Məhkəmə qərarları › İş №2(012)-4005/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4005/2021

06.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4005/2021 06.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İskəndərov Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə 06 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İskəndərov Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2940/2018 saylı, 29.06.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 154 manat aliment məbləğinin artırılaraq cavabdeh İskəndərov Cavabdeh 21.10.2013-cü il tarixdə anadan olmuş İskəndərli Rüqəyya Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat olmaqla sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2940/2018 saylı, 29.06.2018-ci il tarixli qətnaməsinə əsasən İskəndərov Cavabdeh 21.10.2013-cü il tarixdə anadan olmuş İskəndərli Rüqəyya Cavabdeh qızının 18 yaşına çatanadək saxlanması üçün hər ay 154 manat miqdarında aliment İddiaçı xeyrinə tutulmuşdur. Cavabdehin ödədiyi aliment uşağın saxlanılması üçün iddiaçını qane etmir. Təyin olunmuş aliment məbləği olduqca azdır və uşağın minimum ehtiyaclarını ödəmir. Bu səbəbdən də həmin məbləğ məhkəmə qaydasında artırılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İskəndərov Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdeh İskəndərov Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan ASAN-Sumqayıt tərəfindən 24.07.2018-ci il tarixdə verilmiş AZE seriyalı 18899779 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İskəndərli Rüqəyya 21.10.2013-cü il tarixdə Abşeon rayonu, Xırdalan şəhərində anadan olmuş, atası İskəndərov Cavabdeh, anası İddiaçıdir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2940/2018 saylı, 29 iyun 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 21 oktyabr 2013-cü il tarixdə anadan olmuş İskəndərli Rüqəyya Cavabdeh qızının 18 yaşa çatanadək saxlanılması üçün cavabdeh İskəndərov Cavabdeh hər ay 154 (yüz əlli dörd) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 21 oktyabr 2013-cü il təvəllüdlü İskəndərli Rüqəyya Cavabdeh qızı doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-2940/2018 saylı, 29 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən İskəndərov Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, 21 oktyabr 2013cü il təvəllüdlü İskəndərli Rüqəyya Cavabdeh qızının anasının yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 aprel 2018-ci il tarixdən başlayaraq İskəndərov Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 3 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 21 oktyabr 2013-cü il təvəllüdlü İskəndərli Rüqəyya Cavabdeh qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment İskəndərov Cavabdeh tutularaq İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2940/2018 saylı, 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə 21 oktyabr 2013-cü il təvəllüdlü İskəndərli Rüqəyya Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılsın. İskəndərov Cavabdeh 21 oktyabr 2013-cü il təvəllüdlü İskəndərli Rüqəyya Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. İskəndərov Cavabdeh 30 manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar