Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4026/2022 26.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) doğum akt qeydinin bərpası faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 26 iyul 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğumu barədə akt qeydinin bərpa edilməsi, xx xxxxxx 1964-cü il tarixdə doğulduğu yer qrafasında Ermənistan Respublikası Quqark rayonu, Gözəldərə kəndi, soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X6, ana adı qrafasında X4, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd olunması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikasının Quqark rayonunun Gözəldərə kəndində anadan olmuşdur. Onun doğumu müvafiq qaydada qeydə alınaraq onun adına doğum haqqında şəhadətnamə verilmişdir. 1988-ci ildə Ermənistan SSR-in Kirovakan şəhəri Gözəldərə kəndində güclü zəlzələ baş vermiş və eviləri dağıntılar altında qalmışdır. X1 zəlzələ zamanı dağıntılar altında qalaraq rəhmətə getmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3383/2018 saylı, 08 noyabr 2018ci il tarixli qətnaməsi ilə ölüm faktı müəyyən edilmişdir. X2 olmuşdur. 1988-ci ildə Ermənistan SSR-də ermənilərin azərbaycanlılara qarşı yeritdiyi deportasiya siyasəti nəticəsində zorla Azərbaycan Respublikasına köçürülmüşlər. Həmin vaxt onlar oradan hər hansı bir sənəd almaqları mümkün olmamışdır. O, doğum haqqında şəhadətnaməni əldə edə bilməmişdir. Sənədləşmə işlər ilə bağlı ona lazım olur. Ona doğum haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə müraciətinə cavab olaraq bildirilmişdir ki, itmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ona görə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində ərizəçinin qardaşı olduğunu, ərizəçinin xx xxxxxx 1964-cü il tarixdə doğulduğu yer qrafasında Ermənistan Respublikası Quqark rayonu, Gözəldərə kəndi olmasını, soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X6, ana adı qrafasında X4, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd olunmasını bildirdi. Mülki iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 458 saylı arayışından görünür ki, həqiqətən mərhum X6 ölən günədək yəni xx.xx.2022-ci il tarixədək Abşeron rayonu Məmmədli kəndində qeydiyyatlı yaşamışdır. Mülki iş materiallarında olan 8368 nömrəli qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumuna görə ödəniş edilmişdir. Mülki iş materiallarında olan, Maraqlı şəxs tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, 05/Q-1641/15 saylı məktubdan müəyyən edilir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadığına görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-3383/2018 saylı qətnamənin surətindən görünür ki, 1936-cı ildə anadan olmuş X3 07 dekabr 1988-ci ildə Ermənistan SSR-nin Kirovakan şəhəri Gözəldərə kəndində baş vermiş zəlzələ zamanı ölməsi faktı müəyyən edilməsi, ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə olunması qət edilmişdir. Mülki iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ- İİ № 259790 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1988-ci ildə Gözəldərə rayonu, Kirovakan kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə, № 620 ilə qeyd edilmişdir. Mülki iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ- İİ № 244249 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə, № 212 ilə qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, işin materiallarını tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, ərizəçi X10 xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikası Quqark rayonu, Gözəldərə kəndində anadan olmuş, atası isə X5r, lakin məlum olmayan səbəblərdən onun doğum şəhadətnaməsi itmişdir və məlum səbəblərdən əldə edilməsi mümkün deyildir. Ərizəçinin Ərizəçi xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikası Quqark rayonu, Gözəldərə kəndində doğulması akt qeydi bərpa edilməsi, onun soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X6, ana adı qrafasında X4, milliyyəti qrafasında “azərbaycanlı” kimi olması ərizəçinin özünün izahatı, onun şəxsiyyət vəsiqəsi ilə bərabər, məhkəmə iclasında şahidin ifadəsi ilə də təsdiq olunur. Ona görə də, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməli, Ərizəçi xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikası Quqark rayonu, Gözəldərə kəndində doğulması akt qeydi bərpa edilsin. Onun soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X6, ana adı qrafasında X4 olması müəyyən edilməlidir. Övladların miliyyəti valideynlərinin miliyyəti ilə müəyyən edildiyindən bu hissədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikası Quqark rayonu, Gözəldərə kəndində doğulması akt qeydi bərpa edilsin. Onun soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X6, ana adı qrafasında X4 olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4026/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4026/2022
26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver