərimə borcu olmaqla, cəmi 268,22 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki işin materiallarında olan sənədlərdən müəyyən edilir ki, Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixli L-BK-0042515-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası barədə X3 Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, X2 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh1 268,22 manat alınaraq X2 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nə qaytarmalı, iddia tələbi əsas, faiz və cərimə borc tələbinə dair hissədə tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə X2 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC -nin cavabdeh-zamin Cavabdeh2 qarşı hissədə iddia tələbini əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh-zamin X1 xx xxxxxx 2017-ci il tarixli KN-00003044 saylı zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 ilə bank arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli L-BK-0042515-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyündən və zaminlik müqaviləsi üzrə Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığından, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 153,05 manat əsas, 70,47 manat faiz borcu olmaqla, 44,70 manat cərimə borcu olmaqla, cəmi 268,22 manat borc X3 Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə tutulmalı, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, X2 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X2 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 153,05 manat əsas, 70,47 manat faiz borcu olmaqla, 44,70 manat cərimə borcu olmaqla, cəmi 268,22 manat borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq X3 Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar