Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3977/2022 25.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı və Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən qalıq borc olaraq 5800 manat məbləğində borc pulun, 2 ay ərzində qaytarılmalı olubda qaytarılmayan və qanunsuz istifadə olunan pula görə vurulan zərərin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul vəsaitinin, dövlət rüsumunun əvəzi olaraq 89 manat məbləğində pul vəsaitinin ümumilikdə 6889 manat məbləğində pulun cavabdeh - xx xxxxx 1982-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh (AZE ********; FİN xxxxxxx) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin vəkili-nümayəndəsinin izahatlarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 maddəsinə görə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Belə ki, işin materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin 7-ci bəndinə əsasən Ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 10-cu bəndinə əsasən bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin 7-ci bəndinə əsasən Ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınmalı olduğundan, bu qaydaya isə iddiaçı tərəfindən əməl olunmadığından, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair hazırkı iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı borc müqaviləsi üzrə icra qeydi barədə hüquqlarının olması ona izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3977/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3977/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver