Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4016/2024 08.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Mirfazil oğlunun sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 1180 manat mələğində zərərin, 38 manat dövlət rüsmunun, cəmi 1218 manatın alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X3 1991-ci ildə dünyasını dəyişmişdir. Dünyasını dəyişəndən sonra ondan qalan fərdi yaşayış evi ona başqa qardaş və bacıları mirası qəbul etmişdilər. O, isə mirasdan pay almaq üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə mirasdan payı ona vermişdir. Sonra həmin miras payının əvəzinə ona hissə hissə 4000 manat pul vəsaiti verilmişdir. 2017 ci ildə Abşeron rayonun Qobu qəsəbəsində 2 sot torpaq sahəsini satın almışdır. Torpaq sahəsinin üzərində inşa olunmuş evinin damını quraşdırması üçün Cavabdehlə şifahi müqaviləni bağlamışdır. Damın inşaat materiallarına və usta xidmətinə görə ümumilikdə 1650 manat pul vəsaitini cavabdehə vermişdir. Faiq evinin damını quraşdırdıqdan 10 gün sonra evin damı yerindən də tərpənərəq yerə düşmüşdür. Quraşdırılan dam qısa müddətdə yararsız vəziyyətə gəlmişdir. Cavabdehin təqsirli hərəkətlərinin nəticəsində ona 1650 manat məbləğində ziyan dəymişdir. Cavabdeh ona 470 manat məbləğində pul vəsaitini qaytarmışdır. Yerdə qalan 1180 manat zərərin ödəmirdi. Dəymiş zərərin ödənilməsi üçün Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət etmişdir. Bölmədə ona məhkəməyə müraciət etmək hüququ olduğunu izah etmişdilər və xx.xx.2021 ci il tarixli məktubu təqdim etmişdirlər. Hətta ondan sonra da cavabdeh tez-tez vəd edirdi ki, dəymiş zərəri qaytarcaq. Bu səbəbə görə o, məhkəməyə 2021-ci ildə müraciət etməmişdir. Bu günə qədər o, ona dəymiş zərərin ödəyəcəyini vəd edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, 470 manat cavabdehdən pul almışdır. Lakin ona dəymiş ziyan 1180 manat təşkil edir. Cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçıya dəymiş zərərə görə 470 manat pul vermişdir. Bununla bağlı onunla iddiaçı arasında Qobu qəsəbə İƏD üzrə nümayəndə əvəzi B.Məmmədovun iştirakı ilə akt imzalanmışdır. İddiaçı ona 470 manat pulu verəcəyi təqdirdə ondan daha pul istəməyəcəyi ilə razılaşmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, onun müraciətinə baxılmış və müraciətdə qeyd edilən xüsusatlar mülki xarakterli olduğundan aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı ev tikdirərkən Faiq Vahabovun evinin üstünü şiferlə örtmüş, güclü külək nəticəsində evin üstünü külək yerə atmışdır. Bunun müqabilində X5 Sultanovaya 470 manat pul verir. Tərəflər arasında heç bir narazılıq yoxdur. X6, İddiaçı və Qobu qəsəbə İƏD ezrə nümayəndə əvəzi B.Məmmədov öz imzaları ilə təsdiqləmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddiaçı Cavabdeh ona 1180 manat maddi ziyan vurduğunu iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı 1180 manat pulun ödənilməsi barədə hazırki tələbi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İş materiallarında İddiaçı maddi ziyan dəyməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələbi təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-4016/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4016/2024
08.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver