Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3973/2020 27.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron RayonMəhkəməsininhakimiMəmmədovElmanTofiqoğlu, İddiaçı BankOlmayanKreditTəşkilatı «xxxxxxxxxx» MMC-ninCavabdehqarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: X1 Kredit Təşkilatı «xxxxxxxxxx» MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 91.42(doxsan bir manat qırx iki qəpik) manat əsas borcun, 2,49 (iki manat qırx doqquz qəpik) manat faiz borcunun, 0,00 (sıfır manat sıfır qəpik) cərimə borcunun, həmçinin ərizəyə görə ödənilmiş 20.40 ( iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 114.31 (bir yüz on dörd manat otuz bir qəpik) manat borcun X1 kredit Təşkilatı “xxxxxxxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X1 Kredit Təşkilatı «xxxxxxxxxx» MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh 9(doqquz) ay müddətinə 2859 (iki yüz əlli doqquz) manat məbləğində kredit verilmiş və bununla bağlı X2 Təşkilatı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli, 173-TEL-0781-19 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən Borcalan bu Müqaviləyə və onun əlavə (lər)sinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə vaxtında ödəmədikdə kreditin vaxtından əvvəl tam ödənilməsini Borcalandan tələb edə bilər. Həmin müqavilənin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmaqda və ya ödənilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh X2 Təşkilatı «xxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyətinə xx xxxx 2020-ci il tarixinə əsas borcu 91.42 9doxsan bir manat qırx iki qəpik) manat, faiz borcu 2.49 (iki manat qırx doqquz qəpik) manat, cərimə borcu 0.00 ( sıfır manat sıfır qəpik) manat olmaqla ümumi borcu 93.91 (doxsan üç manat doxsan bir qəpik) manat təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 173-TEL-0781-19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə X2 Təşkilatı «xxxxxxxxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh X2 Təşkilatı «xxxxxxxxxx» MMC tərəfindən “xxxxxxxx” QSC-nin satdığı müxtəlif növ mobil telefonları almaq məqsədilə 259,00 (iki yüz əlli doqquz) manat məbləğində istehlak krediti verilmişdir. İş materiallarında olan X2 Təşkilatı «xxxxxxxxxx» MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə X2 Təşkilatı «xxxxxxxxxx» MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 173-TEL-0781-19 saylı kredit müqaviləsinə əsasən, Cavabdehn xx.xx.2020-ci il tarixinə əsas borcu 91.42 manat, faiz borcu 2.49 manat, cərimə borcu 0 manat olmaqla, ümumilikdə 93.91 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 20 (iyirmi) manat dövlət rüsumu və 0,40 manat (qırx qəpik) xidmət haqqı cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 91.42(doxsan bir manat qırx iki qəpik) manat əsas borcun, 2,49 (iki manat qırx doqquz qəpik) manat faiz borcunun, 0,00 (sıfır manat sıfır qəpik) cərimə borcunun, həmçinin ərizəyə görə ödənilmiş 20.40 ( iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 114.31 (bir yüz on dörd manat otuz bir qəpik) manat borcun X1 kredit Təşkilatı “xxxxxxxxx” QSCnin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3973/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3973/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver