Məhkəmə qərarları › İş №2(012)-3976/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3976/2023

17.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3976/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları 26 sentyabr 2008-ci il təvəllüdlü X5 və 01 avqust 2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 440 manat məbləğində alimentin tutularaq ona öfdənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2(005)-4311 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh övladları 26 sentyabr 2008-ci il təvəllüdlü X5 və 01 avqust 2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. O işləmədiyindən uşaqların təminatını və təhsil haqqını ödəməkdə çətinlik çəkir. Cavabdeh maşın alveri ilə məşğul olur və alimenti ödəməyə maddi imkanı vardır. Azərbaycan Respublikası Yaşayış X4 hər il edilən müvafiq dəyişikliklərə əsasən yaşayış minimumu uşaqlar üçün artırılmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddianı qəbul etmir. Bildirdi ki,ailə qurmuşdur,bu nikahdan da bir uşağı vardır. Odur ki, onun maddi imkanı olmadığından alimentin artırılmasına razı deyildir. İş materiallarında olan Bakı Şəhər Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 846460 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 26 sentyabr 2008-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə Məmmədova (Səttarova) Simuzər Mehman qızıdır. İş materiallarında Bakı Şəhər Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 846461 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 01 avqust 2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə Məmmədova (Səttarova) Simuzər Mehman qızıdır. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2(005)-4311 saylı xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq övladları 26 sentyabr 2008-ci il təvəllüdlü X5 və 01 avqust 2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ № 345872 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 aralarında olan nikah 21 iyul 2020-ci ildə ləğv edilmişdir.Nikah ləğv olunduqdan sonra qadına Səttarova soyadı verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, cavabdehin yenidən ailə qurmasını və həmin nikahdan bir yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq iddianın qismən təmin edilməsi nəticəsinə gəlir və hesab edir ki, alimentin miqdarının artırılaraq hər uşaq üçün hər ay 200 manat həddində müəyyən edilməsi tərəflərin tarazlaşdırılmış mənafeyinə xidmət edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2(005)-4311 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 26 sentyabr 2008-ci il təvəllüdlü X5 və 01 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar